+99412 408 01 18

Xaricdə təhsil

Türkiyə
Son dövrlərdə geniş yayılmış inteqrasiya prosesi öz təsirini elm, təhsil sahəsində də göstərir.Belə ki, müxtəlif cəmiyyətlərin, fərqli toplumların və mədəniyyətlərin nümayəndələrinin yaxınlaşması nəticəsində hal-hazırda bir çox insan xaricdə təhsil almağı arzu edir.Çağdaş zamanımızda bu çox təbii və yerində bir istəkdir, çünki xaricdə təhsil almaq sizin üçün yeni-yeni imkanlar ortaya çıxarır.Siz xaricdə təhsil almaqla həm ölkənin dilini dərindən öyrənmiş olursunuz, həm də təhsil aldığınız ölkənin bir parçasına çevrilməklə fərdi və mədəni təcrübənizi artırmış olacaqsınız.Xaricdə təhsil almaq dünyanın qapılarını sizing üzünüzə açacaq,siz buy olla həm fərqli bir ölkə,həm fərqli bir mədəniyyət kəşf edirsiniz.
Xaricdə təhsil mövzusunda ən çox maraqdoğuran məsələlərdən biri təhsil almaq üçün seçim ediləcək ölkədir.
Türkiyə ali təhsil müəssisələri bakalavr,magistratura və doktorantura üzrə tələbələrə ali təhsil verməkdədir.Hal-hazırda ölkədə 190 ali təhsil müəssisəsi fəaliyyət göstərir.Bunlardan 114-ü dövlət,qalanı isə özəl universitetlərdir.Ölkəninən qədim universiteti İstanbul universitetidir.Bakalavr üzrə təhsil müddəti 4 (bəzi ixtisaslarda 5-6 il),  Magistratura üzrə isə 2-3 ildir.

Scroll to Top