fbpx
  • Home
  • Türkiyə Bursları Haqqında Hərşey

Türkiyə Bursları Haqqında Hərşey

Türkiyə Bursları Haqqında Hərşey

Türkiyə Bursları Haqqında Hər Şey

Türkiyədə təhsil almaq planı olan xarici tələbələrin ağlına gələn ilkin sual hansı təqaüd proqramını seçmək və hansı proqramın xərcləri qarşılamaq üçün kifayət etdiyi barədə olur. Bu gün sizinlə Türkiyənin ən yüksək məbləğli və ən çox müraciət olunan təqaüd proqramı – Türkiyə bursları barədə bölüşəcəyik.

Türkiyə bursları – Türkiyə Cumhuriyyəti tərəfindən xarici tələbələrə ölkədə təhsil almaq üçün verilən, həm bakalavr, həm magistr, həm də PhD dərəcələri üzrə nəzərdə tutulan təqaüd proqramıdır. Proqrama müraciət edərkən eyni anda universitetə müraciət prosesiniz də həyata keçirilir. Buna görə də burslara müraciət etməmişdən öncə ixtisasınıza uyğun seçdiyiniz universitetlərin web-səhifələrinə daxil olaraq kriteriyalarla tanış olmalı və qəbul tələblərini detallı oxumalısınız.

Təqaüd sizin universitet ödənişlərini qarşılamaqla bərabər sizə aylıq müəyyən məbləğ də təqdim edir və 2020-21-ci akademik il üzrə hər bir dərəcə üzrə aylıq nəzərdə tutulan məbləğ aşağıda qeyd edildiyi kmidir:

Bakalavr üzrə: 700 TL

Magistr üzrə: 950 TL

PhD üzrə: 1400 TL

Türkiyə bursları qəbul prosesi iki əsas mərhələdən – online müraciət və müsahibə prosesindən ibarətdir. Online müraciətlər ümumi olaraq Fevral sonuna qədər yekunlaşdırılır və May-İyun ayları ərzində nəticələr tələbələrlə bölüşülür. Müraciət prosesinin mərhələlərinə gəldikdə isə, proses aşağıdakı pillələr üzrə həyata keçirilir.

1. Akademik orta bal göstəriciləri

Əksər təqaüd proqramında olduğu kimi, Türkiyə bursları üzrə müraciətdə də ilkin nəzərə alınan göstəricilərinizdən biri akademik naliyyətlərinzdir. Uyğun olaraq, bakalavr üzrə müraciətlərdə SAT və ya YDS imtahan nəticələrinizə, Magistr üzrə müraciətlərdə bakalvr üzrə orta balınızın yüksək olmasına (75+ olması tələb edilir), PhD müraciətlərində isə Magistr ortalama balınıza baxılır. Bundan əlavə təhsil müddətiniz ərzində əldə etdiyiniz digər akademik naliyyətlər – olimpiyadalar, fənn müsabiqələri və digər bu kimi tədbirlərdə iştirak da seçim mərhələsində rol oynayan göstəricilərdəndir.

2. Beynəlxalq xarici dil sertifikatları

Təhsil almaq istədiyiniz tədris dili – ingilis və ya türk dili üzrə imtahan nəticələri də tələblər arasındadır. Belə ki, türk dili üzrə TYS, ingilis dili üzrə isə İELTS və ya TOEFL imtahan nəticələri tələb edilir və uyğun olaraq imtahan nəticə tələbləri seçdiyiniz universitetlərin tələblərinə əsasən müəyyənləşdirilir. Bundan əlavə onu da qeyd edək ki, öncəki təhsil dilinizin türk və ya ingilis dili olmasına dair rəsmi arayış təqdim etdiyiniz halda, əksər universitetlər bu sertifikatları tələb etməyə də bilər. Lakin nəzərə alın ki, bu imtahan nəticələri olduğu halda seçim zamanı şansınız daha yüksək olur.

3. Sosial və peşəkar təcrübələr

Uyğun olaraq, ixtisasınız üzrə iş təcrübənizin və ya sosial-könülllük fəaliyyətlərinizin olması sizi digər namizədlərdən fərqləndirən əsas göstəricilərdən ola bilər. Çünki böyük ehtimalla, müraciət edən tələbələrin əksəriyyəti öz akademik naliyyətlərinə güvənərək müraciətləri edəcək və buna görə də seçimdə iştirak edənlərin çoxu yaxın akademik göstəricilərə sahib olacaq. Buna görə də, istənilən proqram müraciətini edərkən yalnız akademik göstəriciləri qeyd etmək və motivasiya, tövsiyə məktublarını bu istiqamətdə yazmaq ən böyük səhvlərdən hesab edilir.

4. Motivasiya məktubu

Türkiyə bursları müraciətləriniz zamanı online portalda sizdən xüsusi və konkret suallara əsaslanan motivasiya məktubu tələb edilir. Buna görə də standart formada yazılan və əksər proqramlar üçün keçərli olan motivasiya məktublarınız bu təqaüd müraciəti üçün keçərli olmayacaq. İlkin olaraq sizdən nə üçün bu müraciətləri etdiyiniz, nə üçün Türkiyədə təhsil almaq qərarı verdiyiniz kimi ümumi suallara cavab istəniləcək. Daha sonra isə müraciət zamanı seçdiyiniz “tez” – diplom işi mövzusu haqqında qısa cavablara əsaslanan sualları cavablandırmağınız tələb edilir. Uyğun olaraq, hər bir təhsil dərəcəsi üzrə məzun olmaq üçün sizdən diplom işi araşdırma mövzusu seçməyiniz və həmin mövzu üzrə qısa əsaslandırmalar etməyiniz istənilir ki, bu, sizin motivasiya məktubunun ən əsas hissəsi hesab edilir. Buna görə də müraciətiniz zamanı ən çox diqqət yetirməli olduğunuz hissənin bu hissə olduğunu əminliklə deyə bilərik.

 

Gradfeld şirkəti olaraq bütün xaricdə təhsil müraciətlərinizdə daim yanınızda olduğumuzu xatırladır və sizə təhsil həyatınızda uğurlar arzu edirik!

 

Digər proqramlar haqqında ətraflı məlumat və əlaqə üçün sosial media hesablarımızı izləməyi unutmayın!

Facebook: https://www.facebook.com/gradfeld

Instagram: https://www.instagram.com/gradfeld/

Telegram: https://t.me/teqaudbeledcisi