• Home
  • Çində Təhsil haqqında ətraflı məlumat

Çində Təhsil haqqında ətraflı məlumat

Çində Təhsil haqqında ətraflı məlumat

Salam, bu gün sizə Çindən danışacam ;))
Son illərdə Çində ali təhsilə qoyulan sərmayə, xaricdə təhsil almaq istəyən tələbələr üçün cəlbedici bir seçim halına gəldi. Son on ildə Çindəki ali təhsil müəssisələrinin sayı iki dəfə artıb və hazırda bu rəqəm təqribən 3000-dir.
Çin universitetlərində 500.000-ə yaxın beynəlxalq tələbə təhsil alır, əksər beynəlxalq tələbələr Yaponiya, ABŞ, Tayland, Cənubi Koreya və Hindistandanı təmsil edirlər.
Çində təhsil almaq, qərb ölkələrində təhsil almaqdan daha fərqli bir təcrübə vəd edir.
Məlumdur ki şərq ölkələrinin təhsil sistemi əsasən “rote” metodu üzərində qurulub ki, bu metod əsasən tələbələrin faktları yadda saxlamalarına əsaslanır. Bu yanaşma Çin ali təhsilində bakalavr proqramlarında qiymətləndirmənin 95% -nin imtahan testi yolu ilə aparılması ilə özünü göstərir.
Bir çox seçim və fürsət təklif edən səs-küylü şəhərlərdən zövq alsanız, Şanxay, Pekin və ya Hong Kongda təhsil almaq sizin üçün ən yaxşı seçim ola bilər. Beynəlxalq tələbə birliyi ilə məşhur digər şəhərlərə Chengdu, Kunming və Tianjin daxildir.
Ən yaxşı universitetlərdən bəziləri:
1)Tsinghua Universiteti: Pekində yerləşir.
dünyada 17-ci yerə qoyuldu.
Universitetdə təxminən 46.000 tələbə var, onlardan təxminən 3000-i beynəlxalq səviyyədədir. Üst fənlərə: mühəndislik, memarlıq və materialşünaslıq daxildir.
2) Pekin Universiteti: Pekində yerləşir. Hər il çox sayda beynəlxalq tələbə qəbul olunur.
dünyada 30-cu yeri tutdu. Dilçilik, stomatologiya, kimya və s., fakultələr var.
Bu universitetlərdən əlavə :
Fudan Universitetı
Xi’an Jiaotong-Liverpool Universitetı,
Shanghai Jiao Tong University (Shanghai)
Tongji University (Shanghai)
Northwest University (Xi’an)
Shandong University (Shandong)
Xiamen University (Xiamen)
Beijing Institute of Technology (Beijing)

Çində də təhsil haqqı universitetdən və seçdiyiniz fakultədən asılı olaraq dəyişir. Dövlət universitetləri daha əlverişli bir seçim təklif edirlər. Ümumiyyətlə, təhsil haqqı ildə 3,300$ – 10,000$ arasında dəyişir. İngilis dilli təhsil üçün isə üçün ödənişlər 2200$ – 4500$ arasındadır.
Beynəlxalq tələbələr Çin hökumətinin təqaüd proqramına müraciət etmək hüququna malikdirlər. Bu Təqaüdlə 243 universitetdən hər hansı birində təhsil almaq mümkündür. Təqaüdlər əsasən bütün yaşayış xərcləri və universitet ödənişlərini əhatə edir.

Müraciət etməkdən çəkinməyin!