fbpx
  • Home
  • Elə bil ki oradasan – Oxford, İngiltərə

Elə bil ki oradasan – Oxford, İngiltərə

Elə bil ki oradasan – Oxford, İngiltərə

Siz də bu universitetin adını tez-tez eşidirsiniz elədir? Bəs Oxford universitetinə adını verən Oxford şəhəri
haqqda nə qədər məlumatlısınız? Sizcə nə üçün bu universitet illərdir universitet sıralamalarında öz
yerini ilk sıralarda qoruyub saxlayır? Bu yazımızda sizinlə bu haqqda bilməli olduğunuz hər şeyi
paylaşacağıq! Gəlin, başlayaq!

Oxford şəhərinin əsası IX əsrlərdə qoyulmuş və şəhər orta əsrlərdə təhsil və elmi mərkəz kimi inkişaf
etməyə başlamışdır. İlk zamanlar daha çox ilahiyyat yönümlü sahələr üzrə inkişaf edən şəhər, daha sonra
tibb və hüquq üzrə də ixtisaslaşaraq məşhurlaşdı. Universitet daha sonralar hər sahə üzrə inkişaf
göstərərək dünya üzrə ən yaxşı təhsil müəssisəsi adına layiq görüldü və həmin tarixlərdən etibarən öz
adını qoruyub saxlayır.

Kiçik bir şəhər olan Oxford şəhəri bütünlükdə universitet və fərqli təhsil müəssisələrindən ibarətdir, buna
görə də əksər mənbələrdə “Universitet şəhəri” adlandırılır. Oxford küçələrində gəzərkən, bir sözlə, tarixi
yaşayırsınız. Şəhərin heç bir nöqtəsində böyük dəyişikliklər edilmədiyi və tarixi abidələrlə detallar çox
yaxşı qorunub saxlanıldığı üçün şəhər hər mənada qədim zamanları sizə canlı olaraq yaşadır. Təbii ki,
İngiltərənin daimi yağışlı və dəyişkən iqlimində olduğunuzu da unutmamalısınız – evdən çıxarkən
çətirinizi götürməyi unutmayın!

Oxforda getmisinizsə və şəhər haqqında detallı, dəqiq məlumatlar əldə etmək istəyirsinizsə, sizə ilk
məsləhətimiz – hər hansı turistik tura qoşulun və ya orda yaşayan yerli nümayəndələrlə əlaqə qurmağa
çalışın ki, sizə məlumat versinlər. Çünki şəhəri tanımayan birinin ətrafı yalnız əlindəki xəritə ilə kəşf
etməsi imkansıza yaxın bir haldır. İndi isə gəlin sizə universitet haqqında bir az daha detallı məlumat
verək.
Universitet nəzdində 38 kolleci birləşdirir. Lakin bu kolleclərin hər biri azaddır və özlərini ayrılıqda idarə
edirlər – hər birinin öz qəbul, işəgötürmə, işdənçıxarma komitələri və qaydaları var. Universitetin özünə
gəldikdə isə – bütün bu kollecləri bir araya toplayan qurum kimi nəzərdə tutula bilər. Yəni hansı kollecin
məzunu olmağınızdan asılı olmayaraq, Oxford diplomu alırsınız.

Kolleclərin hər biri, demək olar ki, bütün sahələr üzrə tədris həyata keçirir. Qeyd edək ki, elmi
araşdırmalar və tibbi sahələr üçün ayrıca kolleclər də mövcuddur və magistratura-doktorantura pillələri
üçün daha ixtisaslaşmış kolleclər də universitet daxilində digərlərindən ayrılır.

Oxford haqqında digər bir maraqlı fakt isə – final imtahanların olmamasıdır. Belə ki, tədris edilən fənnləri
keçmək üçün siz semester sonları imtahan vermirsiniz. Semester ərzində bir neçə dəfə keçirilən kiçik test
və ya tapşırıq əsaslı yoxlamalar olur, lakin burdan aldığınız ballar elə də böyük əhəmiyyət kəsb etmir.

Sual yarana bilər ki, bəs Oxforddan məzun olmaq üçün nə etmək lazımdır? Diplomu almaq üçün tədris
aldığınız illər ərzində öyrəndiklərinizi tək bir imtahanda – son kursda təhvil verəcəyiniz imtahanı
keçməlisiniz. Maraqlısı da budur ki, ötən ilə qədər olan statistikaya görə tələbələrin 81%-i ilk dəfədən bu
imtahanı keçə bilmir.

Bütün bunlar bir kənara, Oxforda getsəniz, ölkənin ən qədim botanika bağını gəzməyi unutmayın!
Gradfeld şirkəti olaraq bütün müraciətlərinizdə və səyahət planlarınızda uğurlar və tez bir zamanda daha
rahat səyahət edə biləcəyimiz günlərin gəlməsini arzu edirik!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *