Finlandiyanın təhsil sistemi dünyanın ən yaxşı sistemlərindən biri hesab olunur və digər xalqlar onun müəllimlərin yüksək maaşını , tətil vaxtının çox olmasını, ev tapşırıqları və testlərə az əhəmiyyət verdiklərini vurğulamağa çalışırlar. Ölkənin ali təhsil sistemi də nümunə kimi göstərilir, xüsusən də Finlandiya dünyada öz vətəndaşlarının tamamilə pulsuz təhsil aldığı nadir ölkələrdən biridir (xarici tələbələr təhsil haqqını ödəməlidirlər, lakin universitet illikləri digər ölkələrdən qat-qat azdır). Gəlin Finlandiyada təhsil sisteminin nəyə görə digər ölkələrdən qat-qat üstün olmasının səbəblərinə nəzər salaq:

-Fin mədəniyyətinin bir hissəsi

Təhsil, məktəbəqədər yaşlarından qocalana qədər fin mədəniyyətinin güclü bir hissəsidir. Finlyandiyada uşaqlar yeddi yaşına çatana qədər rəsmi təhsilə başlamırlar, lakin “meşə məktəbləri” və açıq oyun vasitəsilə erkən təhsilə başlayırlar. İbtidai və orta təhsil digər millətlərdə olduğu kimi sərt deyil, lakin yaxşı erkən təhsil almaq mühüm amil kimi qiymətləndirilir. Finlandiyadakı bir çox yetkin insanlar, təhsillərini axşam dərsləri və ya kitabxanaya müntəzəm getməklə davam etdirirlər (Finlandiyada kitabxanalardan istifadə dərəcəsi digər ölkələrə nisbətən daha yüksəkdir). Kitabxanalarda informasiyaya sərbəst çıxış fin mədəniyyətinin ayrılmaz bir hissəsi olduğu kimi, ali təhsil müəssisələrinin pulsuz olması da təhsilə verilən töhfələrdəndir.

-Sinifləşmənin olmaması

Təhsildə yenidən yayılan klassizm Finlandiyada daha az məşhurdur. Uzun əsrlər boyu Finlandiya inkişaf edən bir ölkəydi və uzaq kəndlərdə fermalarda işləyənlər üçün təhsil prioritet deyildi. Universitetə ​​yalnız yuxarı siniflər və ya ziyalılar üçün olduğunu düşünürdülər. Bu gün istənilən sosial sinifdən və gəlir səviyyəsindən olan insanlar kitabxanalarda məlumat əldə etmək üçün bərabər imkanları əldə etdikləri kimi, universitetlərdə də eyni şeyi edə bilərlər. Bu, bir çox başqa ölkələrdə işçi siniflərindən olan insanların universitetə ​​gedə bilməmələri və universitet təhsili tələb edən yüksək maaşlı karyera qura bilməyəcəkləri ilə qarşılaşdıqları maneəni aradan qaldırır. Pulsuz ali təhsil Finlandiyada xüsusilə vacibdir, çünki tədris və ya jurnalistika kimi ixtisaslar daxil olmaqla bir çox ixtisaslar üçün iş yerləri magistr dərəcəsi tələb edir (digər ölkələrdə yalnız bakalavr dərəcəsi və ya heç bir dərəcə tələb olunur).

-Öyrənmək eşqi

Finlandiyada təhsilin pulsuz olması tələbələrin yalnız karyeralarında irəliləmək üçün deyil, həm də universitetlərin əsl mövcud olma səbəbindən – təhsil almaq naminə universitetə ​​daxil olurlar. Mühüm həyat bacarıqları əldə edərkən tələbələr universitet kitabxanasında bir sıra mövzularda oxuya bilər və ya siyasətdən pop mədəniyyətinə qədər dünyanı dərindən öyrənmək üçün,hər şey üçün, seçmə dərslər ala bilərlər. Finlər sevdikləri ixtisası oxumaq üçün iş dünyasına borc ilə girməyi belə gözə alırlar.

Salam, bu gün sizə Çindən danışacam ;))
Son illərdə Çində ali təhsilə qoyulan sərmayə, xaricdə təhsil almaq istəyən tələbələr üçün cəlbedici bir seçim halına gəldi. Son on ildə Çindəki ali təhsil müəssisələrinin sayı iki dəfə artıb və hazırda bu rəqəm təqribən 3000-dir.
Çin universitetlərində 500.000-ə yaxın beynəlxalq tələbə təhsil alır, əksər beynəlxalq tələbələr Yaponiya, ABŞ, Tayland, Cənubi Koreya və Hindistandanı təmsil edirlər.
Çində təhsil almaq, qərb ölkələrində təhsil almaqdan daha fərqli bir təcrübə vəd edir.
Məlumdur ki şərq ölkələrinin təhsil sistemi əsasən “rote” metodu üzərində qurulub ki, bu metod əsasən tələbələrin faktları yadda saxlamalarına əsaslanır. Bu yanaşma Çin ali təhsilində bakalavr proqramlarında qiymətləndirmənin 95% -nin imtahan testi yolu ilə aparılması ilə özünü göstərir.
Bir çox seçim və fürsət təklif edən səs-küylü şəhərlərdən zövq alsanız, Şanxay, Pekin və ya Hong Kongda təhsil almaq sizin üçün ən yaxşı seçim ola bilər. Beynəlxalq tələbə birliyi ilə məşhur digər şəhərlərə Chengdu, Kunming və Tianjin daxildir.
Ən yaxşı universitetlərdən bəziləri:
1)Tsinghua Universiteti: Pekində yerləşir.
dünyada 17-ci yerə qoyuldu.
Universitetdə təxminən 46.000 tələbə var, onlardan təxminən 3000-i beynəlxalq səviyyədədir. Üst fənlərə: mühəndislik, memarlıq və materialşünaslıq daxildir.
2) Pekin Universiteti: Pekində yerləşir. Hər il çox sayda beynəlxalq tələbə qəbul olunur.
dünyada 30-cu yeri tutdu. Dilçilik, stomatologiya, kimya və s., fakultələr var.
Bu universitetlərdən əlavə :
Fudan Universitetı
Xi’an Jiaotong-Liverpool Universitetı,
Shanghai Jiao Tong University (Shanghai)
Tongji University (Shanghai)
Northwest University (Xi’an)
Shandong University (Shandong)
Xiamen University (Xiamen)
Beijing Institute of Technology (Beijing)

Çində də təhsil haqqı universitetdən və seçdiyiniz fakultədən asılı olaraq dəyişir. Dövlət universitetləri daha əlverişli bir seçim təklif edirlər. Ümumiyyətlə, təhsil haqqı ildə 3,300$ – 10,000$ arasında dəyişir. İngilis dilli təhsil üçün isə üçün ödənişlər 2200$ – 4500$ arasındadır.
Beynəlxalq tələbələr Çin hökumətinin təqaüd proqramına müraciət etmək hüququna malikdirlər. Bu Təqaüdlə 243 universitetdən hər hansı birində təhsil almaq mümkündür. Təqaüdlər əsasən bütün yaşayış xərcləri və universitet ödənişlərini əhatə edir.

Müraciət etməkdən çəkinməyin!

SIGN IN

Forgot Password