fbpx
  • Home
  • İtaliyada Təqaüdlü Təhsil

İtaliyada Təqaüdlü Təhsil

İtaliyada Təqaüdlü Təhsil

İtaliyada Təqaüdlü Təhsil

Ölkə: İtaliya

Şəhər:  Roma, Balonya, Venesiya, Milan, Padova, Siena, Turin, Pisa və s.

Təhsil Pilləsi: Magistratura

Təhsil müddəti: 2 il

Başlanğıc tarixi: Sentyabr – Oktyabr Ortalama illik təhsil haqqı: 1000-5000 euro

Ortalama yaşayış xərcləri : 500-1000 euro

Təqaüd İmkanları – Maddi imkanı zəif olan bütün tələbələrə verilən regional təqaüd , akamedik göstəriciləri çox yaxşı olan tələbələrə İtaliya Xarici İşlər Nazirliyivə ya Universitetlər tərəfindən verilən təqaüdlər.

İş imkanı – Tələbələr həftəlik 20 saat işləyə bilərlər.

Universitetlərə müraciət üçün tələblər

Magistratura üzrə İtaliyada təqaüdlü/təqaüdsüz təhsil almaq istəyirsinizsə, universitetin son kursunda təhsil almalı və ya universitetdən məzun olmalısınız. İlkin müraciət üçün bakalavr ortalamanız (GPA) 60+ olmalıdır, İngilis dili biliyiniz isə minimum B2 level olmalıdır və bu 5.5-6.5 IELTS nəticəsi ilə ekvivalentdir. Bundan əlavə, bakalavr təhsiliniz ingilicsə olubsa, bu sənəd müraciət üçün kifayətdir.

İtaliyada Təqaüdlü Təhsil haqqında məlumat

İtaliya regionlara bölünmüşdür və hər regiona aid olan universitetlər,onların verdiyi təqaüdün məbləği, sənəd qəbulu periodu fərqlidir. Bir qayda olaraq, ilkin mərhələdə hər-hansı İtaliya dövlət universitetlərinin birindən qəbul alınmalı, daha sonrakı mərhələdə təqaüdə müraciət edilməlidir. Universitetlərə müraciət əsas olaraq dekabr – may aylarında, universitetə müraciət etdikdən sonra isə təqaüdə müraciət prosedurları iyun-avqust aylarında keçirilir.
2 illik magistr üçün təqaüd məbləği 10 000 € (on min Avro) dəyərindədir. Tələbə təqaüdü hissə- hissə 2500€ (iki min beş yüz Avro) olmaqla magistr üçün 4 (dörd) dəfəyə alır.
Akademik göstəricilərə əsasən verilən təqaüd isə aylıq 900 euro olmaqla illik təqribən 9000 euro dəyərindədir və 3 aydan bir tələbələrin bank hesabına köçürülür.

Universitetlərə müraciət üçün lazım olan sənədlər

1.     Universitetin sonuncu kursunda təhsil aldığınızı təsdiq edən arayış və transkript;       ( məzunlar üçün diplom və diplom əlavəsi )
2.     Xarici passport
3.     İngilis dili sertifikatı minimum (B2) səviyyədə
4.     CV ( Europass formatda)
5.     Tövsiyyə Məktubları (ən az 2 ədəd)
6.     1 ədəd Motivasiya məktubu
7.     3×4 foto
*Bəzi universitetlər əlavə sənədlər tələb edə bilər.

Xidmətlərimizə daxildir

1.     Limitsiz sayda univeristet və proqramlara müraciət ( bir xidmət haqqı ödəməklə istənilən sayda ölkə və proqramlara müraciət etmək imkanı )
2.     1 ədəd motivasiya məktubu və 2 ədəd tövsiyyə məktubunun yazılması 
3.     Viza prosedurların dəstək
4.     Müvəqqəti qalınacaq yerin tapılmasına dəstək
5.     Gediləcək ölkə və şəhərdən asılı olaraq qarşılanma imkanı 
6.     Müsahibələrə hazırlıq
7.     Tələbə xaricdə təhsilə başladıqdan sonra daimi dəstək

Bizimlə əlaqə üçün: klik edin


    Müraciət Et



    Maraqlandığınız xidmətimiz (vacib)

    Təhsil almaq istədiyiniz ölkə (vacib)