fbpx
  • Home
  • Ele bilki ordasan Çexiyanın paytaxtı Praqa Çarlz körpüsü

Ele bilki ordasan Çexiyanın paytaxtı Praqa Çarlz körpüsü

Ele bilki ordasan Çexiyanın paytaxtı Praqa Çarlz körpüsü

🇨🇿 Çexiyanın paytaxtı Praqa şəhəri hazırda turist sayına və tarixi abidələrinin sayına görə seçilən Avropanın ən qədim şəhərlərindən biridir.

📜 Hazırda Praqada 18 qədim körpü mövcuddur lakin bunların arasında ən qədimi məhz Çarlz körpüsüdür! Körpü 14-cü əsrdə Kral IV Çarlzın əmri ilə inşa edilmişdir və 19-cu əsrə qədər üzərində yerləşdiyi çayı keçmək üçün əhalinin istifadə etdiyi yeganə körpü olmuşdur! 🧐
✍🏼 Bəs nə üçün bu körpü bu qədər məşhurdur?
Bəhs etdiyimiz Çarlz körpüsü sadəcə piyada keçidi deyil, eyni zamanda bir açıq hava muzeyidir! 🤩
Vaxtilə Praqada baş verən yürüşlər və tacqoyma mərasimləri ilə anılan və məşhurlaşan bu tarixi körpü hazırda 30 müqəddəs heykəlin yerləşdiyi möhtəşəm bir tarixi keçiddir!
🙋🏽 Hekəllərin hər biri haqqında isə fərqli əfsanələr mövcuddur. Məsələn, gerçəkləşməsini istədiyiniz bir arzunuzu körpüdəki Nepomuk Jan heykəlinə toxunaraq diləsəniz, bu arzunun tez vaxtda gerçəkləşəcəyinə dair yerli əhalinin inancları var! 😉

💡 Çexiyaya birlikdə getmək istədiyiniz dostunuzu posta işarələyin, bəlkə sizin də arzunuz gerçək olar! 😉

Leave a Reply

Your email address will not be published. Required fields are marked *