fbpx
  • Home
  • Xaricdə Təcrübə Proqramları

Xaricdə Təcrübə Proqramları

Xaricdə Təcrübə Proqramları

 

Xaricdə Təcrübə proqramları nədir? Necə müraciət etmək olar? Müraciət zamanı hansı göstəricilərə daha çox üstünlük verilir? Bu yazımız xaricdə iş imkanları və təcrübə proqramları axtarışında olan şəxslər üçündür! İndi isə gəlin, bütün suallarınızı birlikdə cavablandıraq!

Xaricdə təcrübə proqramında iştirak etmək sizə istər iş həyatınızda, istərsə də şəxsi inkişaf yolunda saysız üstünlüklər gətirə bilər. Beynəlxalq iş mühitində iştirak etmiş olmaq, sizin istənilən iş müraciəti zamanı digər namizədlərdən fərqlənməyiniz deməkdir. Eyni zamada bu təcrübə imkanından yararlanmaq və mədəniyyətlərarası ünsiyyət bacarıqları qazanmaq, işlədiyiniz ölkənin dilini və yaşam tərzini daha yaxşı mənimsəyərək orada qalıb, həyatınızı qurmaq üçün də təkandır.

Xaricdə İş İmkanlarını Harda və Necə Axtarmalı?

  1. “Program Provider” şirkətlər

Təcrübə proqramlarını tapmağın bir neçə yolu var. Bu yollardan biri, xüsusən Avropa ölkələrində, “Program Provider” və ya “İnternship Placement Provider” adı verilən və bir başa universitetlərlə əlaqədə olan şirkətlərdir. Bu xidmətdən istifadənin həm müsbət, həm də mənfi cəhətləri var. Qeyd edək ki, ilk növbədə bu şirkətlər sizin üçün bütün prosesi mümkün olduğu qədər asanlaşdırırlar. Bu şirkətlərin təklif etdiyi xidmətlər arasında, həm sizin proqrama qəbul olduğunuz şəhərdə yerləşdirilməyiniz, həm sosiallaşmağa kömək olmaq üçün həmin şəhərdəki sosial qurumlar/təşkilatlarla əlaqəyə keçməyiniz, getdiyiniz ölkənin dilini öyrənmək üçün bir sıra kurs təkliflərinin edilməsi və beləliklə də sizi daha geniş auditoriyaya çatdırmaq yer alır. Bütün bu müsbət cəhətlərdən əlavə isə, təbii ki, bunların hamısını ödənişsiz həyata keçirmirlər. Bu xidmətlərdən istifadənin tək mənfi cəhəti də budur – xidmətlər bəzən çox baha başa gələ bilir.

Aşağıda bəzi məşhur “Program Provider” şirkətlərin saytlarını sizin üçün qeyd edirik. Ümumi tanışılıq və qiymət aralığını öyrənmək üçün istifadə edə bilərsiniz:

  1. İntern Abroad HQ
  2. Asia İnternship Program
  3. The İntern Group

 

  1. Universitet yolu ilə

Əgər xaricdə təhsil alırsınızsa, bu zaman universitetinizin tələblərlə iş departamentinə də bu barədə müraciət edə bilərsiniz. Təhsil aldığınızın təhsil pilləsindən asılı olmayaraq, əgər sonuncu kurs tələbəsisinizsə, universitetin nəzdində və ya universitetlə əlaqəli olan fərqli şirkətlərdə iş imkanı tapmağınız çox yüksək ehtimaldır. Bundan əlavə, dərslər zamanı professorların özü də seçilən tələbələrinə iş təklifləri edirlər və əksər hallarda bu iş təklifləri, əgər professorunuz tərəfindən edilibsə, uzun müddətli işlər də ola bilir. Uzun sözün qısası, əgər kənarda iş axtarmaqda elə də uğurlu deyilsinizsə, universitet illərində dərslərinizdəki uğurlarla diqqət çəkə və fərqli imkanlar əldə edə bilərsiniz.

