Vakansiyanın təsviri:
- Beynəlxalq komandaya rəhbərlik;
- IT, Marketing və ofis əməkdaşlarına tapşırıqların verilməsi (buna görə də az da olsa IT biliklərinin olması arzuolunandır);
- Aylıq raportların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Müştərilər və potensial əməkdaşlarla daimi əlaqələrin qurulması;
- Öncədən təyin edilən tarixlərə uyğun işlərin çatdırılması ;
Ümumi tələblər:
- Müraciət edən şəxs ali təhsilli olmalı;
- Minimum 1 il müddətində layihədə işləməli;
- Minimum B2 səviyyədə ingilis dili biliyi (Rus dili və digər dilləri bilmək üstünlükdür)
- ERP anlayışı və CRM bilikləri;
- Microsoft Office proqramları ilə səlis işləmə bacarığı;
- Layihə ilə əlaqədar 3-6 ay Azərbaycanda, sonrasında isə bir neçə xarici ölkədə işlərin davam etdirilməsi (buna görə də uzun müddət xaricdə yaşamaq problemi olmayacaq namizədlər axtarılır);
Beynəlxalq və start-up layihələrdə iştirak, ümulikdə isə sahə üzrə minimum 2 il iş təcrübəsi;
Qeyd: Maaş namizədə əsasən təyin ediləcək (4 rəqəmli maaş nəzərdə tutulur)
Müraciət üçün CV formanızı və maksimum 250 sözlük niyət məktubunuzu [email protected] ünvanına göndərməyinizi xahiş edirik.
Hörmətlə,
Gradfeld komandası