fbpx
  • Home
  • Networking nədir?

Networking nədir?

Networking nədir?

Networking ilk növbədə bir şəxsdən digər şəxsə ötürülən məlumat, fikir və düşüncə mübadiləsi sonunda şəxsin qarşısındakı ilə əlaqəsinin yaranması və bu yolla özünə sosial bir mühit formalaşdırmasına verilən ümumi addır. Yaradılan bu əlaqələr həm qarşılıqsız şəkildə, sosiallaşma səbəbilə, həm də ətrafda kiməsə yardım etmək və ehtiyac olduqda əlaqəyə keçə bilmək məqsədilə ola bilər.

Bəs ümumən, networking necə qurulmalıdır və bu prosesdə nələrə önəm verilməlidir? Yaradacağınız bu yeni mühitdə insanları necə seçməlisiniz?

Bu yazımızda sizə 8 addımda uğurlu networking sirrlərini açıqlamışıq! İndi isə, gəlin başlayaq!

  1. Təməl qaydalara əməl edin

Gülümsəmək, səmimi olmaq, lakin bunların hamısını edərkən həddindən çox paylaşım etməmək əsas networking qaydalarıdır. Ünsiyyət zamanı ucu açıq suallar verməyi, diqqətlə dinləməyi, qarşınızdakına həqiqətən maraq göstərməyi və qarşıdakı şəxsə düzgün suallar verməyi əsla unutmayın!

  1. Gecikməyin

Dəvət olunduğunuz tədbirlərə gecikmək, əksər hallarda, yanlış hesab edilmir. Lakin networking üçün bu qayda tamamilə əksinədir. Çünki tədbirə öncədən gələrək həm insan sıxlığı başlamadan daha rahat ünsiyyətə başlama şansı əldə edəcək, həm də ünsiyyətə başlamaq üçün başqa kiminsə söhbətini yarıda kəsmək, icazə istəmək kimi məcburiyyətlərdə qalmayacaqsınız.

  1. Tədbirlərdən öncə plan qurmağı unutmayın

İstənilən yerə gedərkən öncədən mütləq plan qurun. Məsələn, tədbirdə 1 saatlıq iştirak və ya 10 nəfərlə ünsiyyət qurmaq kimi məqsədli planlarınızın olması sizə networking barədə kömək olacaqdır. Bu yolla  həm də zaman planlaması bacarığınızı da inkişaf etdirə və zamanın səmərəli istifadəsi üzrə peşəkarlaşa bilərsiniz.

  1. Əlaqə detallarınızı paylaşın

Tədbirdə iştirak və ya istənilən görüş sonrası əlaqədə qalmaq istədiyiniz, sizə faydalı ola biləcəyini düşündüyünüz insanlarla visit kart və ya sadəcə əlaqə üçün məlumatlar bölüşməyə və qarşınızdakının da məlumatlarını əldə etməyə çalışın. Bu yolla həm sonrada əlaqə yaratmaq imkanına sahib olacaq, həm də peşəkar görünüş yaratmaq yolunda ilk addımı atmış olacaqsınız.

  1. Sosial mediadan yararlanın

Sosial mediada paylaşılan “event”lər və yaradılan fərqli qruplar networking üçün ən yaxşı imkanlardandır. Belə ki, bu yolla həm sosial mediada aktivlik göstərərək sosial profil yarada, həm də fərqli insanlarla daimi əlaqə yarada bilmək üçün fürsət əldə edə bilərsiniz. Eyni zamanda, sosial media vasitəsilə qarşınızdakı insan haqqında ilkin məlumatları da söhbətə başlamadan əldə edərək, söhbətə düzgün yanaşma ilə başlamaq imkanınız da olacaq.

  1. Xaricdə networking imkanlarından yararlanın

Bunun vasitəsilə həm dil bacarıqlarınızı inkişaf etdirmək imkanı əldə edəcək, həm də xarici mühitlə əlaqədə olaraq fərqli mühit insanlarını müşahidə etmək şansı əldə edəcəksiniz. Bunun ən böyük üstünlüyü isə insanları tanıma bacarıqlarınızın inkişafını, ətrafınızdakı insanları düzgün seçməyi öyrənməyiniz olacaq.

  1. Ünsiyyət zamanı qeydlər aparın

Qarşınızdakı şəxsi dinləyərkən qeydlər götürməyiniz həm həmin şəxsə qarşı diqqətcil olduğunuzun göstəricisi, həm də şəxs barədə detalları unutmamağınızın ən yaxşı yoludur. Bu yolla qarşınızdakı insan sizin ünsiyyətə verdiyiniz dəyəri görəcək və bununla da onu yaradacağınız sosial qrupa daxil etməyiniz də asanlaşacaq.

  1. Yenidən əlaqəni unutmayın!

Networking qaydalarından ən əsası da ünsiyyət sonrası 24 saat ərzində (maksimum 48 saat) özünüzü yenidən xatırlatmaq və yenidən əlaqəyə keçməkdir. Bununla da başladığınız söhbəti davam etdirə və əlavə olaraq bu ünsiyyəti peşəkar mühitə də daşıya bilərsiniz.

Daha çox iş elanları və vakansiyalar üçün keçid edin.

Gradfeld şirkəti olaraq hər birinizə peşəkar və təhsil həyatınızda uğurlar arzu edirik!

 

Digər proqramlar haqqında ətraflı məlumat və əlaqə üçün sosial media hesablarımızı izləməyi unutmayın!

Facebook: https://www.facebook.com/gradfeld

Instagram: https://www.instagram.com/gradfeld/

Telegram: https://t.me/teqaudbeledcisi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *