fbpx
  • Home
  • Ele bil ki ordasan – Tartu Universiteti

Ele bil ki ordasan – Tartu Universiteti

Ele bil ki ordasan – Tartu Universiteti

T A R T U    U N İ V E R S İ T E T İ

Estoniya son illərdə beynəlxalq səviyyəli reputasiyasını kifayət qədər yüksəldən və Avropa üzrə beynəlxalq tələbələrin ən çox üz tutduğu ölkələrdən biri olaraq seçilən, təhsilin keyfiyyətinə görə isə Avropanın TOP5 ölkəsindən biri seçilən Baltik regionu ölkəsidir. Ölkədə daha çox texnoloji sahələr üzrə ixtisaslaşmanın getdiyini nəzərə alaraq, əminliklə deyə bilərik ki, Estoniyada təhsil planlarınızı bu istiqamətdə davam etdirsəniz, uduzmazsınız!

Ölkənin ən nüfuzlu universitetlərindən biri olar Tartu universitetinə gəldikdə isə – universitet 1632-ci ildə əsası qoyulan, Estoniyanın fərqlənən və ən öndəgedən araşdırma və təhsil mərkəzlərindəndir. Universitet Estoniyanın ən qədim universiteti olmaqla yanaşı, regionun və dünyanın ən yaxşı universitetlər siyahısında yer alır. Ümumilikdə, universitetin 13,000-dən çox tələbəsi var və bunlardan 1,900 nəfəri 105 fərqli ölkədən gələn beynəlxalq tələbələrdir. Müəssisə eyni zamanda Erasmus+ və İSEP proqramı üzvlərindəndir və tələbələrinə 26 fərqli ölkədə mübadilə proqramlarında iştirak şansı da verir.

Tartu şəhərinin özü Estoniyanın ən böyük ikinci şəhəridir və universitetin əsas korpusları bu şəhərdə yerləşir. Lakin universitet korpusları bu şəhərlə məhdudlaşmır. Belə ki, Estoniyanın Tallinn, Pärnu, Viljandi və Narva şəhərlərində də tədris binaları yerləşir və fərqli ixtisaslar üzrə qruplaşdırmalar bu şəhərlər üzrə müəyyənləşdirir.

Tartu – Estoniyanın “Mədəniyyət mərkəzi” və “Müsbət düşüncələr şəhəri” də adlandırılır. Eyni zamanda, şəhər Baltik regionu üzrə tələbələr üçün ən yaxşı yaşayış yeri hesab edilir. Tələbələr arasında keçirilən sorğulara əsasən, təklif etdiyi peşəkar və sosial imkanları ilə illərdir Estoniya universitetləri arasındakı TOP3 universitet siyahısında öz yerini qoruyub saxlayır. İldə iki dəfə fərqli periodlarda tələbələr universitet nəzdində 150-dən çox tədbir və seminarlar təşkil edirlər və bu seminarlar vasitəsilə onlarla tələbə hər il işlə təmin edilməklə yanaşı, universitet və ölkə haqqında məlumatlanır. Bu tədbirlər arasında eyni zamanda, musiqi festivalları, rəqs festivalları və qayıq yarışları da yer alır. Bütün bunlara əsaslanaraq, Tartu sizə ideal tələbə həyatı yaşadacağına zəmanət verir və gələcək tələbələrinin yolunu gözləyir!

Gradfeld şirkəti olaraq Estoniya müraciətlərimizə daim güvənir və bizimlə müraciət etdiyiniz halda qəbul şansınızı ən az 30% artırırıq! Siz də müraciət etmək fikrindəsinizsə, heyətimiz daim sizə dəstəyə hazırdır!

 

Digər proqramlar haqqında ətraflı məlumat və əlaqə üçün sosial media hesablarımızı izləməyi unutmayın!

Facebook: https://www.facebook.com/gradfeld

Instagram: https://www.instagram.com/gradfeld/

Telegram: https://t.me/teqaudbeledcisi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *