fbpx
  • Home
  • Tövsiyyə məktubu nədir?

Tövsiyyə məktubu nədir?

Tövsiyyə məktubu nədir?

Hər bir universitetin, müxtəlif dərəcələr üzrə, tələbə qəbulu prosesi zamanı nəzərə aldığı göstəricilər fərqlidir. Belə ki, bir sıra təhsil müəssisələri tələbənin akademik göstəriciləri, qiymətləri və müraciət vaxtına qədər sahub olduğu təcrübələrə üstünlük versə də, digərləri bunlarla yanaşı, həm də tələbəni tanımağa, kim olduğunu müəyyən edərək, onu bir şəxs kimi dəyərləndirməyə üstünlük verir və bu prosesə “holistik qəbul prosesi” adı verilir. Bu baxımdan da sizin qəbul komissiyasına göndərdiyiniz hər iki – Motivasiya və Tövsiyyə məktubunuz çox böyük önəm daşıyır. Bu yazıda sizə tövsiyyə məktubunun nə olduğunu və niyə bu qədər önəmli olduğunu izah edəcəyik.

Qeyd edək ki, Gradfeld şirkəti olaraq tələbələrimizi şirkətimiz tərəfindən yazılan peşəkar tövsiyyə məktubları ilə də təmin edirik və bunun üçün təyin edilən xidmət haqqı cəmi 75 AZN-dir. Ətraflı məlumat və suallarınız üçün ÖDƏNİŞSİZ konsultasiyalarımızda iştirak edə bilərsiniz: Pulsuz konsultasiya

Tövsiyyə məktubu nədir?

Tələbələrin seçimi zamanı qəbul komissiyasının ilkin qərarında tələbənin qiymətləri, akademik naliyyətləri və s. kimi faktorlar əsas rol oynayır. Lakin, bununla yanaşı, əksər hallarda yüksək göstəricili universitetlərə müraciət edən tələbələrin hamısı kifayət qədər yüksək akademik göstəricilərə sahib olurlar. Bu halda, seçimin ikinci mərhələsi kimi, iş və sosial həyatında daha fəal, dərs prosesində daha aktiv iştiraka sahib, kreativ və yeniliklərə açıq tələbələr axtarılmağa başlanılır. Çünki belə tələbələrin iştirak etdiyi dərslər daha səmərəli və məhsuldar keçir.

Tələbələrin bu özəlliyini müəyyən etmək üçün isə öncəki təhsil həyatlarında onları müşahidə edən professorlarının yazdığı tövsiyyə məktubları yoxlanılmağa başlayır. Nəzərə alın ki, təqdim etdiyiniz bütün sənədlərin arasında, tövsiyyə məktubunuz yeganə sənəddir ki, başqasının sizin haqqınızda olan fikirlərini və müşahidələrini əks etdirərək, sizi tanımayan bir insanda sizin haqqınızda düzgün fikir formalaşdırmağa kömək olur. Bu məktubun bu qədər önəmli olma səbəbi də məhz budur – sizin özünüz haqqınızda yazdıqlarınızı yox, başqasının sizi necə gördüyünü oxumaq qarşı tərəfdə daha obyektiv və aydın fikir yaradır.

Tövsiyyə məktubunu kimlər yazmalıdır?

Məktubun 2 əsas forması var – Akademik və peşəkar tövsiyyə məktubu. Universitetlərin əksəriyyəti, magistr və doktorantura təhsili qəbulu zamanı 2 akademik tövsiyyə məktubu istəyir. Bundan əlavə, 3-cü məktub kimi, əgər varsa, peşəkar tövsiyyə məktubunun təqdimi üstünlük hesab edilir.

Tövsiyyə məktubunu yazan şəxsin də sizin qəbul prosesinizdə böyük rolu olacaqdır. Məktubların toplanması zamanı, bu məktubları yazan professorlarınızın sizin müraciət edəcəyiniz sahə üzrə sizə dərs demiş olmalarına diqqət edin. Bu halda, həmin şəxsin sizə dərs dediyi sahədə iştirakınızla bağlı yazacağı fikirlərin müsbət olması da tələbələrin dəyərləndirilməsi zamanı sizin üçün üstünlük olacaq.

Qeyd edildiyi kimi, qəbul komissiyası üçün sizin təkcə akademik göstəriciləriniz yox, eyni zamanda digərləri ilə olan ünsiyyətiniz, əlaqələriniz və aktivliyiniz də böyük önəm kəsb edir. Digər bir cəhətən, bu məktubu yazacaq olan şəxs və ya şəxslərlə yaxşı münasibətinizin olması da arzuolunandır. Dərs zamanı göstərdiyiniz aktivliklə yanaşı, dərsdənkənar fəaliyyətlərinizlə də diqqət çəkə, planlarınızı, gələcək yönümlü düşüncələrinizi qarşınızdakı şəxsə göstərə, bununla da, aktivliyinizlə professorlarınızın diqqətini çəkərək  xaricdə təhsilə müraciətiniz zamanı rahatlıqla tövsiyyə məktublarınızı əldə edə bilərsiniz.

 

Gradfeld şirkəti olaraq xaricdə təhsil yolunuzda hər birinizə uğurlar arzu edirik!

 

Xidmətlərimiz haqqında əlavə məlumat və digər suallarınız üçün bizimlə əlaqə saxlayın:
Əlaqə nömrələri:  +994 (012/051) 408 01 18

Email Ünvanımız: [email protected] / [email protected]

Ofis Ünvanımız: Bakı şəh. C.Cabbarlı küç. 44. Caspian plaza 2-ci korpus, 5-ci mərtəbə

Leave a Reply

Your email address will not be published. Required fields are marked *