fbpx
  • Home
  • AMERİKA: Yarım Gün İşçi, Yarım gün Turist Ol!

AMERİKA: Yarım Gün İşçi, Yarım gün Turist Ol!

AMERİKA: Yarım Gün İşçi, Yarım gün Turist Ol!

Yay tətilində ediləcək şeylər çoxdur: kitablar oxumaq, filmlərə baxmaq, dostlarla vaxt keçirmək – qısaca, dərs ilinin bitdiyini qeyd etmək lazımdır! Bəs yay tətilinizi Amerikada keçirmək təklifinə necə baxırsınız?

Bu yazımızda sizinlə Amerikanın dünya üzrə ən məşhur tələbə proqramlarından biri olan “Work and Travel” proqramı – Amerikada həm gəzmək, həm işləmək üçün sizə təqdim edilən imkanlar haqqında danışacağıq. Elə isə, gəlin başlayaq!

Hazırki zamanda ABŞ dünyanın mərkəzi və super gücü olaraq tanınır və burada yaşamaq, işləmək, təhsil almaq çox insanın xəyallarında yer alır. Aydındır ki, hər kəs Azadlıq Heykəlini, Bruklin körpüsünü, Kapitoliy binasını, Disneylendı, Niaqara şəlaləsini, Ağ evi  və s. tanınmış yerləri görmək arzusundadır. Bu yerləri görmək əksər iş adamı üçün əlçatan olsa da tələbələr üçün çox çətin görünürdü. Bütün bunları nəzərə alaraq, 1957-ci ildə “Work and Travel” proqramı  yaradıldı ki, bu da ABŞ-ı görmək arzusunda olan tələbələrə əlverişli şərait yaratdı.Bu proqram yarandıqdan və formalaşdıqdan sonra tələbələrin ABŞ- a bu proqram vasitəsilə axını başladı. Əslində bu proqram İngilis dili dünya dilinə çevrildikdən sonra tələbələrdə daha çox maraq oyatdı, çünki bu proqram iştirakçılarına həm ingilis dilini öyrənmək, həm də istirahət etmək imkanı verilir. Və artıq hər il minlərlə tələbə bu proqram vasitəsilə Amerika Birləşmiş Ştatlarında yay tətilinə gedir. Proqram sizə nələr qazandıracaq sualına isə aşağıdakılarla cavab verə bilərik:

  • İngilis dilində danışıq bacarıqlarınızın inkişafı
  • Xəyalınızda canlandırdığınız ABŞ-ı real olaraq görmək imkanı
  • ABŞ-ın məşhur şəhərlərinə ekskursiya etmək imkanı
  • CV-nizə Amerikada təcrübəniz olduğunuzu əlavə etmək!
  • Pul qazanmaq və qazancınızı xəyallarınızdakı Amerikanı gəzmək üçün xərcləmək!
  • Amerikada 3 ay azad həyat
  • Unudulmaz attraksionlarda, əyləncə parklarında olmaq
  • Dünya görüşünü və təcrübə qazanmaq imkanı

Proqram kimlər üçündür?

Proqram tələbələr üçün nəzərdə tutulduğundan burada yalnız tələbələr iştirak edə bilər. IV kurs tələbələri istisna olmaq digər kursun tələbələri bu proqramda iştirak etmək hüququna malikdir. Və magistraturada təhsil alan tələbələrdə bu proqrama qoşulmaq imkanları vardır. Qoşulmaq üçün ilkin tələb tələbə olmağınızdır. Həmçinin xarici pasportunuzun olması da tələb edilir. Prosesdə digər proqramlardan fərqli olaraq akademik dil bacarıqları və ya bu kimi digər sertifikatlar, imtahan nəticələri tələb edimir. İngilis dilində danışa bilir və yuxarıdakı tələbləri qarşılayırsınızsa, Amerika sizi gözləyir!

Gradfeld şirkəti olaraq, sizə istər təhsil, istərsə də peşəkar müraciətlərinizdə uğurlar arzulayır, xaricdə təhsil müraciətlərinizdə yolumuzun nə vaxtsa kəsişəcəyini ümid edirik!

Digər proqramlar haqqında ətraflı məlumat və əlaqə üçün sosial media hesablarımızı izləməyi unutmayın!

Facebook: https://www.facebook.com/gradfeld

Instagram: https://www.instagram.com/gradfeld/

Telegram: https://t.me/teqaudbeledcisi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *