fbpx
  • Home
  • Xaricdə təhsil almağın 10 faydası

Xaricdə təhsil almağın 10 faydası

Xaricdə təhsil almağın 10 faydası

Dövrümüzdə gənclərin yarısından çoxu xaricdə təhsil almaq arzusundadır. Bəs bunun səbəbi nədir? Xaricdə oxumaq sizə nəcə fayda verəcək? Gəlin bu suallara 10 maddə ilə cavab verək.

1) Keyfiyyətli təhsil

Dünyanın ən reytinqli universitetlərinə baxdıqda görərik ki, bu təhsil ocaqlarının çoxu Avropa və Amerikada yerləşir. Əgər siz keyfiyyətli təhsil almaq niyyətindəsinizsə, bu qitələrdə olan universitetlər sizin üçün ideal seçimdir.

2) Əmək bazarında üstünlük

Xarici universitetlərdə təhsil alaraq karyeranıza əmək bazarında olan rəqiblərinizdən bir addım öndə başlaya bilərsiniz. Hazırda prestijli şirkətlərdə yüksək vəzifələrdə çalışan, şirkət sahibi olan bir çox şəxsin CV-sinə baxsaq onların xaricdə – ABŞ, Almaniya, İsveç, İtaliya və Türkiyədə təhsil almış olduğunu müşahidə edərik.

3) Xaricdə təcrübə qazanma imkanı

Bir çox tələbə xaricə təhsil almağa üz tutarkən gedəcəyi ölkədəki iş imkanları ilə də maraqlanır. Bu imkanlar Polşa, Türkiyə kimi ölkələrdə kifayət qədər əlçatan olsa da, Bəzən İsveç, İtalyada təhsil almağı seçən tələblər bu barədə çətinliklə qarşılaşa bilirlər.

4) Mübadilə proqramları

ERASMUS, Mevlana kimi mübadilə proqramları bəzi universitetlərimizdə mövcud olsa belə, bu imkanlar Azərbaycanda çox limitlidir. Xaricdə təhsil alaraq bu və bu kimi digər imkanlardan istifadə edə, 2-ci və ya 3-cü ölkədə 1-2 semesterlik təhsil ala bilərsiniz.

5) Dil bilikləri

Dil öyrənmədə praktikanın nə qədər önəmli faktor olduğu heç kəsə sirr deyil. Xaricdə yaşadığınız zaman ingilis dilindən gündəlik olaraq istifadə etmək məcburiyyətində qalacaq və bununla da, dil biliklərinizi inkişaf etdirə biləcəksiniz. Bundan əlavə getiyiniz ölkənin dili fərqli olarsa, siz 3-cü bir dil öyrənmə imkanı da əldə etmiş olacaqsınız.

6) Dostluqlar

“Networking” bu gün istənilən sahədə sizə üstünük qazandıran faktorlardan biridir. Siz xarici ölkələrdə bir çox dostluqlar qurmaq imkanı əldə edəcəksiniz və bu da öz növbəsində müsbət mənada sizə yeni fürsətlər yarada bilər

7) Xarici ölkədə uzun müddətli yaşamaq imkanı

Şüphəsiz ki, bir çox tələbələr xaricdə təhsil almağa qərar verdikləri zaman, təhsil alacağı ölkənin təhsildən sonrakı etabında yaşam üçün şəraitini də gözdən keçirirlər. Əksər ölkələrdə təhsili bitirdikdən sonra sizə müəyyən bir zaman verilir və siz bu zamandan istifadə edərək tam ştat iş tapıb, gedəcəyiniz ölkədə uzun vədəli işlər görə bilərsiniz.

8) Səyahət imkanlari

Avropada təhsil almağın ən böyük üstünlüklərindən biri də Şengen vizasıdır. Bu viza ilə siz bir çox Avropa ölkələrini gəzmə imkanı qazanaraq səyahət etdiyiniz ölkələr siyahısını kifayət qədər uzada biləcəksiniz və bu sizə unudulmaz xatirələr bəxş edəcək.

9) Ünsiyyət bacarıqlarınızı inkişaf etdirmək imkanı

Xaricdə təhsil aldığınız müddətcə müxtəlif mədəniyyətlərdən, ölkələrdən olan insanlarla ünsiyyətdə olacaq, beləliklə karyeranızda da mühim rol oynayacaq ünsiyyət bacarıqlarınızı inkişaf etdirəcəksiniz.

10) Həyat təcrübəsi

Xaricdə təhsil almaq istəyən tələbələr bir çox hallarda ilk dəfə ailələrindən uzaqda yaşamalı, sərbəst qərarlar verməli, yemək bişirməli, öz problemlərini özləri həll etməli olurlar. Bu müddət ərzində tələbələrin qazandıqları həyat təcrübəsi onlara gələcək həyatlarında onlara çox kömək olur.

 

Əgər siz də Xaricdə Təhsil almaq istəyirsinizsə elə indi Aktiv Xaricdə Təhsil Proqramlarımıza nəzər yetirə, fürsətlərdən yararlanaraq yüzlərlə xaricdə təhsil alan tələbələrimizdən biri ola bilərsiniz.

 

Siz də Xaricdə Təhsil Almaq istəyirsinizsə elə indi bizə müraciət edin.


    Müraciət Et



    Maraqlandığınız xidmətimiz (vacib)

    Təhsil almaq istədiyiniz ölkə (vacib)