fbpx
  • Home
  • Akademik Müraciətlər üçün CV Necə Hazırlanmalıdır?

Akademik Müraciətlər üçün CV Necə Hazırlanmalıdır?

Akademik Müraciətlər üçün CV Necə Hazırlanmalıdır?

Peşəkar CV hazırlanması – iş və təhsil müəssisələrinə müraciətə görə fərqli formatlara malikdir. İş üçün müraciət zamanı baxılan və nəzərə alınan göstəricilər daha çox iş təcrübəniz, müraciətə qədərki peşəkar həyatınız və sahə ilə bağlı digər təcrübələriniz olduğu halda, akademik müraciət zamanı daha çox tədqiqat və müəllimlik təcrübəsi, nəşrlər, əldə etdiyiniz qrantlar və təqaüdlər, peşəyə dair qazanılan biliklər və uyğun olaraq, akademik qiymət cədvəliniz dəyərləndirilir.

Göndərəcəyiniz sənədlər arasında CV, ən vacib sənədlərdən biri olduğu üçün Gradfeld şirkəti olaraq sizə həm sənədin hazırlanmasında kömək olur, həm də peşəkar akademik CV hazırlanmasını sizə əlavə xidmət olaraq təqdim edirik.

Akademik CV hazırlayarkən bir çox fərqli CV formalardan istifadə mümkündür ki, bu, tələbənin seçimi və təcrübə sayından asılı olaraq təyin edilə bilər. Bu gün isə biz sizinlə hazırladığınız sənəddə nələrə diqqət yetirməli olduğunuza dair yazımızı paylaşırıq.

CV hazırlayarkən nələr nəzərə alınmalıdır?

  1. Uzunluq – Peşəkar CV-lərdən fərqli olaraq, akademik CV-lərdə uzunluq limiti yoxdur. Çünki hazırlayacağınız bu sənədə bütün təcrübələrinizi, akademik göstərici və naliyyətələrinizi, akadmeik işlərinizi, yazılarınızı və s. daxil etməyiniz tələb edilir.
  2. Struktur və dizayn – Uzunluqdan daha önəmli olan faktor məhz hazırladığınız CV-nin strukturudur. Sənədin bağlanğıcına şəxsi məlumatlarınızın arasında daha önəmli olanlar – təhsil və iş təcrübələriniz yazılmalıdır. Sənəd mümkün qədər sadə və aydın olmalıdır. Eyni zamanda, xronoloji ardıcıllıq keçmişdən bu günə yox, əksinə, bu gündən keçmişə olmalıdır. Məsələn, ən son iş yerinizi başlanğıcda, bundan öncəki iş yerinizi isə ondan sonra qeyd etməlisiniz. Bundan əlavə olaraq, iş təcrübəsi və təhsil həyatı izahları zamanı maksimum 3 cümləlik izahdan (bullet point-dən) istifadə edilməlidir.
  3. Foto şəkil istifadəsi məcburi deyil, lakin istəsəniz, əlavə edə bilərsiniz. Əksər hallarda, bu, özündən əminlik nişanəsi kimi də dəyərləndirilir.
  4. Yalan məlumat – Nəzərə alın ki, yazdığınız hər hansı sözün yalan olduğu aşkarlanarsa, bu, sizin prestijinizə və təhsil karyeranıza böyük zərər yetirə bilər. Buna görə də, CV hazırlayarkən, əmin olun ki, yazdığınız bütün məlumatlar reallıq və düzgünlüyə əsaslanır.
  5. Son yoxlanış – Sənəd hazır olduqdan sonra mütləq yenidən oxuyun və heç bir məlumat səhvliyi və ya qrammatik səhvlik olmadığından əmin olun.

 

Unutmayın ki, yazılan CV və Motivasiya məktubu sizin müraciət formanızın ən əsas hissələridir və mümkün olduğu qədər mükəmməl, səhvsiz və aydın yazılmalıdırlar.

Gradfeld heyəti olaraq sizə təhsil həyatınızda uğurlar arzu edir və bu yolda daim yanınızda olduğumuzu xatırladırıq!

CV hazırlamaq haqqında daha ətraflı məlumat üçün linkə keçid edin. Peşəkar CV hazırlamaq üçün 6 vacib addım

Xidmətlərimiz haqqında əlavə məlumat və suallarınız üçün

Əlaqə nömrələri:  +994 (012/051) 408 01 18

Email Ünvanımız: [email protected] / [email protected]

Ofis Ünvanımız: Bakı şəh. C.Cabbarlı küç. 44. Caspian plaza 2-ci korpus, 5-ci mərtəbə

Leave a Reply

Your email address will not be published. Required fields are marked *