fbpx
  • Home
  • İsveçdə təhsil

İsveçdə təhsil

İsveçdə təhsil

Avropada təhsil planlarınız varsa və İsveçdə təhsil də seçimləriniz sırasındadırsa, bu yazı sizin üçündür! Bu dəfəki bloq yazımızda sizinlə nə üçün İsveçdə təhsil seçimini etməyiniz və isveç təhsil sisteminin nə üçün dünya üzrə  bu qədər məşhur olduğu haqqında bölüşmüşük! Elə isə, gəlin başlayaq!

İsveç nəinki Avropa, həm də dünya üzrə ən yaxşı universitetlərə ev sahibliyi edən və güclü təhsil sisteminə malik, uğurlu karyera və effektiv təhsil almaq istəyən beynəlxalq tələbələrin əksər hallarda üz tutduğu Avropa ölkəsidir. Qeyd edək ki, İsveçin təhsil sistemi uzun illər boyu formalaşan və hazırki dövrdə də bütün yeniliklərin tətbiq edildiyi ən qədim sistemlərdəndir. İsveç univesitetləri seçiminə gəldikdə isə, ixtisas seçiminizdən asılı olaraq, həm dövlət, həm də özəl universitetlərə üz tuta və seçdiyiniz hər bir təhsil müəssisəsində eyni səviyyədə təhsil ala bilərsiniz.

  1. Yaşam Standartları

İsveç Avropanın ən yüksək yaşam standartlarına sahib ölkələrindən biridir. Bundan əlavə, gəlir səviyyəsi, təbiəti, qida və içki sektorunda öz istehsalına üstünlük verən və iş imkanlarının faiz nisbətinə görə digər ölkələrdən seçilir. Bura üz tutan xarici tələbələrlə edilən fərqli müsahibələrin ümumi nəticəsi olaraq isə beynəlxalq vətəndaşların 71%-i bu ölkədə yaşamlarını davam etdirmək arzusunda olduqlarını bildiriblər. Uzun sözün qısası, İsveçdə təhsil aldığınız illər ərzində bu ölkə sizə hər növ imkan və istər iş, istər təhsil cəhətdən fərqli şanslar təqdim etməyə davam edir!

  1. Sosial Sistem

Əksər hallarda məqalələrimizdə dövlət strukturu və sosial sistemin quruluşuna dair bəndlər qeyd etmirik, amma İsveç haqqında bu punktu qeyd etməmiş keçə bilmərik. İsveç  Avropada təkcə təqdim etdiyi imkanlarla yox, eyni zamanda yüksək səviyyəli səhiyyə sistemi, demək olar ki, tam korrupsiyasız dövlət sistemi, yüksək həcmli subsidiyaları və s. göstəricilərlə fərqlənir. Eyni zamanda, İsveç pulsuz təhsil və pulsuz tibbi yardım kimi xidmətləri verən nadir ölkələrdəndir.

  1. Təhsil

Isveç dünyanın ən yaxşı universitetləri sırasında olan təhsil müəssisələrinin bəzilərinə ev sahibliyi edir. Məsələn tibb təhsili almaq istəsəniz, İsveçin Karolinska universiteti dünya sıralamasında ötən il 24-cü yerdə qərarlaşıb. Biznes və digər əlaqəli sahələr üzrə Stokholm İqtisadiyyat Məktəbi sizin seçiminiz ola bilər ki, bu təhsil müəssisəsi də dünya sıralamasında öndə gəlir. Bundan əlavə, Uppsala universiteti və Lund universiteti dünyanın ən qədim universitetlərindəndir və uyğun olaraq 1477 və 1666-cı illərdə əsasları qoyulub. Onların hər ikisi dünyanın ən yaxşı 100 universiteti sıralamasında yer alırlar. Qeyd edilən universitetlərdən başqa, İsveçdə bir çox özəl və dövlət universitetləri də mövcuddur ki, həm sosial, həm texniki sahələr üzrə seçimlərinizi onlara əsasən edə bilərsiniz.

  1. İş Mühiti

İsveçdə iş şəraiti dünyanın təqdim edilən ən yaxşı şəraitlərindən biridir. Əksər şirkətlər full-time işçilərə ildə altı həftəlik ödənişli tətil və bir sıra səhiyyə müavinətləri, sığorta və pensiya sxemləri təmin edirlər. Həftədə 40 saat standart olmaqla, iş saatları tənzimlənir və işəgötürənlərdən bir qayda olaraq bütün sənədlərin təşkili, sığorta məsələlərinin həlli və rəsmiləşdirmə prosedurlarının tamalanması tələb edilir. Bir sözlə, bir İsveç şirkətində işləmək güvənli əllərdə olmaq deməkdir.

  1. Innovativ Mühit

İsveç bir çox innovative şirkətlərin – Spotify, SoundCloud və s. beşiyidir. Eyni zamanda ölkə start-up layihələrin çoxluğu, kiçik bizneslərə verdiyi dəstəklər və biznes inkişafı üçün ayırdığı böyük məbləğlərlə tanınır. Eyni zamanda innovative mühitin üstünlüklərini bütün müraciət proseslərində və dövlət işlərində də müşahidə etmək mümkündür. Ölkə daxilində edilən müraciətlər bütünlükdə online sistemə keçirilib və edilən şikayət və ya şərh xarakterli rəylərin də 85%-I məhz online platformalar üzərindən aparılır. Bütün bunları nəzərə alaraq, İsveçi nəinki Avropanın, həm də dünyanın ən innovative ölkələri sırasına daxil edə bilərik.

 

İsveçdə təhsil almaq üçün onlarla belə səbəb sadalaya bilərik, amma növbəti səbəblərin kəşfini sizə tapşırırıq. Bütün xaricdə təhsil müraciətlərinizdə sizə uğurlar arzu edir və Gradfeld şirkəti olaraq bu yolda hər zaman yanınızda olduğumuzu xatırladırıq!

Digər proqramlar haqqında ətraflı məlumat və əlaqə üçün sosial media hesablarımızı izləməyi unutmayın!

Facebook: https://www.facebook.com/gradfeld

Instagram: https://www.instagram.com/gradfeld/

Telegram: https://t.me/teqaudbeledcisi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *