Hər birimiz bilirik ki, Azərbaycanda verilən təhsil daha yaxşısını arzu etməyə vadar edir – yerli universitetlər beynəlxalq reytinqlərdəki mövqelərini itirir və bir sıra Azərbaycan universitetlərinin diplomları hər yerdə tanınmır. Bu kədərli fonda, getdikcə daha çox abituriyent xaricdə təhsil almağı düşünür. Çoxlarımızın düşündüyü kimi ən böyük maneə maddi çətinliklər olsa da, başqa faktorlarda bəzi abutiriyentləri bu fikirdən uzaqlaşdırır.
Əvvəlcə, hamımızın yəqin çox yaxşı bildiyi xaricdə təhsilin müsbət tərəflərindən yazmaq istəyirəm:
• Xaricdə təhsil başqa bir ölkəni kəşf etmək və beynəlxalq ünsiyyət bacarığı əldə etmək imkanı yaradır. Bundan əlavə, parlaq bir diplom işi və əvəzolunmaz təcrübə qazanmağa kömək edəcəkdir. Bütün bunlar potensial işəgötürəniniz tərəfindən, hansı ölkədə olmağınızdan asılı olmayaraq qiymətləndiriləcəkdir.
• Xaricdə yaşamaq məzuniyyətdən və ya tətildən fərqlidir.Təhsil alacağınız yerlə tanış olacaqsınız. Ən yaxşı qəhvənin harada satıldığı, hansı turist tələlərinə düşməməyiniz və yeni yaşayış yerinizdən ən yaxşı şəkildə necə istifadə etməyiniz barədə məlumat əldə edəcəksiniz. Bütün bunlar ölkədə danışılan dildə bilik tələb edir.
• Tamamilə fərqli insanlarla tanış olma təkcə ünsiyyət bacarıqlarını inkişaf etdirməyə kömək etmir, həm də onları daha yaxşı başa düşməyə kömək edir. Həm də bu, bildiyiniz kimi, bir çoxları üçün karyera yüksəlişinin və biznesin inkişafının açarı olan peşəkar əlaqələrin qurulmasına kömək edəcəkdir.
• Çox vaxt xaricdə bir universitet və ya kollecin tamamilə fərqli bir tədris metodikası olur. Əvvəlcə hər şey mürəkkəb və qorxuducu görünür, amma sonradan fayda hiss edəcəksiniz və müzakirə, təhlil, layihə işi və s. faydalı bacarıqlar əldə edəcəksiniz.
Əlbəttəki, saydıqlarım müsbət cəhətlərin yalnız kiçik bir hissəsidir. Gəlin indi mənfi tərəflərə nəzər salaq, hansılar ki, hər kəs fərqli yanaşa bilər.
 Xarici universitetlərdə təhsil haqları hələ Azərbaycanın təhsil müəssisələrində olduğundan yüksəkdir. Buraya kirayə haqqını əlavə edin (bütün institutlar tələbələri yataqxana ilə təmin etmir), uçuşların qiymətlərin və s.
 Bütün xarici təhsil müəssisələri viza almaq məsələsini həll etməyə hazır deyillər, buna görə də bu problem bəzən ildə bir dəfə vətənlərinə getməli olan tələbələrin özlərinin öhdəliyinə düşür.
 Xaricdə təhsil almaq üçün dil bilikləriniz kifayət deyilsə, onları yaxşılaşdırmadan getsəniz özünüzə pislik eltmiş olacaqsınız.
 Dünənki məktəb şagirdləri üçün başqa bir dövlətdə yaşamaq gözlənilməz bir hadisədir, amma yeni bir yaşayış yerinə və yeni bir təhsil sisteminə uyğunlaşma prosesini unutmayaq. Adaptasiya olmaq prosesi bir neçə həftədən bir neçə aya qədər davam edə bilər.

SIGN IN

Forgot Password