fbpx
  • Home
  • Fransada pulsuz Magistr təhsili

Fransada pulsuz Magistr təhsili

Fransada pulsuz Magistr təhsili

“Eiffel” Təqaüd Proqramı

Zəngin mədəniyyəti, memarlığı, dünya üzrə məşhur muzeyləri, fərqli mətbəxi – bir sözlə, özünəməxsusluğu ilə Fransa daim diqqət mərkəzində olan Avropa ölkələri sırasında illərdir ki, öz yerini qoruyub saxlayır. Gradfeld xaricdə təhsil şirkəti olaraq biz sizə Fransada pulsuz təhsil planlarınızı reallaşdırmağın və bu əvəzsiz ölkədə yaşam xərclərinizi qarşılamağın yollarından biri haqqında bəhs edəcəyik – “Eiffel” Mükəmməllik Təqaüd Proqramı!

Qısaca izah etməli olsaq, bu proqram sizə Magistratura və ya PhD dərəcələri üzrə tələbə olaraq həm universitet xərcləri, həm yaşam xərcləri, həm də sığorta və bu kimi digər dövlət rüsumlarını qarşılamaqda kömək olmaq üçün Fransa Xarici İşlər Nazirliyi tərəindən yaradılan, xarici tələbələri Fransa universitetlərinə cəlb etmək üçün və prioritet sahələrdə, istər özəl, istərsə də dövlət sektorunda, potensial işçi qüvvəsini yaratmaq məqsədilə əsası qoyulan təqaüd proqramıdır. Təqaüdə uğurlu müraciət və gedişatda tələb edilən sənədlər haqqında sizi məlumatlandırmaq məqsədilə, Gradfeld şirkəti sizə ÖDƏNİŞSİZ konsultasiyalar təklif edir. Qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil olun:

Pulsuz konsultasiya

İndi isə icazənizlə, keçək proqramın detallarına.

Təqaüdlü pulsuz təhsil üçün nəzərdə tutulan tədris sahələri

  1. Hüquq sahəsi ixtisasları;
  2. İqtisadiyyat və idarəetmə sahəsi üzrə ixtisaslar;
  3. Mühəndislik sahəsi ixtisasları
  4. Siyasi elmlər;

Təqaüdün miqdarı

Magistratura dərəcəsi üzrə 2020-2021-ci il üçün aylıq təqaüd miqdarı 1,181 avro (1,031 avro dəstək müavinəti və 150 avro əlavə təqaüd) müəyyən edilmişdir.

Bundan əlavə, təqaüd proqramının verdiyi əlavə üstünlüklər də mövcuddur ki, bunlar aşağıdakılardır:

  1. Beynəlxalq uçuşlar – tələbənin yaşadığı ölkə və Fransa arasında gediş-gəliş biletləri

Qeyd: Təqaüd dövrü başa çatdıqdan sonra nəzərdə tutulan geri dönüş biletinin istifadəsi üçün tələbəyə 1 il müddət verilir.

  1. Fransa daxilində qatar səyahətləri – təqaüd proqramı tərəfindən tələbə iki qatar bileti ilə təmin edilir. Birinci bilet tələbəyə hava limanından ilk təhsil müəssisəsinə gedişi üçün, ikinci bilet isə son təhsil müəssisəsindən öz vətəninə dönərkən hava limanına gedişi üçün verilir.
  2. Yerli nəqliyyat – Hava limanından və ya qatar stansiyasından ilk təhsil müəssisəsinə taksi və ya ictimai nəqliyyat vasitəsi ilə səyahət xərclərinin 50 avroya qədər ödənilməsi də proqramın üstünlüklərindəndir.
  3. Sağlamlıq sığortası – Avropa İqtisadi Zonasına daxil olmayan ölkə vətəndaşlarına Fransız Sosial Müdafiə sistemindəki universitet qeydiyyat tarixlərinə uyğun olaraq, sağlamlıq sığortası da verilir.
  4. Fransanın əlavə tibbi sığorta sistemi – Tələbə fransaya daxil olduqdan sonra 2 ay müddət çərçivəsində Fransa Xarici İşlər Nazirliyi tərəfindən tələb edilən əlavə tibbi sığortaya müraciət etməli və sistemə qeydiyyatı ilə bağlı verilən sənədi təqdim etməlidir. Əks halda verilən təqaüd hesaba köçürülmür və tələbə proqramın verdiyi imtiyazlardan yararlana bilmir. Sistemə qeydiyyat və təhsil haqqı ilə bağlı isə tələbələrdən qəbul olduqları universitetin Beynəlxalq Əlaqələr şöbəsinə yaxınlaşaraq, əraflı məlumat almaları xahiş edilir.
  5. Digər fəaliyyətlər – Müəyyən şərtlər daxilində, tələbələr ilk ayın kirayə haqqının ödənilməsinə dair sübut və icarə müqaviləsinin nüsxəsini təqdim etdikdə, tələbə yaşayış yeri xaricindəki mənzil xərclərini ödəmək üçün yardım ala bilər. Göstərilən sübut icarənin imzalanmasından sonra 3 aydan gec olmayaraq təqdim edilməlidir.

Təqaüdün verilmə müddəti və davamlılığı

  1. Magistr proqramının ikinci ilinə (M2) daxil olan mükafat sahibi tələbələr üçün 12 aya qədər;
  2. Magistr proqramının birinci ilinə (M1) daxil olan mükafat sahibi tələbələr üçün 24 aya qədər;
  3. Mühəndislik proqramına daxil olan mükafat sahibi tələbələr üçün 36 aya qədər təqaüdün verilməsi nəzərdə tutulur.

Yuxarıda nəzərdə tutulan müddətlər tələbənin istəyi üzrə iştirak edə biləcəyi intensiv fransız dili kursu qeydiyyatı ilə maksimum 2 ay müddətində uzadıla bilər. Qeyd edək ki, bu halda tələbənin kurs ödənişini “Eiffel” təqaüd proqramı qarşılamır.

Verilən təqaüdün davamlılığı isə tələbənin akademik göstəricilərindən və hər yarım il sonunda topladığı kredit miqdarından asılıdır. Qəbul olunan universitetin akademik tələblərini qarşılamadığı və yarım il sonunda yetərli fənn krediti toplamadığı halda tələbənin təqaüd imkanı əlindən alınır.

Təcrübə və beynəlxalq mübadilə proqramları

Avropa universitetlərinin çoxunda olduğu kimi, Fransa universitetləri daxilində də tələbələrin nəzəri biliklərini praktiki biliyə çevirmələrinə böyük önəm verilir və əksər universitetlərdə bütün ixtisas proqramlarının nəzdində bu fəaliyyətlərə geniş yer verilir. Belə ki, tələbə akademik tədris müddəti ərzində universitetin təqdim etdiyi siyahı üzrə fərqli ölkələrin universitetlərinə yarım il və ya tam illik müraciət edərək tədrisini Fransa universitetinin tədris planına əsasən davam etdirə bilər. Eyni zamanda, akademik fəaliyyətin son ilində praktiki sahədə özünü sübut etmək və daha çox praktiki bilik əldə etmək üçün universitet tərəfindən təklif edilən şirkətlər siyahısında nəzərdə tutulan təcrübə proqramlarına da müraciət edə bilər.

Təcrübə və ya mübadilə həyata keçirən mükafatçılar təqaüd imtiyazlarından yalnız nəzərdə tutulan proqramlar məcburi olduğu halda, təqaüdün verildiyi dərəcənin təsvirində göstərildiyi və nəzərdə tutulan tarixləri əhatə etdiyi təqdirdə yararlana bilər. Bütün digər hallarda, təqaüd təcrübə/mübadilə proqramı müddəti ərzində dayandırılır.

Proqrama uyğunluq

  1. Milliyət – Proqram yalnız xarici vətəndaşlar üçün nəzərdə tutulur. Fransa vətəndaşı olan və ya biri fransız olmaqla, ikili vətəndaşlıq daşıyan şəxslər proqrama qəbul edilmir.
  2. Yaş məhdudiyyəti – Müraciəti zamanı namizədin 25 və ya aşağı yaş qrupuna aid olması tələb edilir.
  3. Müraciətin mənbəyi – Yalnız Fransız təhsil müəssisələri tərəfindən təqdim olunan müraciətlər qəbul edilir. Başqa mənbələrdən olan müraciətlərə baxılmır. Birdən çox qurum tərəfindən irəli sürülən hər hansı bir namizədin müraciəti isə ləğv edilir.
  4. Akademik səviyyə – “Eiffel” Proqramı təqaüdləri, Fransada magistr səviyyəsinə (mühəndislik məktəbində də daxil olmaqla) qəbul olmaq istəyən tələbələr üçün nəzərdə tutulub. “Eiffel” Proqramı, xaricdə Fransız tərəfindən həyata keçirilən proqramlarda və ya peşə təhsili müqavilələri ilə əlaqəli olaraq istifadə edilə bilməz.
  5. Digər Fransa dövlət təqaüdlərini qazanan namizədlər Eiffel təqaüd proqramında iştirak edə bilməzlər. Bu halda namizədin müraciəti avtomatik ləğv edilir.
  6. Əvvəlki müsabiqədə rədd edilmiş bir tələbənin namizədliyini irəli sürən müraciət forması, fərqli bir qurum və ya başqa bir təhsil müəssisəsi tərəfindən təqdim olunsa belə qəbul edilməyəcəkdir. Öncəki illərdə “Eiffel” magistr təqaüdünə yiyələnmiş tələbələr magistr səviyyəsində başqa bir mükafat ala bilməzlər.
  7. Dil biliyi – Namizədin seçimi zamanı Fransız dili biliyi əsas faktor kimi götürülmür. Əgər tələbənin dil biliyi onun qəbul olduğu universitetə məxsus tədris dilinə uyğundursa, bu, təqaüdə müraciət üçün kifayət edir.

Proqrama seçim zamanı nəzərə alınan 3 əsas kriteria

  1. Namizədin müraciətə qədərki akademik göstəricilərinin digər namizədlərlə müqayisədə daha yüksək olması nəzərə alınır.
  2. Təşkilat, irəli sürülən namizədin seçilməsinin qurumun prioritetlərini, xüsusən də beynəlxalq strategiyasını necə inkişaf etdirəcəyini və bu tələbənin seçiminin qarşılıqlı müsbət təsirini aydın şəkildə göstərə bilməlidir.
  3. Fransa Xarici İşlər Nazirliyinin əməkdaşlıq və tərəfdaşlıq siyasəti, xüsusilə bu proqramla əlaqədar olaraq müəyyən ölkələrə verdiyi prioritetlər də seçim zamanı nəzərə alınan faktorlardandır.
Proqram haqqında əlavə məlumat üçün aşağıdakı formu doldurun, Pulsuz Xaricdə təhsil konsultasiyasında iştirak edin!


    Müraciət Et



    Maraqlandığınız xidmətimiz (vacib)

    Təhsil almaq istədiyiniz ölkə (vacib)





    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *