Kanada Xarici işlər, Ticarət və İnkişaf departamenti 2020ci il üçün təqaüd təklif edir. Təqaüdün şərtləri çox sadədir. Siz ixtisasınıza uyğun olan bir və ya bir neçə universitetə müraciət edirsiniz. Universitetlər isə öz seçim strategiyasına əsasən uğurlu tələbələr siyahısını tərtib edir və bu siyahıdaki hər bir namizəd üçün xüsusi “momentum” hesabı yaradaraq təqaüd proqramına müraciət edir.
💵Təqaüdün məbləği: Təqaüd yalnız “full-time” təhsil alan master tələbələrinə təqdim olunacaq. Məbləğ 1 il üçün 45500, 2 il üçünsə 91000 ABŞ dolları arasında dəyişir. Tələbəyə ödəniləcək məbləğ isə qəbul aldıqdan sonra, tələbənin oxuduğu universitet və ixtisasa uyğun olaraq hesablanır. Bundan əlavə, qəbul alan tələbələr təhsilə başlayanda universitetə təxminən 380 ABŞ dolları ödəniş etməlidirlər ki bu da ilkin qeydiyyat xərclərini qarşılamaq üçündür.
🏛Universitetlər: Təqaüd təqribən 190 Canada universitetinə şamil olunur. Universitetləri https://w05.educanada.ca/index.aspx… linkinə daxil olaraq araşdıra bilərsiniz. Universitetə müraciət zamanı təqaüd proqramı ilə maraqlanmağınızı qeyd etmək mütləqdir. Bir namizəd bir neçə universitetə müraciət edə bilər.
📆Deadline: Təqaüd proqramı 2020ci ilin yanvar və mart ayları arasında müraciətləri qəbul edəcək. İlk olaraq universitetə müraciət olunduğundan əsas universitetlərin “deadline”ı dır ki bunu da universitetin səhifəsində asanlıqla tapmaq olar. 2020ci ilin aprel ayının sonlarında universitetlər ilkin nəticələrlə tanış olacaq və may ayının sonlarında isə artıq yekun nəticələr elan olunacaq.
⚠️Tələblər: Təqaüd proqramının xüsusi bir tələbi yoxdur. Önəmli olan universitetdən qəbul almaq və onun tələblərinə uyğun olmaqdır.
💼İş imkanları: Təhsil aldığınız və təhsiliniz bitdikdən sonrakı müddətdə ölkədə qalıb işləmək imkanı var.

SIGN IN

Forgot Password