+99412 408 01 18

Xaricdə təhsil

ABŞ
Son dövrlərdə geniş yayılmış inteqrasiya prosesi öz təsirini elm, təhsil sahəsində də göstərir.Belə ki, müxtəlif cəmiyyətlərin, fərqli toplumların və mədəniyyətlərin nümayəndələrinin yaxınlaşması nəticəsində hal-hazırda bir çox insan xaricdə təhsil almağı arzu edir.Çağdaş zamanımızda bu çox təbii və yerində bir istəkdir, çünki xaricdə təhsil almaq sizin üçün yeni-yeni imkanlar ortaya çıxarır.Siz xaricdə təhsil almaqla həm ölkənin dilini dərindən öyrənmiş olursunuz, həm də təhsil aldığınız ölkənin bir parçasına çevrilməklə fərdi və mədəni təcrübənizi artırmış olacaqsınız.Xaricdə təhsil almaq dünyanın qapılarını sizing üzünüzə açacaq,siz buy olla həm fərqli bir ölkə,həm fərqli bir mədəniyyət kəşf edirsiniz.
Xaricdə təhsil mövzusunda ən çox maraqdoğuran məsələlərdən biri təhsil almaq üçün seçim ediləcək ölkədir.
Yüksək inkişaf səviyyəsinə malik olan, savadlılıq dərəcəsi 97 % təşkil edən ABŞ gənclərin təhsil almaq üçün seçdikləri ölkələr arasında öz öncüllüyünü qoruyur.Burada 3000-dən çox ali təhsil müəssisəsi yerləşir.ABŞ təhsil müəssisələri dünyanın bir çox ölkələrindən tələbə və aspirantları özünə cəlb edir.

Scroll to Top