fbpx
  • Home
  • Motivasiya məktubunun effektiv yazılma metodları

Motivasiya məktubunun effektiv yazılma metodları

Motivasiya məktubunun effektiv yazılma metodları

Motivasiya məktubu – xarici universitetlərə qəbul olmaq istəyərkən lazım olan inşadır. İnşada tələbə özü haqqında yazmalı, istedadları və nəyə görə universitetə qəbul olmalı olduğu barədə məqamlara toxunmalıdır. Motivasiya məktubunun nə qədər effektiv olması sizin universitetə daxil olma şansınızı artırır. Motivasiya məktubuna baxaraq qəbul komissiyasında sizin məqsədiniz barədə fikir formalaşır və bu mühim rol oynayır.

Hər bir inşanın yazılışı hazırlıq tələb edir. Motivasiya məktubunun yazılışı iki qat hazırlıq tələb edir. Ona görə də yazılışa nə qədər çox fokuslansanız bir o qədər inşanız daha uğurlu alına bilər, yəni axırıncı günə saxlamaqla qəbul olma şansınızı riskə atmış olursunuz.

Klassik motivasiya məktubu üç hissədən ibarətdir:

  1. Giriş
  2. Əsas hissə
  3. Sonluq

Giriş və sonluğun yazılmasına xüsusi diqqət yetirin, onlar qəbul komissiyasının yaddaşında qalacaq və düzgün ilk təəssürat yaratmağınıza kömək edəcəkdir. Özünüzə sual verin “Niyə və nə məqsədlə yazıram?”. Əlaqə saxladığınız təşkilatın adını çox diqqətlə yazın. Ad yazmaqda bir səhv səhlənkarlığınızı və diqqətsizliyinizi göstərə bilər – hansı ki, bu mənfi təəssürat yaradır.

İnşanın hər üç hissəsi aydın şəkildə qurulmalıdır. Məktubunuzun maraqlı və məlumatlı olması üçün aşağıdakı suallar kömək ola bilər:

  • Seçilən ixtisas nəyə görə maraqlıdır?
  • Bu marağı necə nümayiş etdirə bilərsiniz?
  • Niyə xüsusən bu universiteti seçdiniz?
  • Niyə xaricdə təhsil almağı seçdiniz?
  • Hansı karyera perspektivlərini düşünürsüz?
  • Məqsədlərinizə çatmaq üçün çətin vəziyyətləri və maneələri (maliyyə, sosial, fiziki) dəf etməyi bilirsinizmi?
  • Hansı bacarıq və şəxsi keyfiyyətləriniz var?
  • Uğurlarınız və təcrübələriniz nələrdir?
  • Şəxsiyyətinizin güclü tərəflərini həyatda necə göstərirsiniz?
  • Bir gündə yüzlərcə belə istək məktubu oxuyan bir insan niyə məhz sizi yadda saxlamalıdır?

Aşağıdaki məsləhətləri nəzərə alsaz, sizə kömək ola bilər.

-Motivasiya məktubu rəsmi sənəddir və buna uyğun tərtib edilməlidir. Zarafat və danışıq forması uyğun deyil. Məktub rəsmi üslubda yazılmalıdır.

-Bir motivasiya məktubu unikal olmalıdır, hər bir universitet və ya təşkilat üçün ayrıca tərtib edilməlidir. Universal məktublar dərhal zibil qutusuna atılır. İşəgötürən / konsul / qəbul komissiyası məktubun onlar üçün xüsusi olaraq yazıldığını başa düşməlidir.

-Daha az “Mən” sözün işlədin. Bu imkanlarınızın həddən artıq qiymətləndirilməsi haqqında danışa bilər. Lakin bunu nəzərə alaraq özünüzü tənqid etməyə meyl etməyin.

-Çox mürəkkəb, uzun söz və ifadələrdən çəkinin. Sadə bir təqdimat tez-tez daha sərfəli və cəlbedici görünür. Mətninizi yenidən oxuyun – uzun cümlələri qısa cümlələrə ayırmağa cəhd edə bilərsiniz. Həmçinin, şablon və məşhur sitatlardan istifadə etməməyə çalışın.

Nəzərdə saxlayın ki, məktubun həcmi bir A4 vərəqindən çox olmamalıdır. İnşanı bitirdikdən sonra diqqətlə yoxlayın. Hər hansı orfoqrafik və ya leksik səhvlərin mənfi yansımaları ola bilər. Ən əsası da odurki,  internetdəki nümunələrdən qaçının. Qəbul komissiyası plagiat aşkar edərsə, nəticələri ürəyaçıcı olmayacaqdır. Ən yaxşı vəziyyətdə belə bir məktub sadəcə nəzərə alınmayacaqdır.