📆Son müraciət tarixi: 09 Yanvar 2020
Eyfel Təqaüd Proqramı Fransanın Avropa və Xarici İşlər Nazirliyi tərəfindən Fransa ali təhsil müəssisələrinə magistr və doktorantura proqramlarına daxil olmaq üçün ən yaxşı xarici tələbələri cəlb etmək imkanı yaratmışdır.
⚠️Uyğun ixtisaslar:
-İqtisadiyyat və Menecment ,Mühəndislik ,Hüquq ,Siyasi elmlər
⚠️Yalnız Fransız ali təhsil müəssisələri namizədləri əvvəlcədən seçib Campus France veb saytında onların adından onlayn müraciət edir.
⚠️Əsas faktorlar:
-Ilk addımda siz universitetlərə müraciət edirsiniz daha sonra universitetlər təqaüd proqramına tələbələr adından müraciət edir.
-Siz Fransız səfirliyi və yaxud da ölkənizin Campus Fransa ofisi ilə əlaqə saxlaaya bilərsiniz. İxtisasınıza əsasən universitet seçməlisiniz. Hər hansı Fransa universitetini də seçə bilərsiniz. -Diqqət! Bir başa tələbə tərəfindən edilən müraciət ləğv olunacaq.
💵Təqaüd təmin edir:
-Magistr pilləsi üzrə 1181 euro(avro) yaşam xərci
-Beynəlxalq nəqliyyat: gediş-gəliş bileti(mənsub olduğunuz ölkədən Fransaya)
-Hava limanından universitetinizə qədər olan nəqliyyat xərci(50 euro’adək)
– Avropa İqtisadi Bölgəsindən (EEA) kənarda təhsil alan tələbələr üçün Fransanın Sosial Təminatında qeydiyyatdan keçmək üçün lazım olan müddətə Campus France tərəfindən tibbi sığorta.
QEYD: Təqaüd universitet xərclərini qarşılamır.

🔘Uyğun namizədlər:
-Fransa vətəndaşı olanlar, İkili vətəndaşlığdan biri Fransa olanlar müraciət edə bilməz.
-2019-cu ilə əsasən Magistr pilləsinə müraciət edənlər 30 yaşdan böyük olmamalıdır
-Fransız təhsil müəssisələri tərəfindən təqdim edilən müraciətlər qəbul edilir. Bu təşkilatlar təqaüdçüləri seçildikləri akademik proqrama qəbul etməyi öhdələrinə götürürlər. Hər hansı digər üsulla təqdim olunan müraciətlərə baxılmır. Bundan əlavə, birdən çox qurum tərəfindən irəli sürülən istənilən namizəd diskvalifikasiya olunur.
-Əgər siz nə vaxtsa Eiffel təqaüdündən kəsilmisinizsə ikinci dəfə müraciət edə bilməzsiniz. Eyni zamanda əgər siz Magistr pilləsi üçün nə vaxtsa müraciət etmisinizsə bir daha müraciət etmə şansınız yoxdur.
🔘Dil bilikləri:
Fransız dilində təhsil almayacaq şəxslərin dil bilikləri universitet tərəfindən öncədən akademik proqrama uyğun olması yoxlanılmalıdır
Beynəlxalq sertifikatlara tələb universitetlərin tələblərinə uyğun dəyişir.

SIGN IN

Forgot Password