+99412 408 01 18

Xaricdə təhsil

Çin
Son dövrlərdə geniş yayılmış inteqrasiya prosesi öz təsirini elm, təhsil sahəsində də göstərir.Belə ki, müxtəlif cəmiyyətlərin, fərqli toplumların və mədəniyyətlərin nümayəndələrinin yaxınlaşması nəticəsində hal-hazırda bir çox insan xaricdə təhsil almağı arzu edir.Çağdaş zamanımızda bu çox təbii və yerində bir istəkdir, çünki xaricdə təhsil almaq sizin üçün yeni-yeni imkanlar ortaya çıxarır.Siz xaricdə təhsil almaqla həm ölkənin dilini dərindən öyrənmiş olursunuz, həm də təhsil aldığınız ölkənin bir parçasına çevrilməklə fərdi və mədəni təcrübənizi artırmış olacaqsınız.Xaricdə təhsil almaq dünyanın qapılarını sizing üzünüzə açacaq,siz buy olla həm fərqli bir ölkə,həm fərqli bir mədəniyyət kəşf edirsiniz.
Xaricdə təhsil mövzusunda ən çox maraqdoğuran məsələlərdən biri təhsil almaq üçün seçim ediləcək ölkədir.
Tarixdə ilk Çin universiteti e.ə 124-cü ildə qoyulmuşdur.O vaxtdan bu günədək uzun tarixi inkişaf yolu keçmiş Çin universitetləri bu gün müasir təhsil sisteminin standartlarına tam cavab verir.Statistik məlumatlara görə ölkədə 15 yaşdan yuxarı əhalinin 93.7 faizi savadlıdır.Çində ali təhsilin səviyyəsi çox yüksək əhatə dairəsi çox genişdir.Son 10 ildə bakalavr dərəcəsində təhsil alanların və doktorluq dərəcəsinə yüksələnlərin sayı kifayət qədər artıb. Ölkədə 100-dən nüfuzlu çox ali təhsil müəssisəsi fəaliyyət göstərir.Bunlardan ən nüfuzlusu Pekin və Tsinxua universitetləridir.Çinin təhsil sistemi ABŞ və Böyük Britanyanın təhsil sistemlərinin vəhdətindən ibarətdir.Ali təhsil sistemində həm 3,həm də 4 illik tədris proqramları mövcuddur.Ölkədə ümumilikdə 1650 ali təhsil müəssisəsi fəaliyyət göstərir.

Scroll to Top