fbpx
  • Home
  • ALES İmtahanı Nədir və Nə Üçün Lazımdır?

ALES İmtahanı Nədir və Nə Üçün Lazımdır?

ALES İmtahanı Nədir və Nə Üçün Lazımdır?

ALES (Akademik Personel ve Lisansüstü Eğitimi Giriş Sınavı) magistr təhsili üçün müraciət edənlər və akademik heyətə təyin olunmaq istəyən namizədlər (tədqiqatçı köməkçiləri, mühazirəçilər, mütəxəssis tərcüməçilər və s.) tərəfindən nəticəsi əldə edilməli olan qəbul imthanı növüdür. Doktorantura qəbullaı zamanı da bu imtahan nəticəsi, ixtisas seçimindən asılı olaraq tələb edilə bilir və magistr dərəcəsi ilə müqayisədə qismən daha yuxarı nəticə tələbi qoyulur.

Yüksək ALES balına sahib olmaq, magistr müraciətlərində namizədlərə böyük üstünlük verir, çünki ALES nəticələri tezisli təhsil təklifi edən universitet fakültələri müraciətlərində ən az 50% paya sahibdir. Bu imtahan bəzi universitetlər üçün yeganə ölçü meyarı olsa da, bəziləri həm də öncəki təhsil həyatınızda əldə etdiyiniz naliyyətlərə də önəm verir. Ümumilikdə isə qeyd edək ki, doktorantura tələbəsi kimi ALES balınız 80%-dən, magistr üzrə isə 70%-dən yuxarı olmalıdır ki, seçim prosesində iştirak edə biləsiniz.

İmtahan strukturu

İmtahan “sayısal” və “sözel” olaraq iki əsas hissədən ibarətdir. Uyğun olaraq hər bir hissədə isə hərəsində 40 test olmaqda 2 hissə var (Sayısal-1, Sayısal-2, Sözel-1, Sözel-2). Yəni ümumilikdə 4 hissə – 160 sual sizi gözləyir. Namizədlər öz ixtisaslarına uyğun olaraq, ya riyazi ya da verbal hissəyə üstünlük verməklə, ümumilikdə 160 sualdan ən az 120 sualı cavablandırmalıdırlar. Suallara gəldikdə isə, həm texniki, həm də humanitar sahələrdən olan tələbələrin imtahan verdiyi nəzərə alınaraq, suallar hər iki yönümlü sahə tələbələrinin cavablandıra biləcəyi şəkildə formalaşdırlır.

Prioritet hissənin müəyyənləşdirilməsi

İmtahan, təbbi ki, yuxarıda qeyd edildii kimi sadə deyil. Qeyd edilənlərdən əlavə, siz həm də öz ixtisasınıza əsasən, imtahanda sizin üçün daha vacib olan hissələri müəyyən etməlisiniz. Belə ki, bunu müəyyənləşdirmək üçün imtahandan öncə informasiya xarakterli məlumat vərəqləri tələbələrlə bölüşülür. Ümumi olaraq izah etməli olsaq, 3 əsas prioritet hissə mövcuddur:


  1. Hədəf: Eşit ağırlık puan türü

Əgər sizin ixtisas bu başlıq altında qeyd edilibsə, Sayısal-1, Sayısal-2 və Sözel1 hissələrindən ümumi 120 sualı həll edib bal toplamağınız tələb ediləcək. Sözel-2 hissəsi sizə heç bir bal verməyəcək.


  1. Hədəf: Sayısal puan türü

Əgər sizin ixtisas bu başlıq altında qeyd edilibsə, Sayısal-1, Sayısal-2 və Sözel1 hissələrindən ümumi 120 sualı həll edib bal toplamağınız tələb ediləcək. Sözel-2 hissəsi sizə heç bir bal verməyəcək.


  1. Hədəf: Sözel puan türü

Əgər sizin ixtisas bu başlıq altında qeyd edilibsə, Sözel-1, Sözel-2 və Sayısal-1 hissələrindən ümumi 120 sualı həll edib bal toplamağınız tələb ediləcək. Sayısal-2 hissəsi sizə heç bir bal verməyəcək.

 

Türkiyədə magistr təhsili almaq üçün tək çıxış yolu isə ALES imtahanı ilə məhdudlaşmır. Əgər ingilis dilində təhsil almaq istəyirsinizsə və ingilis dili səviyyəniz də kifayət qədər yaxşıdırsa, sizin GMAT və ya GRE imtahanları nəticəsini əldə etmək kimi bir variantınız da var. Bu haqqda məqaləmizi də oxumaq istəsəniz, linkdən istifadə edin!

Link: https://gradfeld.com/gmat-nedir-ve-kimlere-lazimdir/

Gradfeld şirkəti olaraq bütün xaricdə təhsil müraciətlərinizdə daim yanınızda olduğumuzu xatırladır və sizə təhsil həyatınızda uğurlar arzu edirik!

 

Digər proqramlar haqqında ətraflı məlumat və əlaqə üçün sosial media hesablarımızı izləməyi unutmayın!

Facebook: https://www.facebook.com/gradfeld

Instagram: https://www.instagram.com/gradfeld/

Telegram: https://t.me/teqaudbeledcisi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *