fbpx
  • Home
  • Türkiyədə imtahansız magistr təhsili

Türkiyədə imtahansız magistr təhsili

Türkiyədə imtahansız magistr təhsili

[rtoc_mokuji]

Ölkə: Türkiyə

Şəhər: İstanbul, İzmir, Ankara, Antalya, Kastamonu, Trabzon və s.

Təhsil pilləsi: Magistratura (Tezli/Tezsiz)

Təhsil müddəti: 1.5-2 il

Başlanğıc tarixi: Sentyabr-Oktyabr

Ortama illik təhsil haqqı: Türkiyədə təhsil qiymətləri seçdiyiniz dildən asılı olaraq dövlət universitetlərində 240-1500 USD aralığında dəyişir.

Ortalama yaşayış xərci: 300-600 USD

Təqaüd imkanları: Türkiyədə təhsil almaq istəyən tələbələr hər il yanvar-fevral aylarında Türkiyə bursları təqaüdünə müraciət  edə bilərlər və ya əksər Türkiyə universitetləri ən az 1 semester təhsil aldıqdan sonra tələblərə universitetin başarı bursuna müraciət etmək şansı verir.

İş imkanları: Magistr pilləsində təhsil alan xarici tələbələrin 20 saat işləmə icazəsi vardır.

Universitetlərə müraciət üçün tələblər

Türkiyədə magistr təhsili tezli və tezsiz olmaqla iki yerə ayrılır. Tezli yüksek lisans adlanan programa akademik hədəfləri (doktrantura, akademik karyera və s.) olan tələbələr müraciət etdiyi halda, tezsiz yüksek lisans əsasən müəyyən sahədə öz bilik və bacarıqlarını artırmağı hədəfləyən və daha çox iş həyatına yönələn tələbələr üçün  nəzərdə tutulmuşdur.

Tezli təhsil almaq istəyən tələbələr ALES imtahanı nəticəsinə, xarici dildə təhsilə müraciət edən tələbələr əlavə olaraq universitetin tələb etdiyi dil sertifikatına sahib olmalıdır. Tezsiz təhsil isə nisbətən daha asandır, heçbir xüsusi imtahana ehtiyyac olmadan, rahatlıqla Türkiyədə təhsilinizə başlaya bilərsiniz.

Təqaüdlər haqqında məlumat

Türkiyə bursları aylıq 1100 TL təqaüd, universitetin təhsil haqqı, sağlamlıq sığortası, bir dəfəlik təyyarə bileti və yaşayış yeri xərclərinizi qarşılayan təqaüd proqramıdır. Bu proqramın magistr səviyyəsinə 30 yaşadək namizədlər müraciət edə bilərlər. Minimum göstərici tələbi 75+ ortalamadır. Türkiyədə tibb təhsili almaq istəyən namizədlər üçünsə bu göstərici 90+ olmalıdır.

*Ayrı-ayrı universitetlərin nailiyyətlərinizə görə təklif etdiyi təqaüd proqramları isə universitetlərə görə fərqlənir.

Universitetlərə müraciət üçün lazım olan sənədlər

  • ALES imtahanı nəticəsi (tezsiz yüksek lisans xaric, tezsiz təhsil üçün bu imtahana ehtiyac yoxdur)
  • Məzun olan tələbələr diplom və diplom əlavəsi
  • 4 cü kursda təhsil alan tələbələr universitetdən transkript və arayış
  • Tədris dilinə uyğun universitet təfəfindən tanınan dil sertifikatı
  • CV
  • Fotoşəkil
  • 2 ədəd Tövsiyyə məktubu
  • Passport

*Bəzi universitetlər əlavə sənədlər tələb edə bilər.

Xidmətlərimizə daxildir

  • Limitsiz sayda univeristet və proqramlara müraciət ( bir xidmət haqqı ödəməklə istənilən sayda ölkə və proqramlara müraciət etmək imkanı)
  • 1 ədəd motivasiya məktubu və 2 ədəd tövsiyyə məktubunun yazılması 
  • Viza prosedurların dəstək
  • Müvəqqəti qalınacaq yerin tapılmasına dəstək
  • Gediləcək ölkə və şəhərdən asılı olaraq qarşılanma imkanı
  • Müsahibələrə hazırlıq
  • Tələbə xaricdə təhsilə başladıqdan sonra daimi dəstək


    Müraciət Et



    Maraqlandığınız xidmətimiz (vacib)

    Təhsil almaq istədiyiniz ölkə (vacib)