IELTS_logo.svg

IELTS (International English Language Testing System) Beynəlxalq İngilis Dili Test Sistemidir. Dünyanın ən məşhur ingilis dili tesi olan IELTS ingilis dili bacarığının yoxlanması məqsədilə keçirilir. İstər təhsil almaq, istər işləmək, istərsə də immiqrasiya məqsədilə hər kəs bu imtahanı verə bilər. Dünyada 6000-dən çox təşkilat bu imtahanı qəbul edir. IELTS hazırda 130-dan çox ölkədə 800-dən çox test mərkəzi vasitəsilə hazırlanıb, çatdırılır. Dünyada IELTS Australia, British Council və Kembric ESOL qurumlarının birgə idarəsi altındadır. Azərbaycanda da bu imtahanı British Councilda verirsiniz. IELTS Listening, Reading, Writing və Speaking olmaqla 4 hissədən ibarətdir. Listening hissəsində müraciətçilər dinlədikləri dialoq və ya monoloqlar əsasında onlara təqdim olunan sualları cavablandırmalıdırlar, imtahanın bu hissənin müddəti 30 dəqiqədir, toplana biləcək maksimum bal 9-dur. Reading hissəsində müraciətçilər onlara təqdim olunan mətni oxuduqdan sonra sualları cavablandırmalıdırlar, bu hissənin müddəti 60 dəqiqədir, toplana biləcək maksimum bal 9-dur. Writing hissəsində müraciətçilər iki mövzu üzrə akademik səviyyədə inşa yazısı yazmalıdırlar. Bu hissədə akademik ingilis dili ilə yanaşı, dünyagörüşü və dildən istifadə bacarıqları da yüksək bal yığmağa kömək olur. Bu hissənin müddəti 60 dəqiqədir, toplana biləcək maksimum bal 9-dur.

Gradfeld IELTS proqramı, mərkəzimizin peşəkar müəllimləri tərəfindən bir neçə uğurlu tədris proqramının əsasında hazırlanmışdır. 

Gradfeld IELTS paketinə daxildir :

- Həftədə 2 dəfə 90 dəqiqəlik IELTS tədrisi,

- Əlavə olaraq 1 saatlıq speaking və  “Intensive practice” dərsləri.

Gradfeld IELTS proqramı, mərkəzimizin peşəkar müəllimləri tərəfindən bir neçə uğurlu tədris proqramının əsasında hazırlanmışdır. Kompleks quruluşa malik tədris proqramımız şablon IELTS strukturundan tamamilə fərqlənir. Belə ki, burada hər bölmə üzrə yeni və sınanmış metodlar, bununla yanaşı isə tələbələrin ən qısa zamanda dərk edib qavrayacağı üsullar tətbiq edilir.

IELTS paketinin qiyməti:

- Qrup şəklində 120 azn,

- Fərdi şəkildə 240 azn.

Tədrisə başlamaq üçün pre-intermediate vəya intermediate səviyyədə ingilis dili bilməyiniz mütləqdir.

SIGN IN

Forgot Password