fbpx
  • Home
  • Almaniyada təhsil

Almaniyada təhsil

Almaniyada təhsil

Ölkə: Almaniya

Şəhər: Berlin, Münich, Frankfurt, Hamburg, Köln, Freiburg və s.

Təhsil Pilləsi: Magistratura

Müddət: 2 il

Başlanğıc tarixi: Sentyabr – Oktyabr

Ortalama illik təhsil haqqı: Dövlət universitetləri pulsuzdur (semester ödənişi 150-350 euro)

Ortalama yaşayış xərcləri: 700-1000 euro

Təqaüd İmkanları: Almaniyada Master təhsilinizi maliyyələşdirmək üçün DAAD təqaüdündən yararlana bilərsiniz. Siz bakalavr təhsilinizin son kursunda təhsil alarkən DAAD Master təqaüdünə müraciət edə bilərsiniz. Bu təqaüd limitli sayda tələbəyə verildiyini nəzərə alaraq, başqa universitet daxili təqaüdlər və ya qəbul olub 1 semester oxuduqdan sonra da, yaxşı akademik göstəricilərinizə görə təqaüd almaq şansınız mövucddur.

İş imkanı: Tələbələr həftəlik 20 saat işləyə bilərlər.

Universitetə müraciət üçün tələblər

Mükəmməl ali məktəblər, cəlbedici təhsil şərtləri, universitetlərin illik təhsil haqqı olmaması Almaniyanı xaricdə təhsil almaq üçün tələbələr arasında ən çox sevilən ölkələr sırasına daxil edir. Siz hansı meyarlara uyğun gəlməlisiniz? Uyğun ixtisası harada tapa bilərsiniz? Təhsilinizi necə maliyyələşdirə bilərsiniz? Burada bu kimi önəmli suallara cavab tapa bilərsiniz.

Almaniyada master təhsilinə başlamaq üçün siz tələb olunan müəyyən şərtlərə cavab verməlisiniz. İlk öncə siz artıq bakalavr pilləsinin son kursunda təhsil almalı və ya ona bərabər olan ilk təhsilinizi bitirmiş olmalısınız (normalda alman universitetləri 80 və yuxarı olan GPA’ə üstünlük verirlər, ama bundan aşağı göstəriciləriniz varsa vəziyətə görə dəyələndirmə etmək olar.). Almaniyada master təhsili ixtisasdan və universitetdən asılı olaraq 2-4 semestr davam edir. Siz Almaniyada həm alman, həm də ingilis dilində təhsil ala bilərsiniz. Ali məktəblər sizin seçiminizdən asılı olaraq dil biliklərinizi təsdiq edən sertfikat tələb edirlər:

  • İngilis dilində təhsil almaq üçün – ən azı IELTS 6.5 və ya digər ekvivalent olan dil sertikikarı,
  • Alman dilində təhsil almaq üçün – ən azı B2 səviyyəsində dil biliklərinə malik olmalısınız.

QEYD: Bəzi universitetlər isə dil sertifikat tələb etmirlər lakin bakalavr təhsiliniz ingiliscə/almanca olması vacibdir.

Təqaüd haqqında məlumat

DAAD Master Təqaüdü

DAAD Təhsilinin sonuncu kursunda oxuyan tələbələr və ali məktəb məzunları üçün bütün ixtisas sahələri üzrə master təqaüdü təklif edir. Təqaüdə daxildir:

  • aylıq 850 € təqaüd
  • sığorta xərcləri
  • səyahət xərcləri
  • ailə üzvləri (yalnız həyat yoldaşı və əgər varsa övladı) üçün əlavə ödəniş
  • əlavə ödəniş

*Bu təqaüd limitli sayda tələbəyə verildiyini nəzərə alaraq, başqa universitet daxili təqaüdlər və ya qəbul olub 1 semester oxuduqdan sonra da, yaxşı akademik göstəricilərinizə görə təqaüd almaq şansınız mövucddur.

Almaniyada təhsil almaq üçün lazım olan sənədlər

  1. Universitetin sonuncu kursunda təhsil aldığınızı təsdiq edən arayış və transkript; ( məzunlar üçün diplom və diplom əlavəsi )
  2. Xarici passport
  3. İngilis / Alman dili sertifikatı minimum (B2) səviyyədə
  4. CV ( Europass formatda)
  5. Tövsiyyə Məktubları (ən az 2 ədəd)
  6. 1 ədəd Motivasiya məktubu
  7. 3×4 foto

*Bəzi universitetlər əlavə sənədlər tələb edə bilər.

Xidmətimizə nələr daxildir

  1. Limitsiz sayda univeristet və proqramlara müraciət ( bir xidmət haqqı ödəməklə istənilən sayda ölkə və proqramlara müraciət etmək imkanı )
  • 1 ədəd motivasiya məktubu və 2 ədəd tövsiyyə məktubunun yazılması 
  • Viza prosedurların dəstək
  • Müvəqqəti qalınacaq yerin tapılmasına dəstək
  • Gediləcək ölkə və şəhərdən asılı olaraq qarşılanma imkanı
  • Müsahibələrə hazırlıq
  • Tələbə xaricdə təhsilə başladıqdan sonra daimi dəstək


    Müraciət Et



    Maraqlandığınız xidmətimiz (vacib)

    Təhsil almaq istədiyiniz ölkə (vacib)