fbpx
  • Home
  • Effektiv CV necə yazılır

Effektiv CV necə yazılır

Effektiv CV necə yazılır

Düşünün ki, xəyalınızdakı iş vəzifəsi üçün bir xəbər görmüsünüz. CV-nizi göndərmək istəyirsiniz amma ən son iki il öncə yenilədiyiniz ağlınıza gəlir. Nə edəcəksiniz?

CV-nizin işə götürənlərin oxuması gərəkən SONuncu olması və axtarmaq istədikləri İLK insan olmağınız üçün bu 5 addımı izləyin.

1-ci Addım:

30 saniyə içində bir təəssürat yaradın

Sizin CV-niz qarşı tərəf üçün yorucu və sıxıc

ı olmamalıdır. Ona görə bu 30 saniyəni yaxşı dəyərləndirin. Qısa müddətdə böyük təsir yaratmaq üçün nəzərə almalı olduğunuz suallara gəldikdə isə; CV’nizi daha diqqət çəkici hala gətirəcək qeyri-adi bir formadan istifadə etmək istərdinizmi? Yoxsa modern görünüşlü bir tərcümeyi-halın xoş qarşılanmayacağı daha ənənəvi bir şirkətəmi müraciət edirsiniz? Ən önəmli nöqtələrin asanlıqla önə çıxması üçün CV-nizdəki elementləri azaltmaq effektiv olarmı? Bu kimi detalları nəzərə alsanız effektiv yazılmış CV-nizi asanlıqla formalaşdıra biləcəksiniz.

2-ci Addım: Özünüzü bir problem həll edən olaraq tanıdın

Unutmayın ki, hər iş görüşməsi əslində şirkət üçün bir problemdir. Qalmış boş yeri dolduracaq birinə ehtiyacları var və müraciətləri dəyərləndirərkən bu punktu xüsusi qeyd edən namizədlərə daha çox üstünlük veriləcək. Diqqət etsəniz, bu ehtiyacın detalları iş elanlarında da yer alır. Buna görə çalışın şirkətin problemini anlayasınız və onların probleminə necə yaxşı bir həll olacağınızı göstərəsiniz.

3-cü Addım: Önəmli məlumatları vurğulayın və izah edin

Bu addım 1 ve 2-ni yekunlaşdırdığınız yerdir. Açar məlumatların mümkün olduğu qədər diqqət çəkici olduğundan əmin olmağınız lazımdır. Tərcümeyi halınızı oxuyanlara ən lazımlı bacarıqlarınız, təcrübələriniz, istedadınız haqqında yazın! Nəyə görə fərqlisiniz? Bu suala cavab tapmağa çalışın.

4-cü Addım: Şirkəti araşdırın

Müsahibə zamanı şirkətlərin, qurumların ilk verdiyi sual əksər hallarda bu olur: “Bizim haqqımızda nə bilirsiniz?”

Unutmayın ki, iki şirkət eyni deyil və hər biri individual münasibət tələb edir. CV’niz bunu yansıtmalıdır. Bu başlıqlar haqqında düşünməyiniz məsləhətlidir:

  • Şirkətin mövcud layihələri
  • Sizi o şirkətə çəkən amil
  • Oxşar qurumlarda, pozisiyalarda olan təcrübələriniz

5-ci Addım: Hər iş üçün yeni bir CV hazırlayın

Son olaraq, ümumi bir CV düzəldib onu hər işə göndərməkdənsə, bir az diqqət yetirərək yaradıcı olun. Sizin digər namizədlərin arasından seçilmək istədiyiniz kimi, şirkətlər də müraciət etdiyiniz pozisiyanı tanımaq üçün zaman ayırdığınızı və müraciətiniz üzərində biraz düşündüyünüzü görmək istəyərlər.

Bu adımları izləmək, CV’nizin potensial işəgötürənlər üzərində qalıcı təsir buraxmasını təmin edəcəkdir.

Gradfeld şirkəti olaraq istər təhsil, istərsə də peşəkar müraciətinizdə sizə uğurlar arzu edirik!

Şirkət yenilikləri və proqramlar haqqında məlumat üçün sosial media hesablarımızı izləyin:

Facebook: https://www.facebook.com/gradfeld

Instagram: https://www.instagram.com/gradfeld/

Telegram: https://t.me/teqaudbeledcisi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *