fbpx

GRE Nədir?

GRE Nədir?

GRE Nədir və Kimlərə Lazımdır?

GRE nədir və kimlər üçün nəzərdə tutulub? Kimlər GRE imtahanına girməlidir? Nəyə görə bəzi universitetlərdə bu sertifikat tələb edilir ? Alınan sertifikatın təhsil həyatında nə kimi faydaları var?

Gəlin bu suallarınızı birlikdə cavablayaq!

GRE imtahanı nədir və hansı universitetlər tərəfindən tələb edilir?

Açılışı – “Graduate Record Examination” olan imtahan, dünyanın müxtəlif TOP universitetlərinə qəbul olmaq üçün tələb edilən və qəbul imtahanı əhəmiyyəti daşıyan, tələbənin şifahi və kəmiyyət əsaslı düşünmə (verbal and quantitative reasoning) və analitik yazı bacarığı (analytical writing skills) qabiliyyətlərini qiymətləndirmək üçün nəzərdə tutulan imtahan növüdür.

İmtahan 2 cür – yazılı (paper-based) və kompüter əsaslı (computer-based) keçirilir. İmtahanın 2 növü mövcuddur:

  1. GRE ümumi test (General test) – demək olar ki bütün tələbələr tərəfindən verilən və əksər universitet tərəfindən tələb edilən imtahandır.
  2. GRE Fənn testi (Subject test) – bu imtahan nəticəsi bəzi ixtisaslar, məsələn Fizika, Kimya və bu kimi digər sahələr üçün bir neçə universitet tərəfindən tələb edilən imtahandır.

GRE imtahan nəticəsi, Amerika və Avstraliyanın əksər, Avropanın isə bəzi yüksək səviyyəli universitetlərinə magistr təhsili qəbulu üçün tələb edilir. Eyni zamanda, Amerika universitetlərində təqaüdlü təhsil almaq istəyinizi reallaşdırmaq üçün də bu imtahan nəticəsini əldə etməyiniz böyük əhəmiyyət daşıyır.

Amerika universitetlərinə müraciət və təqaüd şərtləri haqqında suallarınızı cavablandırmaq və sizi ətraflı məlumatla təmin etmək üçün Gradfeld şirkəti tərəfindən ÖDƏNİŞSİZ konsultasiyalar həyata keçirilir. Qeydiyyat üçün aşağıdakı linkə daxil olun:

Pulsuz konsultasiya

GRE imtahan strukturu: İmtahan hansı hissələrdən ibarətdir?

İmtahan 3 fərqli bölmədən ibarətdir;

  1. Verbal (şifahi) düşünmə – Verbal Reasoning

Bu bölmədə sizin söz bazanız, yazılı materialı təhlil etmə və nəticə çıxarma bacarığınız, əsas və ya ikinci dərəcəli məlumatı ayırd edə bilməyiniz və paraqraflararası əlaqəni müəyyən etmə qabiliyyətiniz yoxlanır. “Verbal Reasoning” hissəsi özü 2 bölmədən ibarətdir və hər bir hissədə sizə 20 sual, onları cavablandırmaq üçün isə 30 dəqiqə vaxt verilir. Buradan əldə edəcəyiniz maksimal bal 170 baldır.

  1. Kəmiyyət əsaslı düşünmə – Quantitative Reasoning

Bu hissədə sizin cəbr, həndəsə və statistikaya dair riyazi bilikləriniz, verilən datanın analizi və müqayisə edilməsi bacarıqlarınız yoxlanır. Bölmə 2 hissədən ibarətdir. Hər bir hissədə sizə 20 sual təqdim edilir və onların həlli üçün 35 dəqiqə vaxt verilir. Bütün sualları həll etdiyiniz təqdirdə ala biləcəyiniz maksimal bal 170 baldır.

  1. Analitik yazı bacarığı – Analytical Writing

Bu bölmədə sizin düzgün, məntiqi və axıcı esse yazmaq bacarığınız yoxlanır. Analitik yazı bacarığı bölməsi 2 hissədən ibarətdir. İlk hissədə sizdən təqdim edilən hər hansı problemi analiz etməyiniz tələb edilir və əsasən məsələ ilə razı olub olmadığınız soruşulur. ikinci hissədə isə məntiqi boşluqları olan kiçik bir mətn verilir və sizdən o boşluqları taparaq təhlil etməyiniz, verilən fərziyyə və ya sübutların nə dərəcədə düzgün olmasını müəyyən etməyiniz tələb edilir. Hər iki hissə üçün sizə ayrılıqda 30 dəqiqə vaxt ayrılır və yazdığınız cavablar 0-6 bal arasında qiymətləndirilir.

GRE imtahanında qeyd edilən hissələrdən başqa, araşdırma məqsədilə əlavə edilmiş 1 əlavə qiymətləndirilməyən bölmə də mövcuddur ki, bu hissə sizin qarşısınıza analitik yazını tamamladıqdan sonra çıxır. Bu hissədə verilən sualların hansının araşdırma məqsədilə verildiyini bilmədiyimiz üçün, hər bir sual ətraflı cavablandırılmalıdır.

İmtahan nəticələri

İmtahandan toplayacağınız maksimal bal 340-dır. Nəticələr təqdim edilərkən, Verbal və Kəmiyyət əsaslı düşünmə hissələrinin balları rəqəmlə, analitik yazı hissəsinin nəticəsi isə ayrılıqda, həm rəqəm, həm də faizlə təqdim edilir. Ümumilikdə, nəticələr 2 həftəyə qədər müddət ərzində açıqlanır və sayta yerləşdirilir.

Nəticələr sayt vasitəsilə, ödənişsiz olaraq, 4 universitetə göndərilə bilir. Əgər əlavə göndərişlər etmək istəsəniz, bu halda hər göndəriş üçün əlavə 27$ ödəniş tələb edilir.

İmtahanın qiyməti və istifadəyə yararlılıq müddəti

İmtahanın ümumilikdə davam etmə müddəti 3 saat 45 dəqiqədir və Azərbaycan üzrə qiymət 205$ müəyyən edilib. İmtahan bir ay ərzində təxmini 3 və ya 4 dəfə keçirilir. İl ərzində minimum 21 gün aralıqla, 5 dəfə imtahana girə bilərsiniz. İmtahana qeydiyyatı isə online formada 1-2 həftə öncədən etmək lazımdır. Əldə edəcəyiniz imtahan sertifikatı 5 il müddətinə yararlı hesab edilir.

 

Gradfeld şirkəti adından imtahana hazırlaşan hər bir tələbəyə uğurlar və bol şans diləyir, gələcək təhsil həyatınıza gedən yolda yolumuzun kəsişməyini arzu edirik!

Xaricdə Təhsil Proqramları haqqında əlavə məlumat üçün aşağıdakı formu doldurun, Pulsuz Xaricdə təhsil konsultasiyasında iştirak edin!


    Müraciət Et



    Maraqlandığınız xidmətimiz (vacib)

    Təhsil almaq istədiyiniz ölkə (vacib)




    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *