fbpx
  • Home
  • Xaricdə Tələbə Mübadilə Proqramları

Xaricdə Tələbə Mübadilə Proqramları

Xaricdə Tələbə Mübadilə Proqramları

Xaricdə Tələbə Mübadilə Proqramları

Tələbə Mübadilə Proqramları (Student Exchange Programs) istər bakalavr, istərsə də magistr təhsili alan tələbələrin mütləq dəyərləndirməli olduğu imkanlardan biridir. Ümumilikdə, fərqli ölkələr üzrə hazırlanan bu təhsil proqramları bir və ya iki semester müddətinə nəzərdə tutulur, həmin müddət çərçivəsində tələbənin öz hazırladığı təhsil planına əsasən həyata keçirilir və tələbələrə həm fərqli mədəniyyətlərlə tanış olmaq, həm müxtəlif ölkələrin tədris prosesində iştirak etmək, həm də şəxsi keyfiyyətləri və dünyagörüşünü inkişaf etdirmək imkanları verir.

Bu yazımızda sizinlə Avropanın ən məşhur mübadilə proqramı olan Erasmus proqramı və Türkiyənin Mevlana proqramı haqqında yararlı məlumatları bölüşəcəyik. Hazırsınızsa, başlayaq!

“Erasmus” Tələbə Mübadilə Proqramı

1987-ci ildə Avropa Birliyi tərəfindən yaradılan Erasmus Proqramı (EuRopean Community Action Scheme for the Mobility of University Students) 36 fərqli Avropa ölkəsi tərəfindən dəstəklənən və bir çox TOP universiteti özündə birləşdirən ən məşhur tələbə mübadilə proqramıdır. Uyğun olaraq, proqramda iştirak edən tələbələr proqrama qəbul olduqları ölkədə 3-12 ay arası vaxt keçirir və hazırladıqları tədris proqramı üzrə dərslərdə iştirak edirlər.

Müraciət zamanı müqayisədə daha uğurlu olan namizədlərə əlavə 250-400 avro dəyərində Erasmus təqaüdü də verilir ki, bu məbləğ sizə yaşam xərclərinizi qarşılamaqda kömək olur. Qeyd edək ki, Erasmus proqramına qəbul alan tələbələrin təqribən 80%-i hər il bu təqaüddən yararlanırlar.

Proqrama qəbul aldıqdan sonrakı mərhələ isə tələbənin hazırda təhsil aldığı universitetdə təyin edilən Erasmus proqram rəhbərinin köməyi ilə tədris planının hazırlanması və planın onlayn qaydada təsdiqlənməsidir. Bu plan hazırlanarkən nəzərə alınmalı olan ən əsas faktor tələbənin xaricdə keçirəcəyi vaxta uyğun olaraq, tədris aldığı universitetdəki həmin vaxt çərçivəsində tamalamalı olduğu fənn-kredit sayının tutuşmasıdır. Məsələn, əgər tələbə Erasmus proqramına qəbul olduğu ölkədə 6 ay keçirəcəksə, həmin 6 aylıq Erasmus tədris proqramına tələbənin öz universitetinin fənnləri ilə maksimal tutuşan fənnlər əlavə edilməli və nəticədə kredit sayları eyniləşməlidir.

Erasmus proqramına müraciət üçün əsas şərtlərə gəldikdə isə, tələblər aşağıdakı kimidir:

1. Tələbənin təhsil aldığı universitet Erasmus proqramını dəstəkləməlidir;

2. Tələbə tədrisinin ən az 1 ilini bitirmiş olmalıdır;

3. Tələbənin universitet illəri ərzində hər hansı töhmət və ya davranış cəzası olmamalıdır;

4. Tələbə müraciət etdiyi Erasmus proqramı dil şərtlərini ödəməlidir; (ingilis dili oyrenmek lazımdır 🙂 )

5. Tələbənin minimal ortalama göstəricisi 75% olmalıdır;

Bunlardan əlavə, tələbələrdən motvasiya və tövsiyə məktubları da tələb edilir. Bu məktubların yazılışı və strukturu barədə isə Erasmus proqramı rəsmi səhifəsindən də məlumat almaq mümkündür.

“Mevlana” tələbə mübadilə proqramı

Mevlana Mübadilə Proqramının məqsədi Türkiyənin ali təhsil müəssisələri ilə digər ölkələrin təhsil müəssisələri arasında tələbə və akademik heyətin mübadiləsini həyata keçirməkdir. Proqram iştirakçı tələbələrə Türkiyənin İstanbul, Ankara, Eskişehir, Antalya və bu kimi başqa böyük şəhərlərinin yüksək səviyyəli universitetlərində təhsil almaq imkanı verir!

Mübadilə Proqramında iştirak etmək istəyən tələbələr xaricdə 1 və ya 2 semestr təhsil ala, akademik heyət isə xaricdə minimum 1 həftədan 3 aya qədər tədris prosesində iştirak etməklə proqramdan yaralana bilər. Ümumilikdə, Türkiyədə ali təhsil müəssisələrinin rəsmi təhsil proqramlarında qeydiyyatdan keçmiş tələbələr, qarşılıqlı Mevlana Mübadilə Protokolunu imzalayan yerli və ya xarici təhsil müəssisələrində çalışan bütün akademik heyət Mevlana Mübadilə Proqramından faydalana bilərlər.

Mevlana Mübadilə Proqramına müraciət üçün əsas tələblər aşağıdakı kimidir:

1. Tələbələr bakalavr, magistr və yaxud doktorantura pilləsində təhsil almalıdırlar;

2. Bakalavr pilləsində təhsil alan tələbələrin 4 ballıq GPA üzrə orta balı ən azı 2,5 olmalıdır;

3. Aspirantların (Magistr, Doktorant) dördballıq GPA üzrə orta balı ən azı 3.00 olmalıdır;

4. Tələbələr müraciət etdikləri universitetin xarici dil tələblərini qarşılamalıdır:

5. Bakalavr pilləsinin I kursunda təhsil alan tələbələr, eləcə də hazırlıq fakültəsi və elmi hazırlıq proqramlarının məzun tələbələri tədrisin birinci semestrində bu proqramda iştirak edə bilməzlər.

Əlavə olaraq, bu proqramda da tələbələrə müəyyən məbləğdə təqaüd verilməsi nəzərdə tutulur ki, bununla yaşam xərclərinizi müəyyən qədər qarşılaya bilirsiniz.

Gradfeld heyəti olaraq, hər birinizə təhsil həyatınızda uğurlar arzu edir və xaricdə təhsilə dair bütün məsələlərdə daim yanınızda olduğumuzu xatırladırıq!

Digər proqramlar haqqında ətraflı məlumat və əlaqə üçün sosial media hesablarımızı izləməyi unutmayın!

Facebook: https://www.facebook.com/gradfeld

Instagram: https://www.instagram.com/gradfeld/

Telegram: https://t.me/teqaudbeledcisi

3 Comments

  1. Salam. 3cu kursdayam. Diada oxuyuram. İngilis dilini intermediate səviyyəsində bilirəm. İxtisasım dövlət və ictimai münasibətlərdir. GPA 98-99dur. Bu göstəricilərlə Türkiyənin proqramda olan və ixtisasıma uyğun yer ayıran universitetinə mübadilə olmaq alinacaqmi?

  2. Salam. Siz Amerikaya təhsilin hansı pilləsində qəbul ala bilərsiniz? Özüm və həyat yoldaşım üçün maraqlanıram.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *