fbpx
  • Home
  • Stanfordda Bir Gün!

Stanfordda Bir Gün!

Stanfordda Bir Gün!

Amerika – təhsil və iş imkanları iə ən zəngin, təqdim etdiyi, xüsusilə də tələbələr üçün nəzərdə tutduğu imkanlarla daim fərqlənən məkandır. Bu günki bloq yazımızda isə, böyük ehtimalla, TOP reytinqli universitetlər sırasında daim diqqətinizi çəkən və ağlınızda “görəsən bu universiteti necə qazana bilərəm?” sualları yaranan dünyanın ən məşhur universitetlərindən biri – Stanford Universiteti haqqında danışacağıq. Gəlin universitetə birlikdə qısa nəzər salaq!

Stanford Universiteti, əsl adı ilə “Leland Stanford Junior University” , Kaliforniyada yerləşən özəl araşdırma institutudur. Təhsil müəssisəsi 1185-ci ildə Leland və Jane Stanford tərəfindən, 15 yaşında xəstəlikdən ölən uşaqları Leland Stanford Junior-un xatirəsinə inşa edilmişdir. Universitet yarandığı tarixdən etibarən yüksək reytinqləri və qəbul şərtlərinin çətinliyi ilə digərlərindən fərqlənir. Xüsusən texnoloji sahələrdə ixtisaslaşmaq istəyən yüksək akademik göstəricili tələbələrin üz tutduğu müəssisə, illərdir Amerikanın TOP10 universitet siyahısındakı yerini qoruyub saxlayır.

Universitet 7 fərqli “məktəb” – bakalvr səviyyəsi üçün 40 fərqli akademik departamenti özündə birləşdirən 3 məktəb və magistr pilləsi üçün nəzərdə tutulan, tibb, hüquq və biznes üzrə 4 məktəbdən ibarətdir. Bütün məktəblər eyni kampusun nəzdində yerləşir, yəni universitetin yalnız Stanfordda yerləşən yeganə korpusu var. Kampusa gəldikdə isə, Stanford kapusu San-Fransisko yarımadasındadır və ABŞ-ın ən geniş universitet kampuslarından biridir.

Universitetə qəbul şərtlərinə gəldikdə isə magistr pilləsi qəbulları üçün tələb edilən ortalama göstərici kifayət qədər yüksək – 4 ballıq sistemlə 3.96-dır və bundan əlavə, minimum 7 ballıq IELTS sertifikatı və ya ekvivalent olaraq TOEFL da tələblər sırasındadır. Biznes və texniki sahə yönümlü ixtisaslara gəldikdə isə, GMAT və ya GRE imtahanlarının nəticələri də seçim prosesi zamanı prioritet olaraq götürülür. Ümumən, seçimin 50%-i akademik göstəricilər olsa da, qəbulunuzun 50%-lik taleyini motivasiya məktubunuzdan asılıdır. Ümumi qəbul statistikasını sizinlə bölüşməli olsaq, ötən il ümumilikdə universitetə 47,621 tələbə müraciət etmiş və onlardan yalnız 2,051-i qəbul məktubunu əldə edə bilmişdir.

Təbii ki, Stanford yalnız universitetdən ibarət deyil və gəzib görməli məşhur yerləri də var. Universitetə qəbul olmasanız belə, yolunuz düşsə, mütləq Stanford Memorial Kilsəsinə baş çəkin. Bundan əlavə, “Hoover” qalası və “The Dish” adlı nəhəng teleskop da görməyə dəyər!

Gradfeld şirkəti olaraq bütün müraciətlərinizdə sizə uğurlar arzu edirik və xaricdə təhsil yolunda yolumuzun nə vaxtsa kəsişəcəyini ümid edirik!

Digər proqramlar haqqında ətraflı məlumat və əlaqə üçün sosial media hesablarımızı izləməyi unutmayın!

Facebook: https://www.facebook.com/gradfeld

Instagram: https://www.instagram.com/gradfeld/

Telegram: https://t.me/teqaudbeledcisi

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *