fbpx
  • Home
  • Polşanın WSB universitetində Ödənişsiz Təhsil almaq üçün Qəbul imtahanı

Polşanın WSB universitetində Ödənişsiz Təhsil almaq üçün Qəbul imtahanı

Polşanın WSB universitetində Ödənişsiz Təhsil almaq üçün Qəbul imtahanı

Dəyərli 4-cü kurslar və məzunlar!

 

Hər birinizi AZƏRBAYCANDA İLK VƏ TƏK olan yeni layihəmizdə xoş gördük!

Gradfeld şirkəti tərəfindən maliyyələşdirilən və WSB universitetlərinə şamil olunan təqaüd proqramı xəbərini sizinlə bölüşməkdən məmnunluq duyuruq!

 

Bu təqaüdə qəbul olmaq üçün sadəcə öz keçirəcəyimiz daxili imtahanda iştirak etməyiniz kifayətdir. İmtahanda iştirak edərək siz də TAM TƏHSİL HAQQINDAN AZAD OLUNA, həmçinin 75%, 50%, 25%-lik təhsil haqqı endirimləri qazana bilərsiniz.

 

İmtahanda iştirak çox sadədir. Belə ki, 1 saat ərzində 30 suala cavab verərək digər iştirakçılarla müqayisədə daha yüksək nəticə topladığınız halda, imtahan nəticənizə əsasən təklif ediləcək olan endirimdən yararlanacaqsınız. Bildiririk ki, nümunə suallar qeydiyatdan keçmiş tələbələrə öncədən göndəriləcək və bununla da imtahandan öncə imtahan strukturu ilə tanış olma imkanınız olacaq!

 

Bu imtahanın özəlliyi ondadır ki, akademik göstəricilərindən asılı olmayaraq, hər bir tələbənin qazanma şansı vardır!

Qeydiyyat üçün son tarix: 12 May 2021

İştirak haqqı: 79 AZN

 

Qeydiyyatdan keçmək üçün aşağıdakı linkdən istifadə edin! Sonrasında isə əməkdaşlarımız sizinlə əlaqə saxlayaraq suallarınızı cavablandırsın!

Qeydiyyat linki: https://forms.gle/skYPM2AypZiyZwjh6

Nəticədən asılı olmayaraq, imtahanda iştirak etmiş hər bir şəxs univetsitetlərə müraciət üçün xidmət haqqından 30% ENDİRİM də qazanacaq!

 

Qeydiyyat üçün tələsin! YERLƏR MƏHDUDDUR!

Hər birinizə şirkətimiz tərəfindən uğurlar arzulayırıq!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *