fbpx
  • Home
  • Elə Bil Ki, Oradasan- Pantheon

Elə Bil Ki, Oradasan- Pantheon

Elə Bil Ki, Oradasan- Pantheon

🇮🇹Yeni rubrikamız “Elə Bil Ki, Oradasan!”-a dünyanın ən qədim mədəniyyət ocaqlarından biri olan İtaliyanın Roma şəhərindən başlayırıq!

🏛 Pantheon – Bütün Allahlara Həsr Edilmiş Məbəd – qədim Roma memarlığının ən görkəmli abidələrindən biridir.

📠 Eradan əvvəl II əsrdə qədim Roma memarlığının intibah dövründə, imperator Adrianın zamanında, Mark Vipsani Aqripp tərəfindən hələ iki əsr öncə inşa olunmuş Panteon yenidən ucaldılmışdır. Bunu məbədin üzərindəki “М. AGRIPPA L F COS TERTIUM FECIT” latın yazısı da bir daha sübut edir 📜

⛪️ Bu butpərəst məbədi 1 Noyabr, 609-cu ildən, əksər dini tikili və məbədlər kimi, kilsəyə çevrilərək bu günümüzə kimi qorunmuş və yaxşı vəziyyətdə saxlanılmışdır. Məhz buna görə də 1 noyabr katolik və protestantlar tərəfindən “Bütün Müqəddəslər” günü kimi qeyd olunur.

🎓 Bu məbədin yerləşdiyi Roma şəhərində isə İtaliyanın məşhur Sapienza Universiteti, Tor Vergata Universiteti, Link Campus Universiteti, Roma-Amerikan Universiteti və s. təhsil müəssisələri yerləşir. Siz də bu möhtəşəm şəhərdə təhsil almaq şansını əldə edə bilərsiniz! 🤩

💬 Bəs siz Pantheon-da olmusunuzmu? Bu tarixi tikili haqqında bildiyiniz faktları şərhlərdə bizimlə bölüşün! 📨

📍 Növbəti postumuzda hara haqqda yazmağımızı istərdiniz? 📜

Leave a Reply

Your email address will not be published. Required fields are marked *