fbpx
  • Home
  • Finlandiyada təhsil haqqında hər şey

Finlandiyada təhsil haqqında hər şey

Finlandiyada təhsil haqqında hər şey

Nə üçün Finlandiyada Təhsil?

Finlandiyanın təhsil sistemi dünyanın ən yaxşı sistemlərindən biri hesab olunur və bu sistem digərlərindən müəllimlərin yüksək maaşı , tətil vaxtının çox olması, ev tapşırıqları və testlərə az əhəmiyyət verilməsi ilə birlikdə, praktiki savada fokuslanılması ilə fərqlənir. Ölkənin ali təhsil sistemi də nümunə kimi göstərilir, xüsusən də Finlandiya dünyada öz vətəndaşlarının tamamilə pulsuz təhsil aldığı nadir ölkələrdən biridir. Xarici tələbələr təhsil haqqını ödəməlidirlər, lakin universitet illikləri digər ölkələrlə müqayisədə aşağıdır.

İndi isə gəlin Finlandiyada təhsil sisteminin nəyə görə digər ölkələrdən daha üstün olmasının səbəblərinə nəzər salaq:

 

  • Təhsil Fin mədəniyyətinin hissəsi kimi

Təhsil, məktəbəqədər yaşlarından qocalana qədər fin mədəniyyətinin güclü bir hissəsidir. Finlandiyada uşaqlar yeddi yaşına çatana qədər rəsmi təhsilə başlamırlar, lakin “meşə məktəbləri” və açıq oyun vasitəsilə erkən təhsillə tanış olur və bununla da möhkəm təmələ sahib olurlar. İbtidai və orta təhsil digər millətlərdə olduğu kimi sərt deyil, lakin yaxşı erkən təhsil almaq mühim amil kimi qiymətləndirilir. Finlandiyadakı bir çox yetkin insanlar, təhsillərini axşam dərsləri və ya kitabxanaya müntəzəm getməklə davam etdirirlər. Statistikaya da nəzər saldıqda, Finlandiyada kitabxanalardan istifadə göstəricisinin digər ölkələrə nisbətən daha yüksək olduğunu açıq şəkildə görmək mümkündür. Kitabxanalarda informasiyaya sərbəst çıxış fin mədəniyyətinin ayrılmaz bir hissəsi olduğu kimi, ali təhsil müəssisələrinin pulsuz olması da təhsilə verilən töhfələrdəndir.

 

  • Sinifləşmənin olmaması

Təhsildə yenidən yayılan klassizm Finlandiyada daha az məşhurdur. Uzun əsrlər boyu Finlandiya inkişaf edən bir ölkəydi və uzaq kəndlərdə fermalarda işləyənlər üçün təhsil prioritet deyildi. Universitetlərin yalnız yuxarı siniflər və ya ziyalılar üçün olduğunu düşünülürdü. Bu gün istənilən sosial sinifdən və gəlir səviyyəsindən olan insanlar kitabxanalarda məlumat əldə etmək üçün bərabər imkanları əldə etdikləri kimi, universitetlərdə də eyni imkanları edə bilərlər. Bu, bir çox başqa ölkələrdə işçi siniflərindən olan insanların universitetə gedə bilməmələri və universitet təhsili tələb edən yüksək maaşlı karyera qura bilməyəcəkləri barədə qarşılaşdıqları maneələri aradan qaldırır. Pulsuz ali təhsil Finlandiyada xüsusilə vacibdir, çünki tədris və ya jurnalistika kimi ixtisaslar daxil olmaqla bir çox ixtisaslar üçün iş yerləri magistr dərəcəsi tələb edir (digər ölkələrdə yalnız bakalavr dərəcəsi və ya heç bir dərəcə tələb olunmadan da iş tapmaq mümkündür).

 

  • Öyrənmək eşqi

Finlandiyada təhsilin pulsuz olması tələbələrin yalnız karyeralarında irəliləmək üçün deyil, həm də universitetlərin mövcud olma səbəbi – təhsil almaq naminə universitetə daxil olurlar. Mühüm həyat bacarıqları əldə edərkən tələbələr universitet kitabxanasında bir sıra mövzularda oxuya bilər və ya siyasətdən pop mədəniyyətinə qədər dünya mədəniyyətlərini dərindən öyrənmək üçün seçmə dərslər ala bilərlər. Finlər sevdikləri ixtisası oxumaq üçün iş dünyasına borc ilə girməyi belə gözə alırlar.

 

Təqaüd İmkanları və təhsil

Finlandiya eyni zamanda xarici tələbələrin sayına görə də digər ölkələr arasında seçilən ölkədir. Belə ki, ölkə həm istənilən təhsil dərəcəsi üzrə təhsil alan xarici tələbələrə, həm akademik karyera qurmaq üçün oraya üz tutanlara, həm də tələbə mübadilə proqramları ilə Fin təhsil sistemilə tanış olmağa gələn tələbələrə ev sahibliyi edir. Son göstəricilərə görə, ölkədə hazırda 24,000-ə yaxın xarici tələbə təhsil alır və onların 15%-i təqaüd qalibləridir!

Ölkədə ümumi təhsil xərclərinə və təqaüd miqdarına gəldikdə isə, bu məbləğlər universitet və ixtisaslar üzrə dəyişkəndir. Ümumilikdə, illik təhsil haqqları, əgər təqaüd qazanmamısınızsa, 7,000-19,000 Avro aralığında dəyişir. Təbii ki, özəl universitetlərdə ödəniş miqdarı qismən yuxarıdır. Bundan əlavə, demək olar ki bütün universitetlər xarici tələbələrə “Tuition waiver” və yaxud da əlavə təqaüd imkanları təklif edir. Bunun üçün ilk növbədə sizin akademik göstəriciləriniz, xarici dil imtahan nəticələriniz və sahib olduğunuz təcrübələriniz nəzərdən keçirilir.

Təqaüd miqdarı, yenə də, təhsil aldığınız proqram üzrə müəyyən edilir. Tələbələr ayrılan illik məbləğ 8,000-20,000 Avro aralığında dəyişir və əksər hallarda, təhsil haqqınızı qarşılamağa da kifayət edir. Nəzərdə saxlayın ki, təqaüdlər “excellence scholarship” olur və qazanmaq üçün 90%-də çox akademik göstəricilərə sahib olmalısınız. Bundan əlavə, universitet imtahanlarında da, qəbul olduqdan sonra, yüksək nəticələr göstərməlisiniz ki, təqaüdü itirməyəsiniz.

 

Gradfeld şirkəti olaraq bütün xaricdə təhsil müraciətlərinizdə daim yanınızda olduğumuzu xatırladır və sizə təhsil həyatınızda uğurlar arzu edirik!

 

Digər proqramlar haqqında ətraflı məlumat və əlaqə üçün sosial media hesablarımızı izləməyi unutmayın!

Facebook: https://www.facebook.com/gradfeld

Instagram: https://www.instagram.com/gradfeld/

Telegram: https://t.me/gradfeld