fbpx
  • Home
  • 5 Addımda Akademik Müsahibə Hazırlığı

5 Addımda Akademik Müsahibə Hazırlığı

5 Addımda Akademik Müsahibə Hazırlığı

Müsahibə mərhələsi sizin müraciət prosesinizin ən önəmli hissələrindən biridir. Uğurlu müsahibənin ilk sirri isə effektiv və düzgün hazırlıq prosesidir. Buna görə də bu yazımızda sizinlə universitet və təqaüd proqramı müsahibələrinizi uğurla başa vurmağınız üçün 5 addımı bölüşəcəyik.

Gəlin “müsahibələri necə yüksək nəticə ilə başa vura bilərsiniz?” sualını birlikdə cavablandıraq.

  1. Aydın danışın, danışarkən göz təması qurun

Hər hansı bir məlumatı qarşı tərəfə ötürərkən ən əsas köməkçi vasitələrdən biri danışığın aydın olması, yalan məlumatın ötürülməməsi və danışarkən göz təmasının təmin edilməsidir. Bu yolla, həm nitqin inandırıcılığı artır, həm də qarşınızdakı insan sizin danışığınıza daha rahat fokuslanır, diqqət dağınıqlığı yaranmır.

  1. Özünüz haqqda həm qısa, həm detallı məlumatı öncədən hazırlayın

Əksər hallarda, müsahibələr zamanı verilən ilkin suallar sizi tanımaq üçün verilir və bu suallara cavab verərkən sizin özünüzü necə təqdim etdiyinizə, özünüzdən əminliyinizə və özünüzü tanıtmağa necə başladığınıza xüsusi diqqət yetirilir. Bundan əlavə, akademik həyatda əldə etdiyiniz naliyyətlər haqqında da öncədən qeydlər götürməyiniz və nitqinizi səsləndirərkən bu qeydlərdən istifadə etməyiniz tövsiyyə olunur. Xüsusən Visa müsahibələri zamanı, qarşınızdakı şəxsin maraqlandığı ən əsas nüanslardan biri, öz ölkənizə qayıtdıqdan sonra oxuduğunuz ixtisasın ölkənizə necə xeyir verəcəyidir. Buna görə də təhsil alacağınız ixtisas haqqıda müsahibə mərhələlərindən öncə detallı araşdırma etməyiniz də müsahibə prosesində yararlı olacaqdır.

  1. Qəbul olduğunuz universitet və ölkə haqqında araşdırma edin

Təhsilinizi davam etdirəcəyiniz ixtisasdan əlavə, daxil olduğunuz universitet və universitetin yerləşdiyi ölkə haqqında da, həm Visa, həm də təqaüd  müsahibələrində sual verilə bilər. Əlavə olaraq, bu haqqda araşdırmanı motivasiya məktubunu yazarkən də istifadə etməyiniz tələb edilir. Buna görə də, müsahibə öncəsi hazırlamalı olduğunuz digər bir nitq – universitet və ölkə haqqında araşdırmaya əsaslanmalıdır. Belə ki, niyə məhz qəbul olduğunuz universiteti seçdiyiniz, niyə həmin ölkədə təhsil almaq istədiyiniz, ümümuiyyətlə, nə üçün xaricə getmək istədiyiniz haqqında suallara tam hazırlıqlı olmalı və yeri gəldikdə qarşınızdakı insanı detallı cavablarla təmin etməyi bacarmalısınız.

  1. Müsabiqədə olduğunuz şəxslər haqqında məlumat toplamağa çalışın

Hər akademik il üçün müsabiqə şərtləri ötən ilin qəbul prosesinə əsasən müəyyənləşdirilir və buna görə də paylaşılan statistiki məlumatlar və yenilənən qəbul şərtlərini nəzərdən keçirməklə müsahibələrə daha strukturlu və daha məlumatlı daxil olmaq mümkündür. Bunun üçün qəbul olduğunuz təhsil müəssisəsinin ötən il qəbul alan tələbələri ilə əlaqəyə keçə, qəbul ala bilməyən tələbələrin nəticəsinin səbəbini öyrənə, ötən akademik il və hazırki qəbul şərtlərini müqayisə edə və bununla da müsahibəyə özünüzdən daha əmin, verilə biləcək potensial suallara daha hazır və buna görə də daha az həyəcanlı daxil ola bilərsiniz.

  1. Müsahibənin sonuna doğru bütün danışılanları yekunlaşdırın və üstünlüklərinizi vurğulayın

Müsahibə yekunlaşdırılarkən qarşınızdakı şəxsin sizdən əsas gözləntisi, müsahibənin başlanğıcından bəri səsləndirdiklərinizi yekunlaşdıraraq, üstünlüklərinizi bir daha dilə gətirməyiniz və özünüzdən əminliyinizi itirməməyinizdir. Çalışın başlanğıcdan sona qədər gülər üzlülüyünüzü və müsbət auranızı itirməyin və səsləndirdiyiniz fikirlərə dəstək kimi müsbət təcrübələrinizi dilə gətirməyi unutmayın. Bütün bunlara əməl etdiyiniz halda, müsahibənizi yekunlaşdırdıqdan sonra müsbət nəticə əldə etmə şansınızı dəfələrlə artırmış olacaq, verdiyiniz cavablar və özünüzdən əminliyinizlə qarşınızdakı şəxsdə müsbət fikir yaradacaqsınız.

 

Gradfeld şirkəti olaraq, xaricdə təhsil yolunda daim yanınızda olduğumuzu xatırladır, bütün gələcək işlərinizdə sizə uğurlar arzu edirik!

 

Əlavə məlumat və suallarınız üçün:

Əlaqə nömrələri:  +994 (012/051) 408 01 18

Email Ünvanımız: [email protected] / [email protected]

Ofis Ünvanımız: Bakı şəh. C.Cabbarlı küç. 44. Caspian plaza 2-ci korpus, 5-ci mərtəbə

Leave a Reply

Your email address will not be published. Required fields are marked *