fbpx
  • Home
  • Elebilki ordasan! Münhen – Almaniyanın ən yaxşı 3 universiteti

Elebilki ordasan! Münhen – Almaniyanın ən yaxşı 3 universiteti

Elebilki ordasan! Münhen – Almaniyanın ən yaxşı 3 universiteti

Münhen və Almaniyanın ən yaxşı 3 universiteti

Münhen Almaniyanın Berlin və Hamburqdan sonra 3-cü ən böyük şəhəridir. Alp dağlarının şimal yamaclarında yerləşən şəhərin əhalisi hazırda 1.3 milyondur və şəhərin adı tarixi mənbələrdə “rahiblərin yaşadığı yer” mənasını verir. Buna görə də şəhərin gerbində də rahib şəkli təsvir edilib. Şəhər 2010-2012-ci illərdə keçirilən sorğu nəticələrinə və yaşam standartlarına görə dünyada yaşayış üçün ən münasib yer hesab edilir. İndi isə gəlin, sizə Münhendə təhsil və tələbə həyatından danışaq!

Avropada təhsil planları olan tələbələrin, əksər hallarda, üz tutduqları şəhərlər böyük şəhərlər olur, çünki bu halda həm daha əyləncəli tələbə həyatı keçirəcəklərinə həm də daha yaxşı təhsil alacaqlarına inanırlar. Münhen bu fikirləri təsdiqləyən ən böyük nümunədir. Şəhər Almaniyada həm təhsilin səviyyəsi, həm tələbələrə verdiyi imkanları, həm də keçirilən saysız tədbirləri ilə məşhurdur. Təsadüfi deyil ki, Münhen Almaniyada təhsil alan xarici tələbələr arasında ən çox bəyənilən və ən az mənfi rəyə sahib olan şəhərdir. Mühnen, eyni zamanda, Almaniyanın 3 ən yaxşı təhsil müəssisəsinə də ev sahibliyi edir. Gəlin onlara birlikdə nəzər salaq!

LMU Munich (Ludwig-Maximilians-Universität)

Universitetdə hazırda 50,000-dən çox yerli və xarici tələbə təhsil alır. 1472-ci ildə yaradılan universitet, Bavariyanın ən qədim ali təhsil qurumudur. Universitetdə hazırda ixtisas yönümlü seçimlər, müqayisədə, çox deyil. Amma buna baxmayaraq, bu müəssisə illərdir dünyanın TOP50 universitetləri sırasında öz yerini qoruyub saxlayır. Burada təhsil ala biləcəyiniz ali təhsilə uyğun ixtisaslara gəldikdə isə – tələbələrin fikirlərinə əsasən, daha çox biznes və idarəetmə yönümlü, “European studies” istiqamətli sahələrə üstünlük verilir.

Technical University of Munich (Technische Universität München, TUM)

Mühəndislik və digər əlaqəli sahələrə fokuslanan bu universitet nəinki Almaniyanın, eyni zamanda dünyanın ən yaxşı universitetlərindən biri hesab edilir və universitetin məzunları müntəzəm olaraq BMW, Audi, Siemens kimi yerli sənaye nəhənglərində prestijli pozisiyalarda çalışırlar. Eyni zamanda TUM daimi olaraq start-up proyektləri ilə məşhurlaşan tələbələrin də təhsil ocağıdır. Uğurlu başlanğıc ilə yanaşı fərqli sahələrdə əlaqələrini möhkəmləndirən Mühen Texniki Universiteti, özünü “Sahibkarlıq Universiteti” kimi də qələmə verir. Təqdim olunan onlarla İngilis dilli proqramı ilə tələbə heyətinin demək olar ki, üçdə biri beynəlxalqdır. Avropada mühəndislik və ya kompüter elmləri öyrənməyi planlaşdırırsınızsa, TUM mütləq potensial seçimlər siyahınızda olmalıdır.

Munich University of Applied Sciences (MUAS)

Qeyd edilən sahələrdən kənar, digər sferalarda ixtisaslaşmaq qərarına gəlsəniz bu universiteti mütləq nəzərdə keçirməlisiniz. Fərqli sahələrə ev sahibliyi eədn bu təhsil müəssisəsi də Almaniyanın TOP3 universiteti sırasındadır və verdiyi təhsil səviyyəsi ilə illərdir öz prestijini qoruyub saxlayır. Fərqli təhsil variantları arasında geniş praktik əsaslı proqramlara sahib Münih Tətbiqi Elmlər Universitetində müasir və iş mərkəzli Yeni Avropa Kolleci və məşhur “Academy of Fine Arts” yer alır.

Biologiya və nevrologiya üzrə gələcək doktorantlar Beynəlxalq Max Planck Molekulyar və Hüceyrə Həyatı Elmləri üzrə Tədqiqat Məktəbində doktorluq proqramına müraciət etmək planlarını da təhsil karyeralarına daxil edə bilər, bu seçimlə isə ixtisaslaşmış kadra çevrilmək üçün böyük bir addım ata bilərlər.

 

Münhenin təklif etdiyi imkanları bir yazı ilə bitirməyimiz mümkün deyil. Buna görə də, istəkləriniz üzrə, bu haqqda hazırladığımız yazıların sayını artıracaq və fərqli Avropa ölkələrində təhsil ilə yanaşı tələbə həyatı haqqında da paylaşımlar etməyə davam edəcəyik! Bizi izləməyi unutmayın!

Facebook: https://www.facebook.com/gradfeld

Instagram: https://www.instagram.com/gradfeld/

Telegram: https://t.me/teqaudbeledcisi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *