fbpx
  • Home
  • Fransada təqaüdlü Doktorantura təhsili

Fransada təqaüdlü Doktorantura təhsili

Fransada təqaüdlü Doktorantura təhsili
Zəngin mədəniyyəti, memarlığı, dünya üzrə məşhur muzeyləri, fərqli mətbəxi – bir sözlə, özünəməxsusluğu ilə Fransa daim diqqət mərkəzində olan Avropa ölkələri sırasında illərdir ki, öz yerini qoruyub saxlayır. Gradfeld xaricdə təhsil şirkəti olaraq biz sizə Fransada pulsuz təhsil almaq planlarınızı reallaşdırmağın və bu əvəzsiz ölkədə yaşam xərclərinizi qarşılamağın yollarından biri haqqında bəhs edəcəyik – “Eiffel” Mükəmməllik Təqaüd Proqramı! Qısaca izah etməli olsaq, bu proqram sizə Magistratura və ya PhD dərəcələri üzrə tələbə olaraq həm universitet xərcləri, həm yaşam xərcləri, həm də sığorta və bu kimi digər dövlət rüsumlarını qarşılamaqda kömək olmaq üçün Fransa Xarici İşlər Nazirliyi tərəindən yaradılan, xarici tələbələri Fransa universitetlərinə cəlb etmək üçün və prioritet sahələrdə, istər özəl, istərsə də dövlət sektorunda, potensial işçi qüvvəsini yaratmaq məqsədilə əsası qoyulan təqaüd proqramıdır. Təqaüdə uğurlu müraciət və gedişatda tələb edilən sənədlər haqqında sizi məlumatlandırmaq məqsədilə, Gradfeld şirkəti sizə ÖDƏNİŞSİZ konsultasiyalar təklif edir. Qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil olun: Pulsuz konsultasiya İndi isə icazənizlə, keçək proqramın detallarına.   Təqaüdlü pulsuz təhsil üçün nəzərdə tutulan tədris sahələri
  1. Hüquq sahəsi ixtisasları;
  2. İqtisadiyyat və idarəetmə sahəsi üzrə ixtisaslar;
  3. Mühəndislik sahəsi və digər elmi sahələr üzrə (riyaziyyat, Fizika, Kimya, Nano və Bio-Texnologiyalar, Ətraf-Mühit emləri, digər texnologiya sahələri və digər uyğun ixtisaslar);
  4. Siyasi elmlər;
  Təqaüdün miqdarı Doktorantura dərəcəsi üzrə 31 dekabr 2020-ci ilədək aylıq 1,400 avro və 1 yanvar 2021-ci il tarixindən etibarən aylıq 1,700 avro müavinət təyin edilib. Bundan əlavə, proqramının verdiyi əlavə üstünlüklər də mövcuddur ki, bunlar aşağıdakılardır:
  1. Beynəlxalq uçuşlar – tələbənin yaşadığı ölkə və Fransa arasında gediş-gəliş biletləri
Qeyd: Tələbənin müraciət formasında öncədən qeyd edilmiş bölünmüş təqaüd müddətinə əsasən tələbənin yalnız bir gediş-gəliş biletinin ödənişi geri qaytarılır.
  1. Fransa daxilində qatar səyahətləri – təqaüd proqramı tərəfindən tələbə iki qatar bileti ilə təmin edilir. Birinci bilet tələbəyə hava limanından ilk təhsil müəssisəsinə gedişi üçün, ikinci bilet isə son təhsil müəssisəsindən öz vətəninə dönərkən hava limanına gedişi üçün verilir.
  2. Yerli nəqliyyat – Hava limanından və ya qatar stansiyasından ilk təhsil müəssisəsinə taksi və ya ictimai nəqliyyat vasitəsi ilə səyahət xərclərinin 50 avroya qədər ödənilməsi də proqramın üstünlüklərindəndir.
  3. Sağlamlıq sığortası – Avropa İqtisadi Zonasına daxil olmayan ölkə vətəndaşlarına Fransız Sosial Müdafiə sistemindəki universitet qeydiyyat tarixlərinə uyğun olaraq, sağlamlıq sığortası da verilir.
  4. Fransanın əlavə tibbi sığorta sistemi – Tələbə fransaya daxil olduqdan sonra 2 ay müddət çərçivəsində Fransa Xarici İşlər Nazirliyi tərəfindən tələb edilən əlavə tibbi sığortaya müraciət etməli və sistemə qeydiyyatı ilə bağlı verilən sənədi təqdim etməlidir. Əks halda verilən təqaüd hesaba köçürülmür və tələbə proqramın verdiyi imtiyazlardan yararlana bilmir. Sistemə qeydiyyat və təhsil haqqı ilə bağlı isə tələbələrdən qəbul olduqları universitetin Beynəlxalq Əlaqələr şöbəsinə yaxınlaşaraq, əraflı məlumat almaları xahiş edilir.
  5. Digər fəaliyyətlər – Müəyyən şərtlər daxilində, tələbələr ilk ayın kirayə haqqının ödənilməsinə dair sübut və icarə müqaviləsinin nüsxəsini təqdim etdikdə, tələbə yaşayış yeri xaricindəki mənzil xərclərini ödəmək üçün yardım ala bilər. Göstərilən sübut icarənin imzalanmasından sonra 3 aydan gec olmayaraq təqdim edilməlidir.
  Təqaüdün verilmə müddəti və davamlılığı “Eiffel” təqaüdü doktorantura dərəcəsi üzrə 12 ay müddətində verilir. Proqramın seçim komitəsinin təsdiqindən sonra təqaüdün verilmə prosesi 3 dövrə bölünür və qeyd edək ki, dövrlər arasında 4 aydan çox müddət olmur. Ümumilikdə isə, bütün xüsusi halları nəzərə alaraq, təqaüdün verilməsi heç bir halda 24 ayı keçmir. Akademik fəaliyyət dövrü ərzində yalnız hüquq ixtisası üzrə qəbul olunan tələbələr öz akademik fəaliyyətləri ilə paralel Fransız dili tədrisi də ala bilərlər. Belə olan halda, tələbə öz müraciət formasında bu istəyini açıq şəkildə bildirməlidir. Əks halda, sonradan edilən müraciətlər qəbul edilməyəcəkdir.   Proqrama uyğunluq
  1. Milliyət – Proqram yalnız xarici vətəndaşlar üçün nəzərdə tutulur. Fransa vətəndaşı olan və ya biri fransız olmaqla, ikili vətəndaşlıq daşıyan şəxslər proqrama qəbul edilmir.
  2. Yaş məhdudiyyəti – namizədin 30 və ya aşağı yaş qrupuna aid olması tələb edilir.
  3. Müraciətin mənbəyi – Yalnız Fransız təhsil müəssisələri tərəfindən təqdim olunan müraciətlər qəbul edilir. Başqa mənbələrdən olan müraciətlərə baxılmır. Birdən çox qurum tərəfindən irəli sürülən hər hansı bir namizədin müraciəti isə ləğv edilir.
  4. Akademik səviyyə – “Eiffel” Proqramı təqaüdləri, akademik fəaliyyətini Fransada davam etmək istəyən doktorantlar üçün nəzərdə tutulub. “Eiffel” Proqramı, xaricdə Fransız qurumlar tərəfindən həyata keçirilən proqramlarda və ya peşə təhsili müqavilələri ilə əlaqəli olaraq istifadə edilə bilməz.
  5. Digər Fransa dövlət təqaüdlərini qazanan namizədlər Eiffel təqaüd proqramında iştirak edə bilməzlər. Bu halda namizədin müraciəti avtomatik ləğv edilir.
  6. Qurumlar əvvəllər magistr səviyyəsində təqaüd almış bir namizədi doktorant təqaüdünə müraciət üçün təqdim edə bilər. Əvvəllər doktorluq təqaüdünə layiq görülən namizədlər isə başqa bir təqaüd ala bilməzlər. Əvvəlki müsabiqədə rədd edilmiş bir namizədin irəli sürülməsi üçün müraciətlər fərqli bir qurum və ya başqa bir təhsil müəssisəsi tərəfindən təqdim olunsa belə qəbul edilməyəcəkdir.
  7. Dil biliyi – Namizədin seçimi zamanı Fransız dili biliyi əsas faktor kimi götürülmür. Əgər tələbənin dil biliyi onun qəbul olduğu universitetə məxsus tədris dilinə uyğundursa, bu, təqaüdə müraciət üçün kifayət edir.
  Proqrama seçim zamanı nəzərə alınan 3 əsas kriteria
  1. Namizədin müraciətə qədərki akademik göstəricilərinin digər namizədlərlə müqayisədə daha yüksək olması; Doktorantura dərəcəsi üçün isə əlavə olaraq Magistr tədqiqat mövzusunun özünəməxsusluğu nəzərə alınır.
  2. Təşkilat, irəli sürülən namizədin seçilməsinin qurumun prioritetlərini, xüsusən də beynəlxalq strategiyasını necə inkişaf etdirəcəyini və bu tələbənin seçiminin qarşılıqlı müsbət təsirini aydın şəkildə göstərə bilməlidir.
  3. Fransa Xarici İşlər Nazirliyinin əməkdaşlıq və tərəfdaşlıq siyasəti, xüsusilə bu proqramla əlaqədar olaraq müəyyən ölkələrə verdiyi prioritetlər də seçim zamanı nəzərə alınan faktorlardandır.
  Proqram haqqında əlavə məlumat üçün aşağıdakı formu doldurun, Pulsuz Xaricdə təhsil konsultasiyasında iştirak edin!  


    Müraciət Et



    Maraqlandığınız xidmətimiz (vacib)

    Təhsil almaq istədiyiniz ölkə (vacib)




    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *