Dünyanın müxtəlif top universitetlərində magistr təhsili almaq üçün sizdən IELTS/TOEFL ilə yanaşı GMAT/GRE testləri də tələb oluna bilər(ixtisasdan asılı olaraq dəyişir). GMAT MBA, menecment və s. iqtisadi və biznes ixtisaslar üçün tələb olunur.

        Ümuniyyətlə gəlin baxaq ki, GMAT nədir?

GMAT(Graduate Management Admission Test) 3.5 saat çəkən kompüter adaptiv test imtahanındır, 4 hissədən ibarətdir:

1. Quantitative Reasoning            (31 sual, 62 dəqiqə)

2. Verbal Reasoning                       (36 sual, 65 dəqiqə)

3. Integrated Reasoning                (12 sual, 30 dəqiqə)

4. Analytical Writing Assessment (1 inşa, 30 dəqiqə)

        Qeyd olunan ilk iki bölmə birbaşa olaraq GMAT balınızı formalaşdıran bölmələrdir. Digər iki bölmə isə bala təsir göstərməsə də əlavə tələb olaraq universitetlər tərəfindən istənilə bilər.

GMAT balı 200-800 arasında dəyişir, əksər tələbələr 400-600 arası nəticə göstərirlər, buna görə də 600+ kifayət qədər ciddi bal sayılır. Integrated Reasoning  1-8 bal aralığında, Analytical Writing isə 1-6 bal aralığında qiymətləndirilir.

        Bölmələrin hər biri özündə müəyyən tapşırıqları əks etdirir:

  1. Quantitative Reasoning – Data Sufficiency, Problem Solving
  2. Verbal Reasoning – Reading Comprehension, Critical Reasoning, Sentence Correction
  3. Integrated Reasoning – Graphics Interpretation, Table Analysis, Multi-source Reasoning, Two-part Analysis
  4. Analytical Writing Assessment – Analysis of an Argument

Bu imtahan digərlərinə nisbətən bir qədər çətin olsa da unutmayın ki, uğura gedən yol hər zamann çətindir, hər birinizə uğurlar!

SIGN IN

Forgot Password