fbpx
  • Home
  • Estoniyada IT təhsili

Estoniyada IT təhsili

Estoniyada IT təhsili

Nəyə görə IT Təhsilini Estoniyada Almalı?

Estoniya – yaratdığı “rəqəmsal cəmiyyət” ilə məşhur, Şimali Avropada yerləşən kiçik bir dövlətdir. Ölkə eyni zamanda internetdən istifadə azadlığı ilə digərlərindən fərqlənir. Bu məqaləmizdə sizinlə texnoloji sahələrdə təhsil almaq üçün niyə məhz Estoniyaya üz tutan tələbə sayının çox olduğuna dair bölüşəcəyik.

Estoniya – Texnologiyanın Mərkəzi kimi

İnformasiya texnologiyaları istifadəsi ilə tanınan Estoniyada 1990-cı ildən bəri internet-banking xidmətləri istifadədədir və hazırda əməliyyatların 99,6%-i online həyata keçirilir. Online-Rezidentlik, Online-Səsvermə, rəqəmsal tibbi reseptlər, qanuni məcburi müqavilələrin qurumlara getmədən online imzalanması, hökumətin qarşılıqlı fəaliyyətlrində iştirak, e-Vergi Şurası – bütün xidmətlər İnternetdən istifadə və online strktur ilə həyata keçirilir. 2012-ci ildə Wall Street Jurnalında yazılan məqaləyə əsasən, Estoniya Avropada adambaşına ən çox startap sayı olan ölkədir və bu say hər il artmağa davam edir. Estoniya, eyni zamanda, Skype və TransferWise kimi tanınmış online platformaların vətənidir.

Daim Yenilənən Beynəlxalq Mühit

Estoniyanın texnoloji məktəbləri və şirkətləri maneələri aşmaq və hər yerdən gələn tələbələr, məzunlar və gənc sahibkarlarla daha ağıllı bir dünya qurmaq üçün çox çalışırlar. Ölkədə beynəlxalq mühit yaratmaq və hər ölkədən tələbələrin burada təhsil alması üçün təhsil müəssisələri və hökümət əllərindən gələni edir, hər il tələbələrə yeni imkanlar təqdim edirlər. 70-ə yaxın ölkədən minlərlə tələbə bunu bir daha təsdiq edə bilər ki, Estoniya Avropanın ən çox beynəlxalq tələbəyə ev sahibliyi etdiyi ilk 3 ölkə sırasına rahatlıqla daxil ola bilər.

Beynəlxalq Standartların Üzərində Təhsil

Estoniyada bu və digər sahələr üzrə nüfuzlu universitetlərə gəldikdə isə, bir çox təhsil müəssisəsi bu siyahıya daxil ola bilər. Biz isə sizinlə İT sahəsində ən məşhur olan iki universitet haqqında qısa məlumat bölüşəcəyik.

  • Tallinn Texnologiya Universiteti, aralarında Stanford, Berkeley, MIT və Harvard kimi 50-yə yaxın beynəlxalq universitetlə əməkdaşlıq etmiş və hazırda Silikon Vadisi və Şanxayda ofisləri olan, Estoniyanın ən tanınan universitetlərindəndir.
  • Tartu Universiteti, Utrecht Şəbəkəsi və Coimbra Universitetlər Qrupu kimi beynəlxalq universitetlər birliyinin üzvüdür. Melbourne Universiteti və Tsinghua Universiteti də daxil olmaqla, Asiya və Avstraliyanın ən yüksək reytinqli universitetləri ilə mübadilə proqramları aparır. Tartu Universitetindəki Kompüter Elmləri İnstitutu, Aalto Universiteti, Helsinki Universiteti və İsveçdəki KTH Kral Texnologiya İnstitutu və Skandinaviya universitetləri ilə də beynəlxalq səviyyəli səmərəli əməkdaşlıq edir.

Bütün bu sadalanan səbəblərdən əlavə, Avropada təhsil tələbələr də təsdiqləyə bilər ki, istənilən Avropa ölkəsində adaptasiya prosesi yavaş gedir və bunun əsas səbəblərindən biri məhz dil və ünsiyyət çətinlikləridir. Estoniya qitənin məhdud saylı ölkələrindəndir ki, ana dili ingilis dili olmasa da, xarici dillərdə ünsiyyət barədə digər millət nümayndələrinə problemlər yaratmır, ən azında ingilis dilini bilərək ölkədə normal ünsiyyət qurmaq mümkündür. Eyni zamanda, qeyd edək ki, məhz texnologiya sahələri üzrə Estoniya universitetlərində və kampus-daxili proseslərdə işgüzar və akademik dil yenə də ingilis dilidir. Buna görə də əminliklə deyə bilərik ki, yerli dili bilməsəniz belə, Estoniya sizi yenə də qonaqpərvərliklə qarşılayacaq!

 

Gradfeld şirkəti olaraq bütün xaricdə təhsil müraciətlərinizdə daim yanınızda olduğumuzu xatırladır və sizə təhsil həyatınızda uğurlar arzu edirik!

 

Digər proqramlar haqqında ətraflı məlumat və əlaqə üçün sosial media hesablarımızı izləməyi unutmayın!

Facebook: https://www.facebook.com/gradfeld

Instagram: https://www.instagram.com/gradfeld/

Telegram: https://t.me/teqaudbeledcisi

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *