fbpx
  • Home
  • Çində Təhsil Haqqında Hər Şey!

Çində Təhsil Haqqında Hər Şey!

Çində Təhsil Haqqında Hər Şey!

Çində Təhsil Haqqında Hər Şey!

Son illərdə Çində ali təhsili mükəmməlləşdirmək üçün qoyulan sərmayələr, xaricdə təhsil almaq istəyən tələbələr üçün cəlbedici bir seçim halına gəlmişdir. Son 15 ildə Çindəki ali təhsil müəssisələrinin sayı iki dəfə artıb və hazırda bu rəqəm təqribən 3000 ali təhsil müəssisəsinə çatdırılmışdır.

Çin universitetlərində, hazırki rəqəmlərə görə, 600.000-ə yaxın beynəlxalq tələbə təhsil alır, əksər beynəlxalq tələbələr Yaponiya, ABŞ, Tayland, Cənubi Koreya və Hindistanı təmsil edirlər.

Çində təhsil almaq, qərb ölkələrində təhsil almaqdan daha fərqli bir təcrübə vəd edir. Bunun ilkin səbəbləri tamamilə fərqli yaşam tərzi, mədəniyyətlərarası fərqlər, Çinin özünəməxsus təlim və təhsil sistemi və təhsildə, digər ölkələrlə müqayisədə, daha innovativ xarakterli inkişafdır.

Məlumdur ki şərq ölkələrinin təhsil sistemi əsasən “rote” metodu üzərində qurulub ki, bu metod əsasən tələbələrin faktları yadda saxlamalarına əsaslanır. Bu yanaşma Çin ali təhsilində bakalavr proqramlarında qiymətləndirmənin 95% -nin imtahan testi yolu ilə aparılması ilə özünü göstərir. Qeyd edək ki, bu sistem haqqında Çində daim müzakirələrə əsaslanan görüşlər keçirilir və verilən hər qərar tələbələrə yazılı şəkildə ötürülərək, qərarların səbəbləri detallı izah edilir. Bunun əsas məqsədi təhsil sisteminin inkişafı və yenilikləri barədə ölkədə təhsil alan istər yerli, istərsə də xarici tələbələrin tam məlumatlı olmasını təmin etməkdir.

Çində təhsil almağa qərar vermisinizsə, etməli olduğunuz ilkin seçim hansı növ şəhərlərdə yaşamaq istədiyiniz və hansı imkanların sizin üçün daha önəmli olduğu barədə qərar verməkdir. Məsələn; bir çox seçim və fürsət təklif edən səs-küylü şəhərlərdən zövq alırsınızsa, Şanxay, Pekin və ya Hong Kongda təhsil almaq sizin üçün ən yaxşı seçim ola bilər. Beynəlxalq tələbə birliyi ilə məşhur digər şəhərlərə Chengdu, Kunming və Tianjin daxildir. Bu şəhərlərdə istər təklif edilən iş imkanları, istər sosial həyat tərzi, istərsə də turistlərlə dolub-daşan mühit sizə fərqli imkanlar və fərqli təcrübələr vəd edir.

Reytinqlərə əsaslanaraq deyə bilərik ki, Çinin ən yaxşı və ən tanınan universitetləri sırasında aşağıdakı universitetlər daxil edilir:

Tsinghua Universiteti: Pekində yerləşir.

Dünya üzrə sıralamada 17-ci yerə sahib olan bu təhsil müəssisəsində təxminən 46.000 tələbə təhsil alır, onlardan təxminən 3500-ü beynəlxalq tələbələrdir. Universitetin ixtisaslaşdığı əsas sahələrə mühəndislik, memarlıq və materialşünaslıq daxildir.

Pekin Universiteti: Pekində yerləşir.

Hər il çox sayda beynəlxalq tələbə universitetin fərqli ixtisaslarına qəbul olunur. Dünyada 30-cu yerə sahib olan bu universitetdə dilçilik, stomatologiya, kimya və s., kimi əlaqəli fakultələrdə yüksək səviyyəli təhsil alma imkanınız var.

Bu universitetlərdən əlavə isə: Fudan Universiteti, Xi’an Jiaotong-Liverpool Universiteti, Shanghai Jiao Tong Universiteti, Tongji Universiteti, Northwest Universiteti, Shandong Universiteti, Beijing Texnologiya Universiteti və s. təhsil müəssisələri Çinin ən yaxşı universitetləri sırasına daxil edilir.

 

 

Təqaüd imkanları və şərtlər

Çində də təhsil haqqı universitetdən və seçdiyiniz fakultədən asılı olaraq dəyişir. Digər bütün ölkələrdə olduğu kimi, maliyyə cəhətdən, dövlət universitetləri daha əlverişli seçimlər və imkanlar təklif edirlər. Ümumiyyətlə, təhsil haqqı ildə 3,300$ – 10,000$ arasında dəyişir. İngilis dilli təhsil üçün isə üçün ödənişlər 2200$ – 4500$ arasındadır. Bu ödəniş həm universitetin reytinqindən, həm də seçdiyiniz ixtisasdan asılı olaraq dəyişir. Ödənişlər iki hissəli (hər semester əvvəli) və ya təhsil ili başlamadan öncə tam şəkildə sizdən tələb edilə bilər.

Beynəlxalq tələbələr Çin hökumətinin təqaüd proqramlarına da müraciət etmək hüququna malikdirlər. Bu Təqaüdlə 243 universitetdən hər hansı birində təhsil almaq mümkündür. Təqaüdlər əsasən bütün yaşayış xərcləri və universitet ödənişlərini əhatə edir. Bundan əlavə, ödənişli təhsil aldığınız təqdirdə, bir akademik il ərzində göstərdiyiniz performans və akademik göstəricilərinizə uyğun olaraq, siz illik ödənişdən müəyyən güzəştlər də əldə etmək üçün müraciət edə bilərsiniz.

Müracitlər zamanı nəzərə alınan əsas göstəricilər həm sizin akademik uğurlarınız, həm də universitetə yolladığınız motivasiya və tövsiyə məktublarıdır. Təqaüdə qəbul üçün istənilən akademik nəticələr əsasən 80+ Bakalavr ortalaması və 6.5+ IELTS nəticəsidir. Bundan əlavə isə Çin dili biliklərinizin olmasını müraciət formlarında qeyd etmək sizin üçün böyük üstünlük də ola bilər.

Verilən təqaüd miqdarları 3,000-5,000 YUAN arasında dəyişir və əksər hallarda universitet ödənişi ilə birlikdə yataqxana xərclərini də qarşılayır. Yüksək reytinqli proqramlar üçün isə bəzən araşdırma vərəqləri (research paper) və ya akademik iş təcrübəsi də tələb edilir ki, Çinə müraciət etməyi düşünürsünüzsə, bu punktlar üzərində indidən işləməyinizi və hazırlıqlı olmağınızı sizə tövsiyə edirik.

Çin istər təhsil, istərsə də iş imkanları ilə kifayət qədər məşhur və zəngin ölkədir. Gradfeld şirkəti olaraq universitet və təqaüd müraciətlərinizdə daim yanınızdayıq!

Xaricdə təhsil haqqında əlavə məlumat və suallarınız üçün bizimlə əlaqə saxlayın:

Əlaqə nömrələri:  +994 (012/051) 408 01 18

Email Ünvanımız: [email protected] / [email protected]

Ofis Ünvanımız: Bakı şəh. C.Cabbarlı küç. 44. Caspian plaza 2-ci korpus, 5-ci mərtəbə