Hər kəsə salam! Bu gün sizlərlə, xaricdə təhsil alan tələbələrin dil öyrənən zaman monoton olaraq etdiyi səhvlərdən bəhs edəcəm. Nəzərə alsaq ki, xaricdə təhsil aldığımız müddət bir neçə ili əhatə edir, bu zaman aralığını daha məhsuldar qiymətləndirmək lazımdır. Gəlin bu səhvlərə nəzər salaq:

  1. Yerli dili öyrənməmək- Müəyyən bir dili öyrənmək üçün ən yaxşı və effektiv yollardan biri də həmin dilin xas olduğu ölkədə yaşamaq və ya səyahət etməkdir. Ələxsus da ki, siz həmin ölkəyə təhsil almağa gedirsinizsə, bu şansı çox yaxşı dəyərləndirməlisiniz. Çoxları dili kurs müddətində və yaxud da kitabdan öyrənmək istəyir. Lakin, xaricə getdiyiniz zaman intensiv öyrənmək istəyirsinizsə xaricilərlə danışaraq bu prosesi daha da sürətləndirə bilərsiniz.
  2. Öz ölkənizdən olan insanlarla dost olmaq- Yeni mühitə düşdüyünüz an stres yaşamanız normal hadisədir ki, bunu çoxları yaşayır. İnsanlar yerli xalqla danışmaqdan çəkindikləri üçün dil bilikləri də inkişaf etmir. Bu ən etməməli olduğumuz səhvlərdən biridir. Yeni insanlar yeni mədəniyyət, dünya görüşü, yeni dil deməkdir. Siz yerli xalqla ünsiyyət qurmayaraq öz şansınızı limitləyirsiniz. Bu müddətdə bacardığınız qədər beynəlxalq tələbələrlə ünsiyyətdə olun.
  3. Çoxlu səyahət etmək- Bir tərəfdən səyahət etmək xaricdə təhsil almağın ən gözəl və üstün cəhətlərindən biridir. Lakin hər şey öz qədərində məqsədə uyğun olur. Siz çoxlu səyahət etməklə, təhsil aldığınız ölkənin sizə verdiyi şanslardan kənar qalırsınız. Bundan əlavə mühitə öyrəşmək, ölkəni tanımaq zaman alır. Təhsil aldığınız müddətdə çalışın həmin ölkəyə fokuslanın.
  4. Qoruyucu ailə ilə yaşamamaq- Siz qoruyucu ailə ilə yaşayarkən həm ev mühitində hiss edirsiniz, həm də ki, gündəlik mütəmadi olaraq xarici dilinizi işlədirsiniz. Buna görə qarşınıza belə şans çıxarsa, şərtlər yaxşı olduğu təqdirdə etiraz etməyin.
  5. Yerli dəyərlərdən imtina etmək- Çoxları xarici ölkələrə səfər etdikdə “Culture shock” yaşayır. Siz xaricdə söhbətə salam verməmiş başlasanız bu hörmətsizlik sayılır. Hər ölkənin bu tipli yüzlərcə yazılmamış qaydası var. Bunlara siz yaşadıqca rast gələcəksiniz. Odurki, yeniliklərə hər daim açıq olun.
  6. Hər bayramda evə getmək-Bəlkə də bu sizin ailənizdən uzaqda ilk bayramınızdır. Bunun yerinə təhsil aldığınız ölkənin həmin bayram adət-ənənələri ilə tanış ola bilərsiniz. Çünki xarici insanlar öz mədəniyyətlərini bölüşməyi və tanıtmağı çox sevir. Siz də əylənərək bir sıra mədəniyyətlərlə tanış ola bilərsiniz.

Bu kimi bir çox səhvlərlə üzləşə bilərsiniz. Lakin təhsil aldığınız müddəti çox yaxşı dəyərləndirməyə çalışın. Hər birinizə uğurlar! 🙂

SIGN IN

Forgot Password