fbpx
  • Home
  • Macarıstanda Təhsil üçün Ən Yaxşı İlk 5 Universitet

Macarıstanda Təhsil üçün Ən Yaxşı İlk 5 Universitet

Macarıstanda Təhsil üçün Ən Yaxşı İlk 5 Universitet

Macarıstanda təhsil almağı düşünən şəxslər üçün hazırladığımız bu blog yazımızda sizə Macarınstanda yerləşən ən yaxşı 5 universitetdən danışmışıq.

Mərkəzi və Şərqi Avropanı birləşdirən Macarıstan hər iki bölgənin bir çox görməli yerlərini özündə birləşdirir. Nisbətən aşağı yaşayış xərcləri və avropanın mərkəzi ərazilərindən olmaqla yanaşı, həmçinin təhsil cəhətdən də Macarıstan rəqabətdə digər ölkələrdən geri qalmır.

Avropada ali təhsil sistemlərini daha uyğunlaşdırmağı hədəfləyən Boloniya prosesinə uyğun olaraq, Macarıstan universitetləri üç pillə dərəcəsini təklif edir: alapképzés ( bakalavr ), mesterképzés ( magistr ) və doktori képzés (doktorantura). Bakalavr proqramları ümumiyyətlə üç və ya dörd il, magistr proqramları bir və ya iki, doktorluq proqramları isə üç il davam edir.

Macarıstanın ən yaxşı top 5 universiteti:

Szeged Universiteti

Macarıstanın reytinqdə ən yüksək universiteti olan Szeged Universiteti 1581 ci ildə qurulmuşdur və Macarıstanın 3 cü böyük şəhəri olan eyni adlı ərazidə yerləşir. Hazırda QS Dünya Universitetləri Reytinqində 501-550, İnkişaf etməkdə olan Avropa və Orta Asiyada 27-ci yerdədir. Beynəlxalq tələbələri qarşılamaq üçün universitet Erasmus mübadilə proqramında iştirak edir və bütün fənlər üzrə beynəlxalq tələbələr üçün təqaüdlərə malikdir. Əksər kurslar ingilis dilində tədris olunur, bəzi bakalavr pillələri də ingilis dilində hazırlıq kursunu əhatə edir.

Eötvös Lorand Universiteti

1635 ci ildə qurulan bu universitet 8 fakültə və 30000 tələbədən ibarətdir. Əsasən tarix, coğrafiya və ədəbiyyat elmləri üzrə təhsili ilə tanınan bu universitet, həmçinin bir çox elm adamlarının məzun olduğu universitet kimi də məşhurdur. Dünyada 651-700 və EECA bölgəsində 30-cu sırada yer alan Eötvös Loránd Universiteti paytaxt Budapeştdə yerləşir və Macarıstanın ən böyük və ən nüfuzlu universitetlərindən biridir. Bu, 1635-ci ildə qurulmuş ən qədimlərdən biridir. Universitet hazırda səkkiz fakültəsində, o cümlədən 2000 beynəlxalq tələbə arasında 28.000-ə yaxın tələbə təhsil alır.

Debrecen Universiteti

Debrecen Universiteti dünya reytinqində 651-70 yerdədir.. Əsas kampüsləri ölkənin şərqindəki ikinci böyük şəhəri Debrecendədir. Paytaxt Budapeştlə 2.5 saat məsafədə yerləşən bu şəhər həm də yaşıl təbiəti ilə də məşhurdur. Universitet 30000 tələbəyə ev sahibliyi edir və ölkənin 2 ci ən böyük kitabxanasına sahibdir. Bu universitet həmçinin tələbələrin asudə vaxtlarını səmərəli keçirməsi üçün bir çox şərait yaratmışdır.

Corvinus Universiteti

1853 cü ildə qurulan Corvinus universiteti, akademik araşdırma və təhsili ilə Avropanın ən tanınmış və prestihli universitetləri arasında göstərilir. 3 ayrı kampusdə 7 fakültə üzrə fəaliyyət göstərən bu universitetdə 18000 üzəri tələbə təhsil almaqdadır. Siz bu universitetdə iqtisadi, memarlıq, beynəlxalq əlaqələr kimi sahələrdə bakalavr, magistr və doktorantura təhsili ala bilərsiniz. Bu universitet əsasən biznes yönümlü ixtisasları ilə məşhurdur. Yüksək səviyyəli universitet filialları və akademik heyyəti ilə Corvinus universiteti Azərbaycanlı tələbələrin ən çox müraciət etdiyi universitetlərdən biridir.

Budapeşt Texnologiya və İqtisad Universiteti

Budapeştin ən məşhur yerlərindən olan dunay çayı sahilində yerləşən bu universitet tələbələr üçün çox əlçatandır. Universitet 8 fakültədə ingiliscə təhsil verir. 1782 ci ildə qurulmuşdur və 14000 xarici tələbəsi var. Yarandığı gündən bir çox nobel mükafatlı insan məhz bu universitetdən məzun olmuşdur. Bu universitet mühəndislik sahələri üzrə avropanın ən öndə gedən təhsil ocaqlarından biridir.  

Sən də Xaricdə Təhsil Almaq istəyirsənsə elə indi bizə müraciət et.


    Müraciət Et



    Maraqlandığınız xidmətimiz (vacib)

    Təhsil almaq istədiyiniz ölkə (vacib)