Çexiyanın paytaxtı Praqa şəhəri hazırda turist sayına və tarixi abidələrinin sayına görə seçilən Avropanın ən qədim şəhərlərindən biridir.
Hazırda Praqada 18 qədim körpü mövcuddur lakin bunların arasında ən qədimi məhz Çarlz körpüsüdür! Körpü 14-cü əsrdə Kral IV Çarlzın əmri ilə inşa edilmişdir və 19-cu əsrə qədər üzərində yerləşdiyi çayı keçmək üçün əhalinin istifadə etdiyi yeganə körpü olmuşdur!
Bəs nə üçün bu körpü bu qədər məşhurdur?
Bəhs etdiyimiz Çarlz körpüsü sadəcə piyada keçidi deyil, eyni zamanda bir açıq hava muzeyidir!
Vaxtilə Praqada baş verən yürüşlər və tacqoyma mərasimləri ilə anılan və məşhurlaşan bu tarixi körpü hazırda 30 müqəddəs heykəlin yerləşdiyi möhtəşəm bir tarixi keçiddir!
Hekəllərin hər biri haqqında isə fərqli əfsanələr mövcuddur. Məsələn, gerçəkləşməsini istədiyiniz bir arzunuzu körpüdəki Nepomuk Jan heykəlinə toxunaraq diləsəniz, bu arzunun tez vaxtda gerçəkləşəcəyinə dair yerli əhalinin inancları var!
Çexiyaya birlikdə getmək istədiyiniz dostunuzu posta işarələyin, bəlkə sizin də arzunuz gerçək olar!