fbpx
  • Home
  • Motivasiya məktubu nədir?

Motivasiya məktubu nədir?

Motivasiya məktubu nədir?

Motivasiya məktubu haqqında bilməli olduqlarınız

Xaricdə təhsil almağa qərar vermisinizsə, hansı universitet və ya təqaüd proqramına müraciət etdiyinizdən asılı olmayaraq, sizdən tələb edilən sənədlər arasında motivasiya məktubu tələbi mütləq ki, olur və bu məktub sizin müraciətinizin ən əsas hissəsi hesab edilir. Bu sənəd şəxsiyyət və namizəd olaraq özünüzü ifadə etmək üçün ən böyük fürsətdir.

Gradfeld şirkəti heyəti olaraq, həm məktubun necə yazılmalı olduğuna dair sizi məlumatlandırır, həm də sizin xarici universitetlərə qəbul olma ehtimalınızı qat-qat yüksəltmək üçün, bütün tələbləri qarşılayan və hər bir təhsil müəssisəsi üçün ayrılıqda, xüsusi olaraq hazırlanan motivasiya məktubları yazırıq! Əlavə məlumat və suallarınız üçün aşağıdakı əlaqə nömrələrindən və ya gradfeld.com ünvanına daxil olaraq bizimlə əlaqə saxlayın:

Əlaqə nömrələri:  +994 (012/051) 408 01 18

 

Gəlin, ilk növbədə, motivasiya məktubunun önəminİ və mükəmməl motivasiya məktubu yazmağın mərhələlərinİ birlikdə nəzərdən keçirək!

Motivasiya məktubu nədir?

Motivasiya məktubu, hər hansı akademik proqrama müraciət edərkən, namizədə özünü ifadə etmək və nəyə görə qəbul komissiyası tərəfindən seçilməli olduğunu göstərmək üçün verilən fürsətdir. Nəzərə alınmalıdır ki, göndərilən bu məktub seçim prosesindəki son qərara ən çox təsir edən sənədlərdən biridir. Buna görə də məktubun düzgün, səlis və hər bir təhsil müəssisəsi üçün xüsusi olaraq, onların irəli sürdüyü tələblərə uyğun yazılması çox önəmlidir. Buraya akademik və iş təcrübəniz, bacarıqlarınız, maraq dairələriniz, xüsusi qabiliyyətləriniz və özünüz haqqında maraqlı detallar da, istəkdən asılı olaraq, əlavə edilə bilər. Özünüz haqqında qeyd edə biləcəyiniz bu detalları məktuba daxil etməkdən çəkinməyin, çünki motivasiya məktubu eyni zamanda sizi tanımayan hər hansı bir şəxsin sizinlə ilk tanışlığıdır.

Motivasiya məktubu necə yazılmaldır?

Prosesə başlamadan öncə, yerinə yetirməli olduğunuz əsas tapşırıq – müraciət etdiyiniz universitetin “ideal namizəd” tələblərini araşdırmaq və bu tələblərin hansılarını qarşıladığınızı müəyyən etməkdir. Məktubun formatı isə bir neçə fərqli struktura əsaslana bilər. Sizinlə ən geniş yayılan motivasiya məktubu strukturunu paylaşırıq;

  1. Greeting

Məktubu kimin oxuyacağını bilmədiyinizdən, yazıya “Dear Sir/ Madam” kimi başlaya bilərsiniz. Lakin bu tip salamlamalarda daha spesifik olmağınız arzuolunnadır. Məsələn, universitet müraciəti zamanı məktubunuza “Dear Admission Committee”, “Dear Admissions Counselor”, “Dear Admissions Director” kimi ifadələrlə başlamağınız daha düzgün hesab edilə bilər.

  1. Introduction

Burada, nəzərdə tutulan universiteti və ya ümumilikdə, ölkəni seçmə səbəbiniz qeyd edilə bilər və bununla da başlanğıcdan etibarən niyyətinizi açıq şəkildə göstərə bilərsiniz. Bundan əlavə, mətnin bu bölümü bakalavr təhsilinizlə, magistr üçün seçdiyiniz tədrsi sahəsinin bir biri ilə əlaqələndirilməsi üçün də dəyərləndirilə bilər. Bunları qeyd etdikdən sonra, daha detallı məlumatların yazılışına keçirsiniz.

  1. Body part – 1

Burada şəxsi keyfiyyətlər, akademik göstəricilər və sosial fəaliyyətlərin adı çəkilərək, sizi digər namizədlərdən fərqləndirən əsas xüsusiyyətləriniz və nəyə görə məhz sizin seçilməli olduğunuz yazıla bilər. Bu abzas daha ümumi fikirlərin qeydi və 2-ci hissəyə keçid üçün əsas ideyaların əsasının qoyulması üçündür.

  1. Body part – 2

Mətnin bu hissəsində daha spesifik və daha detallı olmalısınız. Belə ki, bu hissədə akademik karyeranızdan, iş təcrübənizdən, sosial fəaliyyətlərinizdən daha geniş danışaraq, özünüzü digər namizədlərdən fərqləndirməli və bu yolla da mümkün qədər diqqət çəkməlisiniz. Beləliklə, bu hissənin sonunda məktubunuzu oxuyan şəxs üçün kifayət qədər xüsusi və maraqlı olmalısınız ki, növbəti mərhələyə keçə biləsiniz. Eyni zamanda, qəbul olacağınız universitet və ya hər hansı tədris proqramının, gələcək həyatınıza nə kimi təsirləri olacağını da bu hissədə vurğulaya bilərsiniz.

  1. Closing

Son olaraq, bu hissədə yazılan bütün detalları ümumiləşdirmək tələb edilir. Əlavə olaraq, bağlanışda yenidən bu müraciətin sizin üçün nə qədər əhəmiyyətli olduğunu vurğulaya bilər və bununla da məktubu sonlandıra bilərsiniz.

Tamamladıqdan sonra isə ad, soyad, tarix və imza əlavə edilərək məktub sonlandırılır.

 

Bilməli olduğunuz növbəti bir detal bundan ibarətdir ki, hər bir ölkə üzrə hər bir universitetin fərqli tələbləri və hər birinin daha çox diqqət yetirdikləri fərqli məqamlar olur. Buna görə də Gradfeld heyəti olaraq sizə MÜKƏMMƏL MOTİVASİYA MƏKTUBU hazırlamaq üçün, müraciət paketlərimizdən əlavə, motivasiya məktubu xidmətini də təklif edir və cəmi 125 AZN ödəmə ilə sizə ideal motivasiya məktubu hazırlayırıq!

Xaricdə təhsil yolunda daim yanınızda olduğumuzu xatırladır və sizə işlərinizdə uğurlar arzu edirik!

 

Ətraflı məlumat və digər suallarınız üçün bizimlə əlaqə saxlayın:

Əlaqə nömrələri:  +994 (012/051) 408 01 18

Email Ünvanımız: [email protected] / [email protected]

Ofis Ünvanımız: Bakı şəh. C.Cabbarlı küç. 44. Caspian plaza 2-ci korpus, 5-ci mərtəbə

Leave a Reply

Your email address will not be published. Required fields are marked *