fbpx
  • Home
  • Gradfeld-də Yeni Təcrübə proqramı

Gradfeld-də Yeni Təcrübə proqramı

Gradfeld-də Yeni Təcrübə proqramı

🔥Davamlı inkişaf edərək təmamilə yenilənən “Gradfeld” komandasına yeni üzvlər axtarışındayıq!

📌İş şəraiti:
Təcrübəçilərin part-time olaraq xaricdə təhsil üzrə mütəxəssis yanında assistant olaraq çalışması və işləri mütəxəssis nəzarəti altında öyrənərək tətbiq etməsi nəzərdə tutulub. Təcrübə ödənişli əsaslarla davam edəcək və əsas şərtlərdən biri yarımçıq qoymamaqdır. Təcrübə bitdikdən sonra istəkdən asılı olaraq təcrübəçilər fəaliyyətlərinə davam edə bilərlər.

📌Tələblər:
– müraciət edəcək şəxslər minimum 1 il müddətində bizimlə çalışmağa uyğun olmalıdır;
– minimum B2 səviyyə ingilis dili tələb olunur, əlavə olaraq isə rus dili arzuolunandır;
– İş və iş daxili verilən tapşılıqları vaxtı-vaxtında icra etmək;
– İşə sistemli və planlı yanaşması olan;
– Komanda ilə işləmək və ünsiyyət bacarığı;
– Microsoft Office proqramları ilə işləmə bacarığı;
– Ehtiyac yarandığı təqdirdə əlavə iş saatı (overtime) üçün uyğun olmaq.
* Təhsil sahəsində təcrübəsi olanlara üstünlük veriləcək.

📌Öhdəliklər:
– Mövcud və yeni universitet proqramlarının araşdırılması;
– Tələbələrin göstəricilərinə uyğun fərdi müraciət siyahılarının hazırlanması;
– Müraciət olunan zaman tələbənin sənədlərinin müraciət prosesi üçün uyğun olub olmamasını yoxlamaq və proses zamanı tələbə ilə əlaqə saxlanması;
– Tərtib olunan məlumatlara əsasən müraciətlərin həyata keçirilməsi.

Əgər siz də müvəffəqiyyətli karyera başlanğıcı üçün zəruri hesab olunan fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək və yenilənən “Gradfeld” komandamızın bir parçası olmaq istəyirsinizsə müraciət etməyə tələsin!

Son müraciət tarixi: 9 Avqust 2021

Müraciət etmək üçün:
https://forms.gle/bwTYU32JrwmJ71ti8

Leave a Reply

Your email address will not be published. Required fields are marked *