fbpx
  • Home
  • 2021 üçün 7 Tövsiyə

2021 üçün 7 Tövsiyə

2021 üçün 7 Tövsiyə

Olduqca çətin, problemlərlə dolu və böyük hissəsini evdə keçirdiyimiz 2020-ni geridə qoyduq!

Sırada isə daha rahat səyahət edəcəyimizə və bu il reallaşdıra bimədiyimiz planlarımızı gerçəkləşdirəcəyimizə ümid etdiyimiz 2021 var!

Xaricdə təsil şirkəti olaraq, bu il qarşımıza çox böyük məqsədlər və əldə etməyi planladığımız çox böyük naliyyətlər qoymuşduq. Vəziyyətin qəlizliyinə baxmayaraq, bunların əksəriyyətini əldə etdik, lakin xarici ölkələrin Mart ayından bəri tətbiq etdiyi bir sıra qadağalar işlərimizdən yan keçmədi. İl ərzində tələbələrimizlə birgə yaşadığımız çətinliklər, viza problemləri, karantin rejimi və bununla paralel – səyahət məhdudiyyətləri bir çox hallarda bizi məyus etsə də, motivasiyamızı əsla itirmədik və işlərimizə ilk günki kimi böyük məsuliyyətlə davam etdik. Nəticə olaraq, bütün bu çətinliklərə rəğmən, tələbələrimizin 96%-i uğurlu nəticə əldə etdi və pandemiya şəraitində olsaq belə onları xaricə yola salmağa nail olduq!

Qarşıdan gələn il nələr gətirəcək, sadalanan problemlər aradan nə vaxt qalxacaq bilmirik, amma biz yenə də sizə 2021-ci il Xaricdə təhsil barədə məsləhələrimizin sadalandığı bloq yazımızı hazırladıq. İndi isə gəlin bu il xaricdə təhsilə başlamadan öncə nələri etməlisiniz, ümumi olaraq nəzərdən keçirək.

  1. Getmək istədiyiniz TOP 3 ölkəni müəyyən edin, onları araşdırın.

Təhsil alacağınız ölkənin seçimi prosesin ən önəmli mərhələsidir. Getdiyiniz ölkənin iqlimi, yaşam standartları, iş imkanları və s. kimi ünsürlər sizin seçiminizə ilkin təsiri göstərən faktorlardır. Lakin bundan da önəmli olan mərhələ – müraciət prosesindən öncə düzgün araşdırmanın aparılmasıdır. Bu araşdırmanı isə ətrafınız və ya dost-tanışınızın sizə verdiyi məsləhətlər əsasında yox, birbaşa ÖZÜNÜZ etməyinizi məsləhət görürük. Əlavə olaraq, bütün bu prosesi rəsmi saytlar, təqaüd və universitet proqamlarının rəsmi portallarından əldə edin, əks halda, yanlış məlumatlar ucbatından müraciətinizin nəticəsi uğursuz göstərici ilə yekunlaşa bilər. Əvvəlki illərin statiskalarına baxdıqda da bunu açıq şəkildə görmək mümkündür ki, özü müraciət edən tələbələrin proqramlara qəbul olmama səbəblərinin başında yanlış müraciət formaları və sənədlərin yanlış olması gəlir. Buna görə də, əvvəldən sona qədər gedişatı nəzarət altında saxlamalı və ehtiyac olduğu halda, yalnız bu məsələ ilə əlaqəli mütəxəssislərə müraciət etməyinizi tövsiyə edirik.

  1. Getdiyiniz ölkənin dilini öyrənməyə çalışın

Hər bir millət üçün onun dili ən çox önəm daşıyan faktorlardan biridir. Buna görə də, ən azından baza bilikləri, özünüzü təqdim etməyi, yarana biləcək təməl problemlər və suallar barədə müraciəti öncədən öyrənmyinizi tövsiyyə edirik. Bunu etdiyiniz halda, mühitə daxil olduqdan sonra, daim ünsiyyətdə olacağınız üçün yerli dili daha sürətli qavraya biləcək, həm də yerli dili bildiyiniz halda iş imkanlarını daha rahat əldə edə biləcəksiniz.

  1. Qəbul olduğunuz universitetin tələbələri ilə sosial media üzərindən əlaqə yaratmağa çalışın

Bu həm sizin təhsil həyatına daha rahat öyrəşməyiniz, həm də universitetin yerləşdiyi şəhərə getmədən öncə sosiallaşaraq, ordakı imkanlar, yaşam tərzi və tələbə həyatı haqqında real təcrübələrlə tanış olmaq imkanı verəcək. Bundan əlavə, ölkədə yaşana biləcək problemlər barədə də məsləhət ala biləcəyiniz birinin olması sizin üçün üstünlük olacaq.

  1. Proqramların son müraciət tarixlərini özünüzdə qeyd edin – Gecikməyin!

Tələbələrin yol verdiyi növbəti səhvlərdən biri də öncədən son müraciət tarixlərini nəzərə almamaq və müraciəti həmin tarixə qədər saxlmaaqdır. Unutmayın ki, sənədlərin hazırlanması, tələb edilən məktubların yazılması və bu kimi digər proseslər tez bir zamanda ərsəyə gəlmir. Buna görə də, hansı proqrama müraciət edəcəyinizi müəyyənləşdirdikdən və araşdırmanızı apardıqdan dərhal sonra prosesə başlamağı və müraciəti mümkün qədər tez başa çatdırmağı sizə məsləhət görürük.

  1. Hədəfiniz Təqaüdlü Təhsildirsə, IELTS və ya TOEFL nəticələri mütləqdir!

Bəzi hallarda proqramlar bakalavr təhsilinin ingilis dilində olduğuna dair arayışı və ya dil sertifikatınızın olmaması ehtimalında belə müraciətinizi qəbul etsə də, proqramların ilkin olaraq dəyərləndirdikləri tələbələr bütün tələbləri tam qarşılayan – akademik dil səviyyəsi sertifikatı olan tələbələr olur. Buna görə də, əgər ixtisasınız üzrə yüksək göstəricilərə sahib universitetlərə qəbul olmaq və təqaüd imkanlarından yararlanmaq istəsəniz, bu sertifikatar MÜTLƏQDİR! Qeyd edək ki, bütün sənədlərin hazırlanması prosesi təhsilə başlamaq istədiyiniz akademik ildən ən az 1 il öncə başlamalıdır. Belə ki, təhsilinizə 2022-ci ilin Sentyabrında başlamağı planlayırsınızsa, 2021-ci ilin Avqust-Sentyabr aylarından artıq mətndə sadalanan bütün göstəricilər üzərində çalışmağa başlamalısınız. Bunu da nəzərinizə çatdıraq ki, əksər proqramlara müraciət Mart ayı sonuna qədər yekunlaşır.

  1. GMAT və ya GRE sertifikatları proqramlara qəbul üçün şansınızı dəfələrlə artırır!

Dünya üzrə bir çox TOP universitetin qoyduğu ən əsas tələblərdə biri də GMAT/GRE sertifikatlarıdır. Bu imtahanlardan əldə etdiyiniz nəticənin önəmi, sizin bakalavr ərzində öyrəndiklərinizi, “critical thinking” dediyimiz və hazırda bütün universitetlər üçün çox böyük önəmə sahib olan bacarığınızı, texniki sahələrdə uğurlu ola biləcəyinizi göstərmək və bunu topladığınız balla sübut etməkdir. Belə ki, bu imtahan nəticəsini əldə edən tələbələr nəzərdə tutula biləcək bütün proqramlara ilkin olaraq qəbul edilən tələbələr sırasındadırlar.

  1. İş təcrübəsi və Sosial aktivliklərinizin olması hər bir halda sizin üçün üstünlükdür!

Universitet illəri ərzində əksər tələbə yalnız dərslərə fokuslanaraq, yüksək ortalamanın ən əsas faktor olduğunu düşünür və kənar fəaliyyətlərdə iştirakdan çəkinir. Qeyd edək ki, hazırki vaxtda müraciətləri edən tələbələrin ən əsas sənədi Motivasiya məktubu hesab edilir. Çünki bu məktubu oxuyan şəxs sizi öncədən tanımır, haqqınızda ilkin məlumatlarla məktubda yazdıqlarınıza əsasən tanış olur və buna əsasən sizi dəyərləndirir. Bu məqamda isə, sizin yüksək akademik nəticələrinizdən daha çox, bakalavr təhsili illəri ərzində nələrlə məşğul olduğunuz, hansı layihələrdə iştirak etdiyiniz, könüllülük fəaliyyətləriniz, praktiki iş biliklikləriniz və bu kimi digər ünsürlər dəyərləndirilir. Bunlara sahiib olmağınız Magistr və ya PhD tələbəsi kimi qəbul almaq üçün böyük üstünlüyə sahib olmaq deməkdir.

 

Gradfeld şirkəti olaraq, ötən il olduğu kimi bu il də xaricdə təhsil yolunda bütün proseslərdə yanınızdayıq! Qarşıdan gələn yeni ilinizin uğurlu və bol müvəffəqiyyətli keçməyini arzu edir və komandamız adından hər birinizi təbrik edirik!

 

Əlavə məlumat və xaricdə təhsilə dair suallarınız üçün bizmlə daim əlaqə saxlaya bilərsiniz!

Əlaqə nömrələri:  +994 (012/051) 408 01 18

Email Ünvanımız: [email protected] / [email protected]

Ofis Ünvanımız: Bakı şəh. C.Cabbarlı küç. 44. Caspian plaza 2-ci korpus, 5-ci mərtəbə

Leave a Reply

Your email address will not be published. Required fields are marked *