fbpx
  • Home
  • Sonrakı peşmançılıq fayda verməz!

Sonrakı peşmançılıq fayda verməz!

Sonrakı peşmançılıq fayda verməz!

Bu postu sonrakı peşmanlıqların qarşısını almaq üçün yazıram 😀 , ona görə də xüsusi ilə ali təhsilinə yeni başlayan tələbələrə oxumalarını məsləhət görürəm. Ətrafımda bir çox adam tanıyıram ki, artıq təhsillərinin son illəridi və 4 ili düzgün dəyərləndirmədiklərinə görə peşmandılar. Bəs təhsil illəri necə dəyərləndirilməlidir?
1. Ilk semesterlərdə keçirilən fənlərin nisbətən asan olduğunu nəzərə alsaq, kifayət qədər boş vaxtımız yaranır. Bu boş vaxtı yaxşı dəyərləndirmənin ən yaxşı yollarından biri yeni dil öyrənməkdir. Bu gün iş dünyasındakı başlıca tələblərdən olan dil biliyi sizin karyeranız üçün mühim əhəmiyyətə malikdir.
2. Yeni dil bilikləri, yeni fürsətlər yaradacaq 😉 Bu o deməkdir ki, artıq siz bir çox təcrübə proqramlarında iştirak edə biləcək namizədsiniz. Bir çox hallarda təcrübə proramları 3 və 4-cü kursda oxuyan tələbələri qəbul etdiyi üçün siz könüllü olaraq da başlaya bilərsiniz. Burada diqqət etməli olduğumuz məqam odur ki, müraciət etdiyimiz proqram bizə hansı faydaları verəcək. Bu gün yüzlərlə şirkət, qurum təcrübə və könüllülük proqramı təklif edir. Seçim edərkən diqqətli olmalıyıq ki, vaxtımızı boş yerlərdə itirməyək.
3. Əgər xaricdə magistr oxumağı planlayırsınızsa, proqramlar, fürsətlər, təqaüdlər barədə əvvəlcədən məlumatlı olun. Məsələn, müraciət etmək istədiyiniz proqram sizdən təcrübə tələb edər bilər. Əvvəldən məlumatlı olduğunuz təqdirdə bunu nəzərə alaraq hərəkət edə biləcəksniz.
4. GPA-nizi yüksək saxlayın. Universitetə qəbul olduqdan sonra uğurdan başgicəllənmə yarana bilir 😀 Buna görə yüksək balla qəbul olan bir çox tələbə tanıyıram ki, ilk ildən ortalamaları aşağı olur. Bu isə sonradan göstəricilərimizi qaldırmaq üçün çətinlik yaradır. Ona görə də bir çox təqaüd imkanlarını itirmək təhlükəsi yaranır.
5. Kompyuter biliklərinizi vaxtında artırın. Bu dövrümüzün tələbidir. İxtisasınıza aid proqramları öyrənin ki, iş axtaranda bu tip məsələlərə görə şanslarınızı qaçırmayansınız.
6. Universitetinizin xarici əlaqələrindən faydalanın. Bir çox tələbənin xəbəri yoxdur ki, onlar mübadilə proqramları ilə bir və ya iki semester xaricdə təhsil ala bilərlər. Bu kimi fürsətlərdən təhsilinizin ilk illərindən etibarən xəbərdar olmaq üçün universitetinizin xarici əlaqələr departamentinə yaxınlaşın.
7. Sertifikatlar alın. Xüsusən ixtisasınıza aid olan sertifikatlar sizin üçün yeni fürsətlər yaradacaq (Mələsən ACCA sertifikatları)
8. IELTS-i son ilə saxlamayın və ya əvvəlcədən struktur ilə tanış olun. Bir çoxları vaxt azlığına görə kifayət qədər ingilis dili biliyi olmasına baxmayaraq IELTS imtahanında zəif nəticə göstərir.
Bonus: Tələbə endirimlərindən yaxşı istifadə edin 😀 😉
Əgər təklif etdiyiniz əlavə məsləhətlət və ya vaxtında etmədiyiniz üçün peşman olduğunuz məqamlar varsa, commentdə bunları bildirə bilərsiniz ki, başqalarına faydalı olsun 😊