  1. Beynəxalq şirkətlərdəki proqramlara fokuslanın

Bir çox ölkələrdə filialları olan və illərdir uğurla fəaliyyətə davam edən böyük şirkətlərdə həm iş imkanları daha çox olur, həm də onlar sizə daha parlaq gələcək vəd edir. Buna görə də, məsləhət görürük ki, əgər tələb edilən göstəricilərə sahibsinizsə, birbaşa böyük və tanınan şirkətlərdən başlayasınız. Adətən bu tip şirkətlər işçi axtararkən akademik göstəricilərdən daha çox, sosial aktivlik, indiyə qədərki peşəkar təcrübələr, dil bilikləri və bu kimi digər faktorlara önəm verir. Bu tip şirkətlərdə işə başlamağınızın başqa bir üstünlüyü isə, şirkətin digər ölkələrdə yerləşən ofislərinə də göndərilmə ehtimalınızın olmasıdır. Bununla da həm beynəlxalq iş mühitində yüksək səviyyəli iş təcrübəsi qazana, həm də fərqli ölkələrdə yaşayaraq şəxsi inkişafınıza yol aça bilərsiniz.

Xaricdə Təcrübə Proqramlarına Necə Müraciət Etməli?

Təbii ki, xaricdə təcrübə proqramını tapmaq işin sadəcə ilkin mərhələsidir. Sonrasında isə, siz öz tərcümeyi-halınızı, tövsiyyə və motivasiya məktublarınızı yollamalı və son mərhələ kimi müsahibəni əldə etməlisiniz.

Müracət etdiyiniz ölkədən və şikətdən asılı olaraq, CV və məktublar xüsusi formada tələb edilə bilər. Məsələn, Amerikada iş müraciətləri zamanı şəxsi məlumatlara elə də böyük önəm verilməsə də, Avropada bu məlumatların CV-də qeyd edilməsi əhəmiyyətli hesab edilir. Bundan əlavə, bəzi iş elanları saytlarında hazır online forma da yerləşdirilir ki, bu formanı doldurub göndərdikdən sonra əlavə CV yerləşdirməyə ehtiyac qalmır.

Xaricdə işləməyin sadalanan üstünlüklərindən əlavə, həm də çətin tərəfləri də olur. Bu çətinliklər isə əksər hallarda aşağıda sadalananlar kimidir:

  1. Viza problemləri

Tələbə və ya turist vizası əldə etməklə, iş vizası əldə etmək arasında istər proses, istərsə də müddət cəhətdən bəzi fərqliliklər var. Vizaya müraciət etmədən öncə, mütləq həmin ölkənin səfirliyi ilə əlaqəyə keçərək gedişatda tələb edilən sənəd və son müraciət tarixlərini dəqiqləşdirməyinizi məsləhət görürük. Bundan əlavə, əksər tələbə vizası sizə part-time iş imaknalarından yararlanmaq fürsəti versə də, bəzi ölkələrdə bu vizayla işləmək qadağandır. Bu mövzuda diqqətli olmağınız tövsiyə edilir.

  1. Xarici dil səviyyəsi

Ölkəyə getmədən öncə, mütləq yerli dili az da olsa, öyrənməyə çalışın. Xarici dil bilikləriniz nə qədər yüksək olsa belə, nəzərə alın ki, daxil olduğunuz iş mühitində işçilər 80-85% hallarda yerli dildə danışacaqlar. Buna görə də, həm sosiallaşmaq, həm də iş mühitində daha faydalı ola bilmək üçün yerli dili bilməyiniz, ölkəyə getdikdən sonra isə orada mümkün qədər inkişaf etdirməyiniz arzuolunandır.

  1. İş yeri qaydaları və mədəniyyəti

İstənilən iş yerinin və ümumilikdə, ölkənin özünəməxsus “qaydaları” vardır. Bu qaydaların əksəriyyətini öncədən öyrənmək mümkün olsa da, bəzilərini yalnız həmin mühitə daxil olduqdan sonra başa düşmək mümkündür. Bu səbəbdən də, məsləhət görürük ki, getdiyiniz yerə mümkün qədər tez uyğunlaşmaq üçün bu kimi qaydalara və xırda detallara hakim olasınız. Bununla da, həm iş yerinizdə xarici işçi kimi fərqlənməyi bacaracaq, həm də mühitə tam uyğunlaşaraq produktivliyinizi yüksəldəcəksiniz.

 

Gradfeld şirkəti olaraq, sizə bütün müraciətlərinizdə uğurlar arzu edir və xaricdə təhsil bələdçiniz olaraq, daim yanınızda olduğumuzu xatırladırıq! Təhsil xəbərləri üçün: https://devdoping.az/

 

Digər proqramlar haqqında ətraflı məlumat və əlaqə üçün sosial media hesablarımızı izləməyi unutmayın!

Facebook: https://www.facebook.com/gradfeld

Instagram: https://www.instagram.com/gradfeld/

Telegram: https://t.me/teqaudbeledcisi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *