fbpx
  • Home
  • IELTS Balımı Necə Yüksəldə Bilərəm?

IELTS Balımı Necə Yüksəldə Bilərəm?

IELTS Balımı Necə Yüksəldə Bilərəm?

Təhsilinizi xaricdə davam etdirmək qərarı vermisinizsə və öncəki təhsil həyatınızda akademik təhsil diliniz ingilis dili olmayıbsa, bu halda xaricdə təhsil almaq üçün sizdən mütləq şəkildə Beynəlxalq İngilis dili İmtahanı (IELTS) nəticəsi tələb edilir. Bu imtahanın strukturu digər beynəlxalq imtahan formatlarından fərqli olduğu üçün bu yazımızda sizə imtahan balınızı necə yüksəldə və ümumilikdə, imtahana hazırlaşarkən nələrə diqqət etməli olduğunuza dair bir neçə məqamı çatdıracağıq.

Qeyd edək ki, əgər öncəki təhsil həyatınızda akademik təhsil diliniz ingilis dili olubsa və IELTS sertifikatı almağı planlamırsınızsa, Gradfeld şirkəti olaraq, IELTS-siz xaricdə təhsil almağınızı da sizə təklif edirik! Bunun üçün bizimlə əlaqə saxlayın: Bizimlə əlaqə

İmtahan 4 hissədən ibarətdir və hər bir hissə üzrə diqqət etməli olduğunuz fərqli nüanslar var. İndi isə gəlin hər birini nəzərdən keçirək.

  1. Listening
  • Testə başlamadan öncə qulaqcıqlarınızın işlək vəziyyətdə olduğundan əmin olun. Əgər imtahanda qulaqcıq istifadə olunmursa, bu halda səsin ucadan gəldiyini və deyilənləri aydın şəkildə eşitdiyinizi dəqiqləşdirin.
  • Səsyazma başlamadan öncə mütləq sualları oxuyun. Bu, sizin deyilənlərə daha çox fokuslanmağınıza və dinləyərkən verilən sualların cavabını daha tez tapmağınıza səbəb olacaq. Deyilənlərin hamısını başa düşməyə yox, sualların cavabını tapmağa çalışın və səsyazmanı dinləyərkən paralel olaraq cavabları qeyd edin.
  • Səsyazma bitdikdən sonra sizə cavab kağızını doldurmaq üçün 10 dəqiqə vaxt veriləcək. Cavabları köçürərkən səhvə yol verməmək üçün tələsməməyə və hər bir cavabı iki dəfə yoxlayıb yazmağa diqqət yetirin.
  • Cavab kağızını doldurarkən BÜTÜN HƏRFLƏRİN BÖYÜK HƏRFLƏ YAZILMAĞI məsləhətlidir.
  1. Reading
  • Vaxtınızı bir sual ətrafında fikirləşməklə sərf etməyin, sualın cavabını tapmaqda çətinlik çəksəniz, növbəti suala keçin.
  • Düzgün cavabları birbaşa cavab kağızına qeyd edin. Çünki bunun üçün sizə əlavə vaxt verilməyəcək. Mütləq vaxtınıza nəzarət edin.
  • Mətni yox, sualları başa düşməyə çalışın. Mətnə fokuslanmağınız əlavə vaxt itkisi və fikrinizin yayılmağına səbəb olacaq.
  • Məsləhət olunur ki, cavab kağızında BÜTÜN HƏRFLƏRİ BÖYÜK HƏRFLƏ yazasınız.
  1. Writing
  • Task-1 üçün 20 dəqiqədən artıq vaxt sərf etməyin. Çünki növbəti tapşırıq üçün 40 dəqiqə vaxt lazım olacaq. Birinci tapşırıq üçün 150-dən, 2-ci tapşırıq üçün isə 250-dən çox söz yazmağa diqqət edin.
  • Əlavə vərəq verilmədiyinə görə, esse planlamanızı sual vərəqi üzərində edə bilərsiniz. Bu vərəq qiymətləndirmə zamanı istifadə edilməyəcəyinə görə, planlamanı istədiyiniz formada edə bilərsiniz.
  • Sözlərin yerli yerində istifadə edilməsinə, hərfi səhvlərinin olmamasına və düzgün artikl istifadəsinə diqqət edin.
  • Yazdığınız bütün məlumatların mövzu ətrafında olduğuna və yazarkən verilən mövzudan kənara çıxmadığınıza əmin olun.
  1. Speaking
  • Öz təcrübələrinizdən və başınıza gələn müxtəlif hadisələrdən danışaraq, imtahan öncəsi, fikrinizi ifadə edə bildiyinizə əmin olun. Sözlərin istifadəsi zamanı tərcüməsini bilmədiyiniz ifadələrin lüğətini hazırlayıb, öyrənməyiniz məsləhət olunur.
  • Yalnız lüğətə fokuslanmayın. Nəzərə alın ki, sözlərin istifadəsi və müxtəlifliyi imtahan balınızın 25%-ni təşkil edir. Əsas olan düzgün qrammatik qaydalardan istifadə və fikrinizi ifadə edərkən fərqli zaman formalarının düzgün şəkildə istifadə edə bildiyinizi göstərməkdir.
  • İmtahanda sualları verərkən qarşınızdakı şəxs sözünü kəsərsə, narahat olmayın. Bu, gedişatın bir hissəsidir.
  • İmtahanda həm Britaniya, həm də Amerikan aksenti istifadə edilə bilər. Əgər sualı eşitməsəniz və ya başa düşməsəniz qarşınızdakı şəxsdən sualı təkrar etməsini tələb edin. Bu, tez-tez təkrarlanmadığı halda, sizin balınıza mənfi təsir göstərmir.

 

İmtahandan öncə:

  1. İELTS imtahanının müddəti uzundur, buna görə də bir gecə öncədən yaxşı yatın və səhər yeməyinizə diqqət edin. Nəzərə alın ki, 2 saat 40 dəqiqəlik yazı, oxuma və dinləmə imtahanları ard-arda keçiriləcək və kənar fəaliyyətlərə vaxtınız olmayacaq. Buna görə də bütün diqqətinizin imtahanda olduğundan əmin olmaq üçün ilk növbədə buna fikir verməlisiniz.
  2. İmtahan günü sizə təyin edilən saatdan ən az 30 dəqiqə daha tez imtahan məkanında olun. Çünki imtahandan öncə qeydiyyatınızı tamamlamaq üçün əlavə vaxt lazım olacaq və əgər bu proses verilən saatdan gec tamamlanarsa, imtahana buraxılmaya bilərsiniz.
  3. İmtahan günü tələb edilən sənədləri özünüzlə götürdüyünüzdən əmin olun, imtahan zalına telefonla və ya başqa cihazlarla, eyni zamanda lüğətlər və bu kimi digər vasitələrlə daxil olmağa icazə verilmir.

 

Gradfeld komandası olaraq hər birinizə xaricdə təhsil yolunda uğurlar arzu edirik!

 

Xaricdə təhsilə dair bütün suallarınızı bizə ünvanlaya bilərsiniz!

Əlaqə nömrələri:  +994 (012/051) 408 01 18

Email Ünvanımız: [email protected] / [email protected]

Ofis Ünvanımız: Bakı şəh. C.Cabbarlı küç. 44. Caspian plaza 2-ci korpus, 5-ci mərtəbə

Leave a Reply

Your email address will not be published. Required fields are marked *