fbpx
  • Home
  • Amerikanın TOP 10 Universitetleri

Amerikanın TOP 10 Universitetleri

Amerikanın TOP 10 Universitetleri

Amerika – əksər tələbələrin xəyallarında olan ölkədir. Avropadan fərqli olaraq, Amerika universitetlərinə qəbul prosesi qismən çətinlik yarada bilir. Bunun ilkin səbəbi isə ilk növbədə təhsil sistemi fərqi və bu fərqlərin yaratdığı əlavə tələblərdir. Məsələn, siz Avropanın əksər universitetində GMAT və ya GRE imtahan nəticəsi olmasa da təhsil ala bilərsiniz. Amma Amerika universitetləri prioritetinizdirsə, bu sertifikatların birinə və əlavə olaraq beynəlxalq ingilis dili sertifikatına sahib olmalısınız. Bu tələblər isə magistr və PhD təhsil dərəcələrinin hər ikisinə aid edilir.

Bu bloq yazımızda sizinlə Amerikanın ən yaxşı 10 universiteti haqqında və bu universitetlərin qəbul şərtlərindəki fərqlər haqqında bölüşmüşük. Gəlin bu universitetlərin hər biri haqqında qısa da olsa məlumatlanaq!

  1. Harvard Universiteti

Bu universitetin adını çox eşitmisiniz, elə deyilmi? Harvard universiteti son 15 ilin statistikalarında və tələbə sorğularının hamısında Amerikanın, hətta dünyanın ən yaxşı universiteti statusunu qoruyub saxlayır! Bəs buna səbəb nədir? İlk olaraq, Harvard işçi heyəti, müsahibə mərhələsinə çatana qədər 5 fərqli mərhələli imtahandan keçir və bu mərhələ üçün minimal PhD səviyyəsində, tamamlanan hər bir elmi dərəcə üçün isə 85%-dən yuxarı nəticəyə sahib olmalıdırlar. İkinci növbədə isə, qəbul olan tələbələr, sözün əsl mənasında, “ultra” göstəricilərə sahib olamalıdırlar. Göstəricilərin nə olduğunu isə, yəqin ki, ayrılıqda yazmağımıza ehtiyac yoxdur, indidən sizə aydındır 😊

  1. Stanford Universiteti

Universitet Amerikanın ən qədim təhsil müəssisələrindən və ən geniş kampusa sahib olan institutlarından biridir. Əgər buuniversitet sizin xəyallarınızdakı yerdirsə, Stanford haqqında hazırladığımız ayrıca bir məqaləmiz də var! Aşağıdakı linkdən istifadə edərək bloqa keçid edə bilərsiniz:
Link: https://gradfeld.com/stanfordda-bir-gun/

  1. Massachusetts Institute of Technology (MIT)

Bu universitet texnoloji sahələr üzrə təhsil almaq üçün ən ideal seçimdir! Universitet həm Amerika, həm də Avropanın yüksək göstəricili və karyera planlarını texnoloji sahədə davam etmək istəyən tələbələrinin ilkin seçimidir. Universitetin illik ödənişi kifayət qədər yüksəkdir – 51,000 USD-dən başlayır. Əsas tələbləri sırasında isə GRE sertifikatı, bölmələr üzrə desək, Quantitative part 165, Verbal part 160, Analytical part isə 4 bal minimal göstərici olaraq tələb edilir. Eyni zamanda, universitetin daxili təqaüd proqramları da olur ki, bunlardan istifadə edərək, həm təhsil haqqından güzəştlər əldə edə, həm də əlavə gəlir mənbəyi qazana bilərsiniz.

  1. University of California, Berkeley (UCB)

Bu universitetdə əksər Amerika universiteti kimi  fərqli “school”lardan ibarətdir. Kaliforniya Universiteti 9 fərqli kollecin birləşməsidir və hər bir kollecdə fərqli ixtisas və dərəcələr üzrə tədris həyata keçirilir. Kolleclərin siyahısına gəldikdə isə reytinqə görə sıralama belədir: UC Berkeley, UCLA, UC Santa Barbara, UC San Diego, UC Irvine, UC Davis, UC Santa Cruz, UC Riverside və UC Merced. Bu universitet Amerikanın ən böyük araşdırma institutlarından biridir və hazırda 240,000-dən çox tələbəyə ev sahibliyi edir. Tələblərə gəldikdə isə, digər TOP5 universitetin tələb etdikləri eynilə bura da aid edilir.

  1. Columbia University

Bu universitetin ən əsas fərqlərindən biri kampusunun şəhər mərkəzində yerləşməsi və buna görə də daha canlı mühitə sahib olmasıdır. Əksər təhsil müəssisələri şəhərkənarı ərazilərə üstünlük verərək, həmin ərazilərdə kampus inşa etsələr də, Kolumbiya Universiteti bu stereotipləri qıraraq, təhsil kolleclərini mərkəzə yaxın ərazidə formalaşdırmışdır. Manhattanda yerləşən universitetdə tələbələrin ətraf mühit haqqında səsləndirdikəri əsas narazılıq ərazidə parkinq icazəsinin olmaması və landşaftın qeyri-hamar quruluşudur. İxtisas və fakültələrə gəldikdə isə, Kolumbiya Universiteti Amerikanın həm texniki, həm də humanitar sahələr üzrə ixtisaslaşan azsaylı universitetlərindəndir. Bu da o deməkdir ki, ixtisasdan asılı olmayaraq, bu təhsil müəssisəsinin qapıları sizə daim aşıqdır.

 

İlk 5 universitetdən sonra isə sıralama aşağıdakı kimi davam edir:

  1. University of California, Los Angeles (UCLA)
  2. Yale University
  3. University of Pennsylvania
  4. Princeton University
  5. Cornell University

Əgər Amerikada təhsil planlarınız varsa və yaxın zamanda müraciətlərə başlayacaqsınızsa, sizə verə biləcəyimiz ilkin məsləhət – beynəlxalq imtahanlarınızı tamamlamağınız və sertifikatlarınızı indidən hazır saxlamağınızdır. Unutmayın ki, Amerikada Magistr və Doktorantura üçün GMAT və GRE, IELTS və ya TOEFL imtahan nəticələri ən əsas tələblərdəndir. Digər mərhələlər, müraciət prosesi, təqaüdlərin tapılması və s. suallarınız və müraciətləriniz üçün isə Gradfeld heyəti olaraq daim yanınızdayıq!

 

Əlaqəli bloqlara keçid:
GMAT Nədir Və Kimlərə Lazımdır?: https://gradfeld.com/gmat-nedir-ve-kimlere-lazimdir/

Work and Travel proqramı: https://gradfeld.com/amerikada-yarim-gun-isci-yarim-gun-turist-ol/

Amerikada Təqaüdləri Necə Tapmalı?: https://gradfeld.com/amerikada-tehsil-teqaudlerini-nece-tapmali/

 

Komandamız adından bütün müraciətlərinizdə və gələcək həyatınızda uğurlar arzu edirik!

Digər proqramlar haqqında ətraflı məlumat və əlaqə üçün sosial media hesablarımızı izləməyi unutmayın!

Facebook: https://www.facebook.com/gradfeld

Instagram: https://www.instagram.com/gradfeld/

Telegram: https://t.me/teqaudbeledcisi

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *