fbpx
  • Home
  • Amerikada təhsil: Təqaüdləri necə tapmalı?

Amerikada təhsil: Təqaüdləri necə tapmalı?

Amerikada təhsil: Təqaüdləri necə tapmalı?

Son zamanlarda Amerikada oxumaq istəyən tələbələrin statistik sayı ötən illərə nəzərən artıb. Lakin onlar üçün dünyanın ən bahalı ölkələrindən birini seçmək o qədər də asan deyil. Dünyanın ən güclü və məşhur Stanford, Harvard, Prinston kimi prestijli universitetlərinin ödənişləri isə hər il yüksəlməyə davam edir, məsələn Massachusetts Texnologiya İnstitutunda təhsil almaq üçün illik təqribən 50 000 $ məbləği gözdən çıxartmalısınız. Lakin bu göstəricilər bahalı təhsil və yaşam xərcləri arzularınıza əngəl olmamalıdır, çünki Amerikada təhsilin baha olmasına baxmayaraq, istər dövlət səviyyəsində, istərsə də universitet daxilində təqdim edilən təqaüdlərin mövcudluğu prosesi sizin üçün qismən asanlaşdırır. Sevindirici xəbər odur ki, Amerikada 4 illik bakalavr təhsili alan tələbələrin 85%i təqaüd sayəsində təhsilinə davam edirlər və bu təqaüdlər beynəlxalq tələbələrə də təqdim edilir.

Amerikada təqaüdlər fərqli təhsil pillələri, fərqli ixtisaslar üçün mövcuddur. Amerikada hər hansı universitetdən qəbul aldığınız təqdirdə təhsilinizin ən az bir ili boyunca sizə dəstək olacaq fərqli qaynaqlar tapa bilərsiniz. Bunlara misal olaraq aşağıdakı mənbələri sizə göstərə bilərik:

Hökümət təqaüdləri:

Amerikada təhsil almağı düşünən bütün beynəlxalq tələbələr üçün çoxlu sayda təqaüd şansları məhz dövlət tərəfindən yaradılır. Bunlar arasında ən bilinəni Fulbright Xarici tələbə təqaüdüdür. Təqaüd hər ilin May-İyun aylarında aktivləşir və müraciət zamanı akademik göstəriciləri, iş və sosial təcrübələri, eyni zamanda müqayisədə daha güclü motivasiyası olan tələbələr üçün ayrılır.

Qeyd edək ki, istənilən təqaüd poqramında üstünlük əldə etmək və universitte qəbullarında uğurlu nəticə göstərmək üçün GMAT və ya GRE imtahanlarının rolu çox böyükdür. Bu imtahanlar haqqında əlavə məlumat üçün linkdən istifadə edib digər blog yazımıza keçid edə bilərsiniz.

Link: Gmat nədir

Universitetlərin daxili təqaüdləri:

Universitetlərin özləri bəzən xüsusi ixtisaslar üçün müəyyən fond ayırır və bu məlumatları hər universitetin öz vebsaytından əldə etmək olar. Xüsusən, yüksək illik ödəniş tələb edən universitetlərdə “excellence scholarship” başlığı ilə təqaüd proqramları təklif edilir. Bu proqramlar, əksər hallarda, təhsil haqqından endirim təklifləri irəli sürür və bununla da yüksək göstəricili tələbələrin tam təhsil haqqını ödəmək kimi məcburiyyətləri qalmır.

Özəl qurumların dəstəkləri:

Bu təqaüdlər inkişaf etməkdə olan ölkələrdən gələn, əsasən qadınlara yönəlmiş müəyyən mövzularda təmin olunan maliyyələrdir. Müxtəlif fondlar tərəfindən ayrılan bu təqaüdlər, daha çox təhsil haqqından azad edilmək üçün fərqli təkliflər edirlər.

Merit-based təqaüdlər:

Universitetə qəbul olarkən, yaxud olduqdan sonrakı illərdə akademik üstünlüyünüzə görə verilən təqaüdlərdir. Məsələn, tədrisinizin ikinci semesterində ilk semester göstərdiyiniz uğurlara görə sizə əlavə məbləğdə təqaüd təklif edilə bilər.

Proqramlar haqqında daha detallı məlumata gəldikdə isə:

Fullbright təqaüdü

Bu proqram Amerika dövləti tərəfindən magistr və doktorantura oxumaq istəyən tələbələr üçün ayrılmış təqaüd proqramıdır. Təqaüdə illik təhsil haqqı, yaşayış və gediş-gəliş xərci daxildir. Proqrama dünyanın bir çox ölkələrindən, həmçinin Azərbaycanlı tələbələrdə müraciət edə bilər. Ümumilikdə hər il 1800 tələbə bu təqaüdü qazanır.

American University təqaüdü

Bu təqaüd proqramı isə Amerikan universitetinə Attestatla qəbul olmaq istəyənlər üçün nəzərdə tutulub. Belə ki, proqrama qoşulmaq üçün tələbənin Attestat qiymətləri minimum 4, IELTS 6.5 və ya TOEFL 90 olmalıdır. Təqaüdə yol pulu və sağlamlıq sığortası istisna olmaqla, illik təhsil haqqı, yaşayış və yemək xərcləri daxildir. Dərslər isə Avqust ayında başlayır.

Berea Collages

Bu təqaüd proqramı 4 illik bakalavr təhsilini əhatə edir. Proqrama 4 illik təhsil haqqı, əksər hallarda yaşayış və qalmaq xərcləri də daxil olur. Qoyduqları tələblərə görə Attestat qiymətləri minimum 4, IELTS nəticəsi isə bütün bölmələrdən ən az 5.5 olmalıdır.

Bütün bunlardan əlavə Amerikada təqaüd qazanmaq istəyirsinizsə SAT, GRE, GMAT kimi sertifikatları əldə etməyi də nəzərinizdə saxlayın. Hər il minlərlə tələbənin baş vurduğu programlarda sizi digərlərindən fərqləndirən əsas cəhətlər həm akademik keçmişiniz, həm də gələcəklə bağlı planlarınız olsun.

Ümumi olaraq, Ameikada ən məşhur təqaüd proqramları siyahıda qeyd edildiyi kimi olsa da, nəzərdə saxlayın ki, istənilən universitetin daxili təqaüd proqramları və merit-based variantları olur. Buna görə də qəbul olmaq istədiyiniz kollec və ya universitet haqqında rəsmi saytlardan mütləq dəqiq araşdırma edib, hər il yenilənən şərtlərlə tanış olmağınızı məsləhət görürük.

Gradfeld şirkəti olaraq bütün xaricdə təhsil müraciətlərinizdə daim yanınızda olduğumuzu xatırladır və sizə təhsil həyatınızda uğurlar arzu edirik!

Digər proqramlar haqqında ətraflı məlumat və əlaqə üçün sosial media hesablarımızı izləməyi unutmayın!

Facebook: https://www.facebook.com/gradfeld

Instagram: https://www.instagram.com/gradfeld/

Telegram: https://t.me/teqaudbeledcisi

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *